Norveç hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmaq üçün yeni qanun layihəsi üzərində işləyir.
“Tehsil365" xarici mediaya istinadən xəbər verir ki, baş nazir Jonas Gahr Store Norveçin NRK yayımına açıqlamasında bildirib ki, hazırlanacaq qanun layihəsi bu il parlamentə təqdim ediləcək. Layihə qəbul olunarsa, gələn ildən qüvvəyə minməsi planlaşdırılır.
Hökumət rəsmisi sosial medianın uşaqlar üzərində mənfi təsirlərini azaltmağı əsas məqsəd kimi göstərib. Store qeyd edib ki, 16 yaşdan yuxarı gənclərin sosial mediadan istifadə etməsinə icazə verilməsi istiqamətində yanaşma nəzərdən keçirilir və eyni yaş qrupundakı istifadəçilərin platformalara eyni vaxtda qoşulması nəzərdə tutulur.
NRK-nın məlumatına görə, qanun layihəsi çərçivəsində 16 yaşdan aşağı uşaqların sosial media hesabı açmasına icazə verilməməsi planlaşdırılır.

