Təhsil 365 - Logo Mobile

Azərbaycan Universiteti ilə Milli Observatoriya qarşılıqlı fəaliyyət haqqında hesabat veriblər

7424.04.2026 - 19:27
Azərbaycan Universiteti ilə Milli Observatoriya qarşılıqlı fəaliyyət haqqında hesabat veriblər

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. Görüşün məqsədi universitet ilə Milli Observatoriya arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin icra vəziyyətini müzakirə etmək, mövcud fəaliyyətləri qiymətləndirmək olub. Görüşdə tərəflər qarşılıqlı fəaliyyət haqqında hesabat təqdim edib, gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələri müzakirə ediblər.

Universitetdən “Tehsil365"ə bildirilib ki, Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva qeyd edib ki, görüş yalnız növbəti rəsmi addım deyil, bilik və təcrübənin inteqrasiyasına yönəlmiş strateji tərəfdaşlığın mühüm mərhələsidir. Müasir təhsil nəzəri biliklərlə məhdudlaşmamalı, real praktik mühitlə sıx inteqrasiya olunmalıdır və bu baxımdan Milli Observatoriya ilə əməkdaşlıq Azərbaycan Universiteti üçün xüsusi əhəmiyyət daşıyır. 2025-ci il üzrə birgə fəaliyyətin nəticələri göstərir ki, tərəfdaşlıq formal deyil, ölçülə bilən və real nəticələrlə müşayiət olunan uğurlu modelə çevrilib. Universitet qarşıdakı dövrdə əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır. Azərbaycan Universiteti ilə Milli Observatoriya ilə qurulmuş əməkdaşlıq ölkədə ali təhsil müəssisələri ilə dövlət qurumları arasında birgə fəaliyyətin nümunəvi modelidir.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verib və Azərbaycan Universitetinin məzunlarının məşğulluq göstəricilərinin təhlili ilə bağlı nəticələri təqdim edib. Elnur Səfərli qeyd edib ki, təhlilin nəticələri növbəti tədris illərində tələbə qəbulu planının və ixtisaslar üzrə kvotaların müəyyənləşdirilməsində mühüm rol oynaya bilər. O, Milli Observatoriyanın ali təhsil müəssisələrinin karyera inkişaf mərkəzlərini əhatə edən yeni layihəsi haqqında da məlumat verib. May ayında start veriləcək layihənin universitet tələbələrinin “yumşaq” bacarıqlarının formalaşmasına və inkişafına, onların əmək bazarına daha hazırlıqlı və rəqabətqabiliyyətli şəkildə inteqrasiyasına xidmət edəcəyini bildirib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib. Müzakirələrdə tələbələrə karyera dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, birgə elmi fəaliyyət və tədqiqatların şaxələndirilməsi, magistratura təhsil səviyyəsində dissertasiya mövzularının müəyyənləşdirilməsi kimi məsələlər diqqət mərkəzində olub.


Nərmin Mustafayeva

Xəbər Lenti

Çin Ayda iki yeni mineral kəşf etdi24.04.2026 - 19:57
Sabah Bakıda yağış yağacağı ehtimalı var24.04.2026 - 19:53
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı24.04.2026 - 19:49
Göydə meteor yağışı müşahidə olunacaq24.04.2026 - 19:45
Tələbələr istehsal prosesi ilə tanış olublar24.04.2026 - 19:39
Norveç yeniyetmələrə sosial medianı qadağan etməyə hazırlaşır24.04.2026 - 19:34
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vebinar keçirilib24.04.2026 - 19:24
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK24.04.2026 - 19:18
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI24.04.2026 - 19:15
“Naxçıvan-diyarım mənim” adlı konsert proqramı keçirilib24.04.2026 - 19:12
MDU-da Mir Cəlal Paşayevlə bağlı konfrans keçirildi24.04.2026 - 19:09
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb24.04.2026 - 19:05
Təhsil sistemi hansı tip şagirdləri formalaşdırmağa çalışır? – Təhsil eksperti açıqladı24.04.2026 - 19:02
"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər24.04.2026 - 19:00
Rəsul Yusibov Qarabağın yaşıl inkişaf modelini təqdim edib24.04.2026 - 18:57
24 apreldə baş vermiş tarixi hadisələr24.04.2026 - 18:55
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub24.04.2026 - 18:54
MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”24.04.2026 - 18:50
“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq24.04.2026 - 18:46
Bu region üzrə ən yüksək balı o topladı 24.04.2026 - 18:45
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək24.04.2026 - 18:40
Canel Nəcəflinin Plzen şəhərindəki məzun konserti parlaq mədəni hadisəyə çevrildi24.04.2026 - 18:38
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə elan edilib24.04.2026 - 18:34
Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!24.04.2026 - 18:30
“İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi beynəlxalq platformaya çevrilib24.04.2026 - 18:28
Gündə çox qəhvə içirsiniz? - Ürəyiniz risk altında ola bilər24.04.2026 - 18:25
Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR24.04.2026 - 18:25
Müəllif, ekspert və marker hazırlığı kurslarına qeydiyyat başlanır24.04.2026 - 18:23
AMEA-nın gənc alimlərinin ənənəvi futbol turnirinə start verilib24.04.2026 - 18:17
AzMİU tələbələrinin “Archivision Urban Camp 3” düşərgəsinə başlanılıb24.04.2026 - 18:13
Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR24.04.2026 - 18:10
Zəkaların mübarizəsi: Sumqayıt komandası şahmat turnirinin regional mərhələsinin qalibi olub24.04.2026 - 18:08
MEK-də Sultan Məcid Qənizadənin 160 illik yubileyi münasibətilə sərgi açılıb24.04.2026 - 18:02
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 18:00
İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ24.04.2026 - 17:55
Alimlər koronavirusların hüceyrələrə yeni nüfuz etmə mexanizmini aşkar ediblər24.04.2026 - 17:55
Fizika, tarix və coğrafiya fənləri üzrə olimpiadanın final turunun yekun nəticələri açıqlanıb24.04.2026 - 17:52
Genetika ömür uzunluğuna necə təsir edir? - ARAŞDIRMA24.04.2026 - 17:50
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 17:45
Xarici alimlər BMU-da keçirilən konfransla bağlı təəssüratlarını bölüşüblər24.04.2026 - 17:44
“Gənc istedadlar” liseyinin 3 şagirdi Respublika Fənn Olimpiadalarının qalibidir24.04.2026 - 17:36
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının nəzərinə24.04.2026 - 17:35
Dağlıq Şirvan regionunda STEAM mərkəzlərinin sayının artırılması təklif olunub24.04.2026 - 17:28
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar24.04.2026 - 17:25
Tərtərdə tədris prosesi izlənilib, müəllimlərin təklifləri dinlənilib24.04.2026 - 17:22
Türkiyəli alim AzMİU-da idarəetmə sistemlərinin gələcəyindən danışdı24.04.2026 - 17:15
BDU ilə Rumıniyanın Petre Andrei Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb24.04.2026 - 17:14