Təhsil 365 - Logo Mobile

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi beynəlxalq platformaya çevrilib

7324.04.2026 - 18:28
“İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi beynəlxalq platformaya çevrilib

Bakı Slavyan Universitetinin (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi-praktik konfransının regional bölməsi Gəncə Dövlət Universiteti (GDU) ilə birgə Gəncədə keçirilib.

BSU-dan “Tehsil365"ə bildirilib ki, GDU-nun 5-ci tədris binasında keçirilən konfransdan öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra qonaqlar GDU-da fəaliyyət göstərən əlilliyi olan tələbələr üçün mərkəzlə tanış olublar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək BSU-nun İTİC 2026 elmi-praktiki konfransının regional bölməsinin GDU-da təşkilinə görə təşəkkürünü bildirib, belə tədbirlərin bölgələrdə keçirilməsinin əhəmiyyətini vurğulayıb.

BSU-nun rektoru Anar Nağıyev bildirib ki, universitetdə inklüziv təhsil siyasətinin məzmunu sistemli şəkildə müəyyənləşdirilərək həm ümumi inkişaf strategiyasında, həm də yeni yaradılan ixtisaslarda öz əksini tapıb. Təhsildə sosial-psixoloji xidmət, pedaqogika, ibtidai sinif müəllimliyi və psixologiya ixtisaslarında inklüziv dəyərlər tətbiq olunur. İnklüziv yanaşma ayrı-ayrı ixtisaslarla məhdudlaşmır, universitetin bütün təhsil proqramlarında bu prinsiplərin inteqrasiyasına diqqət yetirilir. Həyata keçirilən ardıcıl siyasətin nəticəsi olaraq BSU-da regionda inklüziv təhsili əhatə edən yeganə İnklüziv və adaptiv təhsil kafedrası fəaliyyət göstərir. Bu istiqamətdə görülən işlərin əsasında vahid ideoloji dəyərlər dayanır. 2022-ci ildə təşəbbüs kimi başlayan layihə bu gün artıq genişmiqyaslı bir platformaya çevrilib. Onun sözlərinə görə, Naxçıvandan Qubaya, Qubanın Alekseyevka kəndindən Astaraya, oradan isə Şəmkirə qədər ölkənin bütün regionlarını əhatə edən və 1000-dən çox orta məktəb müəllimini birləşdirən geniş bir şəbəkə formalaşdırılıb.

A.Nağıyev vurğulayıb ki, yaradılmış şəbəkə vasitəsilə müəllimlərin ehtiyacları müəyyən edilir, onların bilik və bacarıqlarının inkişafı istiqamətində birgə fəaliyyət həyata keçirilir. BSU ölkədə nadir ali təhsil müəssisələrindən biridir ki, yalnız təhsil sektorunda deyil, eyni zamanda, digər sahələrdə, o cümlədən bank sektorunda inklüziv bankçılıq üzrə təlimlər keçmək təcrübəsinə malikdir. O, həmçinin qeyd edib ki, universitet inklüziv və adaptiv təhsil istiqamətində müxtəlif kateqoriyalardan olan müəllimlər üçün davamlı təlimlər həyata keçirir və bu prosesdə Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Diqqətə çatdırılıb ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi artıq beynəlxalq platformaya çevrilib. Layihə çərçivəsində Finlandiya, İtaliya və Polşadan olan tərəfdaşlar məktəblərlə işin təşkili, təhsil məzmununun formalaşdırılması və müəllimlərin peşəkar inkişafı istiqamətində mühüm dəstək göstərirlər.

Sonda rektor inklüziv təhsil sahəsində universitetlərarası platformanın yaradılmasını diqqətə çatdırıb, təcrübə və ideyaların paylaşılması üçün birgə platformanın formalaşdırılmasının vacibliyini vurğulayıb.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, orta və ali məktəblərdə inklüziv mühitin formalaşdırılması, müəllimlərin peşəkar hazırlığının gücləndirilməsi, infrastrukturun əlçatanlığının yaxşılaşdırılması və icma səviyyəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi inklüzivliyin davamlı və effektiv tətbiqinə zəmin yaradır.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev inklüziv təhsilə həsr olunmuş konfransın bu sahənin inkişafına əhəmiyyətli elmi töhfə verəcəyini bildirib. Qeyd edib ki, konfransın plenar iclasında müasir yanaşmaların müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması, bu sahədə təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi inklüziv təhsil siyasətinin təkmilləşdirilməsinə və daha effektiv tətbiqinə şərait yaradır.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov bildirib ki, regionlarda inklüziv təhsilə göstərilən diqqətin gücləndirilməsi təhsil sistemində bərabər imkanların təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxışında qeyd edib ki, orta məktəblərlə yanaşı, universitetlərdə də sağlamlıq imkanları məhdud gənclər üçün təhsilin əlçatanlığının təmin olunması onlarda özlərinə inam hissini artırır, cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinə dəstək olur.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov inklüziv təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayaraq, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyindən geniş şəkildə bəhs edib.

Xəzər Universitetinin rektoru Raziyə İsayeva Xəzər Universiteti ilə Gəncə Dövlət Universitetinin birgə həyata keçirdiyi layihələrdən bəhs edib, bu sahədə universitetlərin əməkdaşlığının önəmini vurğulayıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxışında inklüziv təhsil sahəsində həyata keçirilən işlərin gələcəkdə daha böyük nəticələr verəcəyinə əminliyini ifadə edib.

GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək bildirib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin bütün təhsil pillələri üzrə digər vətəndaşlarla bərabər şəkildə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə onların təhsilə əlçatanlığının artırılması, inklüziv və maneəsiz təhsil mühitinin formalaşdırılması, müasir infrastrukturun yaradılması və uyğunlaşdırılmış tədris resurslarının tətbiqi daim diqqət mərkəzində saxlanılır.

Konfrans işini “İnklüziv təhsil mühitində keyfiyyət, bərabərlik və inkişaf” mövzusunda bölmə iclası ilə davam etdirib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Çin Ayda iki yeni mineral kəşf etdi24.04.2026 - 19:57
Sabah Bakıda yağış yağacağı ehtimalı var24.04.2026 - 19:53
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı24.04.2026 - 19:49
Göydə meteor yağışı müşahidə olunacaq24.04.2026 - 19:45
Tələbələr istehsal prosesi ilə tanış olublar24.04.2026 - 19:39
Norveç yeniyetmələrə sosial medianı qadağan etməyə hazırlaşır24.04.2026 - 19:34
Azərbaycan Universiteti ilə Milli Observatoriya qarşılıqlı fəaliyyət haqqında hesabat veriblər24.04.2026 - 19:27
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vebinar keçirilib24.04.2026 - 19:24
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK24.04.2026 - 19:18
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI24.04.2026 - 19:15
“Naxçıvan-diyarım mənim” adlı konsert proqramı keçirilib24.04.2026 - 19:12
MDU-da Mir Cəlal Paşayevlə bağlı konfrans keçirildi24.04.2026 - 19:09
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb24.04.2026 - 19:05
Təhsil sistemi hansı tip şagirdləri formalaşdırmağa çalışır? – Təhsil eksperti açıqladı24.04.2026 - 19:02
"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər24.04.2026 - 19:00
Rəsul Yusibov Qarabağın yaşıl inkişaf modelini təqdim edib24.04.2026 - 18:57
24 apreldə baş vermiş tarixi hadisələr24.04.2026 - 18:55
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub24.04.2026 - 18:54
MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”24.04.2026 - 18:50
“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq24.04.2026 - 18:46
Bu region üzrə ən yüksək balı o topladı 24.04.2026 - 18:45
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək24.04.2026 - 18:40
Canel Nəcəflinin Plzen şəhərindəki məzun konserti parlaq mədəni hadisəyə çevrildi24.04.2026 - 18:38
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə elan edilib24.04.2026 - 18:34
Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!24.04.2026 - 18:30
Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR24.04.2026 - 18:25
Gündə çox qəhvə içirsiniz? - Ürəyiniz risk altında ola bilər24.04.2026 - 18:25
Müəllif, ekspert və marker hazırlığı kurslarına qeydiyyat başlanır24.04.2026 - 18:23
AMEA-nın gənc alimlərinin ənənəvi futbol turnirinə start verilib24.04.2026 - 18:17
AzMİU tələbələrinin “Archivision Urban Camp 3” düşərgəsinə başlanılıb24.04.2026 - 18:13
Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR24.04.2026 - 18:10
Zəkaların mübarizəsi: Sumqayıt komandası şahmat turnirinin regional mərhələsinin qalibi olub24.04.2026 - 18:08
MEK-də Sultan Məcid Qənizadənin 160 illik yubileyi münasibətilə sərgi açılıb24.04.2026 - 18:02
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 18:00
Alimlər koronavirusların hüceyrələrə yeni nüfuz etmə mexanizmini aşkar ediblər24.04.2026 - 17:55
İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ24.04.2026 - 17:55
Fizika, tarix və coğrafiya fənləri üzrə olimpiadanın final turunun yekun nəticələri açıqlanıb24.04.2026 - 17:52
Genetika ömür uzunluğuna necə təsir edir? - ARAŞDIRMA24.04.2026 - 17:50
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 17:45
Xarici alimlər BMU-da keçirilən konfransla bağlı təəssüratlarını bölüşüblər24.04.2026 - 17:44
“Gənc istedadlar” liseyinin 3 şagirdi Respublika Fənn Olimpiadalarının qalibidir24.04.2026 - 17:36
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının nəzərinə24.04.2026 - 17:35
Dağlıq Şirvan regionunda STEAM mərkəzlərinin sayının artırılması təklif olunub24.04.2026 - 17:28
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar24.04.2026 - 17:25
Tərtərdə tədris prosesi izlənilib, müəllimlərin təklifləri dinlənilib24.04.2026 - 17:22
Türkiyəli alim AzMİU-da idarəetmə sistemlərinin gələcəyindən danışdı24.04.2026 - 17:15
BDU ilə Rumıniyanın Petre Andrei Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb24.04.2026 - 17:14