Təhsil 365 - Logo Mobile

Göydə meteor yağışı müşahidə olunacaq

7424.04.2026 - 19:45
Göydə meteor yağışı müşahidə olunacaq

Aprelin sonundan may ayının ortalarına qədər “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq.

“Tehsil365" xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının maksimum aktivliyi 5-6 may tarixlərinə təsadüf edəcək.

Meteorlar təxminən 66 km/saat sürətlə Yer atmosferinə daxil olur və yüksək sürətləri səbəbindən səma boyunca uzun və parlaq izlər buraxır. Dolça (Aquarius) bürcü istiqamətindən gəlirmiş kimi göründüyünə görə bu meteor yağışı “Eta Aquarid” adlandırılır.

“Eta Aquarid” meteor yağışının mənbəyi Günəş sisteminin ən məşhur periodik kometlərindən biri olan Halley kometi ilə bağlıdır. Halley kometi qədim dövrlərdən müşahidə olunsa da, onun periodik təbiəti ilk dəfə Edmond Halley tərəfindən müəyyən edilib. O, 1682-ci ildə müşahidə etdiyi kometin 1531 və 1607-ci illərdə qeydə alınmış kometlə təxminən 76 illik dövrə malik eyni obyekt olduğunu hesablayıb. 1758-ci ildə kometin yenidən görünməsi bu hesablamanı təsdiqləyib və komet onun şərəfinə adlandırılıb. Günəşə yaxınlaşma zamanı kometin səthindəki buz və toz maddələri sublimasiya edir və orbital trayektoriya boyunca geniş və uzun iz buraxır. Yer bu izlə ildə iki dəfə qarşılaşır və nəticədə may ayında “Eta Aquarid”, oktyabr ayında isə “Orionid” meteor yağışları müşahidə olunur.

Bakı şəhərindən “Eta Aquarid” meteor yağışının müşahidəsi mümkündür, lakin bəzi məhdudiyyətlər mövcuddur. Şimal yarımkürəsində yerləşdiyinə görə meteorların radiant nöqtəsi üfüqdən çox yüksək qalxmır. Bunun üçün də müşahidə olunan meteorların sayı Cənub yarımkürəsi ilə müqayisədə daha az olur. Buna baxmayaraq, əlverişli hava şəraitində və şəhər işıq çirklənməsindən uzaq ərazilərdə səhərə yaxın saatlarda (saat 02:16-dan 05:01-ə qədər) müşahidə aparmaqla saatda 10–20 meteor görmək mümkündür. Xüsusilə Abşeron yarımadasından kənar, daha qaranlıq səma şəraitinə malik ərazilər müşahidə üçün əlverişli hesab olunur.

“Eta Aquarid” meteor yağışı yalnız estetik baxımdan deyil, həm də elmi tədqiqatlar üçün mühüm əhəmiyyətə malikdir. Meteorların spektral müşahidələri onların kimyəvi tərkibini müəyyən etməyə imkan verir, bu məlumatlar komet materialının ilkin xüsusiyyətlərinin öyrənilməsi üçün istifadə olunur. Meteorların Yer atmosferinə daxil olması zamanı baş verən ionlaşma və enerji ötürülməsi prosesləri yüksək enerjili hissəciklərin atmosferlə qarşılıqlı təsir mexanizmlərini araşdırmağa imkan yaradır.

Nərmin Mustafayeva

Xəbər Lenti

Çin Ayda iki yeni mineral kəşf etdi24.04.2026 - 19:57
Sabah Bakıda yağış yağacağı ehtimalı var24.04.2026 - 19:53
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı24.04.2026 - 19:49
Tələbələr istehsal prosesi ilə tanış olublar24.04.2026 - 19:39
Norveç yeniyetmələrə sosial medianı qadağan etməyə hazırlaşır24.04.2026 - 19:34
Azərbaycan Universiteti ilə Milli Observatoriya qarşılıqlı fəaliyyət haqqında hesabat veriblər24.04.2026 - 19:27
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vebinar keçirilib24.04.2026 - 19:24
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK24.04.2026 - 19:18
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI24.04.2026 - 19:15
“Naxçıvan-diyarım mənim” adlı konsert proqramı keçirilib24.04.2026 - 19:12
MDU-da Mir Cəlal Paşayevlə bağlı konfrans keçirildi24.04.2026 - 19:09
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb24.04.2026 - 19:05
Təhsil sistemi hansı tip şagirdləri formalaşdırmağa çalışır? – Təhsil eksperti açıqladı24.04.2026 - 19:02
"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər24.04.2026 - 19:00
Rəsul Yusibov Qarabağın yaşıl inkişaf modelini təqdim edib24.04.2026 - 18:57
24 apreldə baş vermiş tarixi hadisələr24.04.2026 - 18:55
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub24.04.2026 - 18:54
MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”24.04.2026 - 18:50
“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq24.04.2026 - 18:46
Bu region üzrə ən yüksək balı o topladı 24.04.2026 - 18:45
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək24.04.2026 - 18:40
Canel Nəcəflinin Plzen şəhərindəki məzun konserti parlaq mədəni hadisəyə çevrildi24.04.2026 - 18:38
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə elan edilib24.04.2026 - 18:34
Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!24.04.2026 - 18:30
“İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi beynəlxalq platformaya çevrilib24.04.2026 - 18:28
Gündə çox qəhvə içirsiniz? - Ürəyiniz risk altında ola bilər24.04.2026 - 18:25
Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR24.04.2026 - 18:25
Müəllif, ekspert və marker hazırlığı kurslarına qeydiyyat başlanır24.04.2026 - 18:23
AMEA-nın gənc alimlərinin ənənəvi futbol turnirinə start verilib24.04.2026 - 18:17
AzMİU tələbələrinin “Archivision Urban Camp 3” düşərgəsinə başlanılıb24.04.2026 - 18:13
Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR24.04.2026 - 18:10
Zəkaların mübarizəsi: Sumqayıt komandası şahmat turnirinin regional mərhələsinin qalibi olub24.04.2026 - 18:08
MEK-də Sultan Məcid Qənizadənin 160 illik yubileyi münasibətilə sərgi açılıb24.04.2026 - 18:02
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 18:00
İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ24.04.2026 - 17:55
Alimlər koronavirusların hüceyrələrə yeni nüfuz etmə mexanizmini aşkar ediblər24.04.2026 - 17:55
Fizika, tarix və coğrafiya fənləri üzrə olimpiadanın final turunun yekun nəticələri açıqlanıb24.04.2026 - 17:52
Genetika ömür uzunluğuna necə təsir edir? - ARAŞDIRMA24.04.2026 - 17:50
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 17:45
Xarici alimlər BMU-da keçirilən konfransla bağlı təəssüratlarını bölüşüblər24.04.2026 - 17:44
“Gənc istedadlar” liseyinin 3 şagirdi Respublika Fənn Olimpiadalarının qalibidir24.04.2026 - 17:36
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının nəzərinə24.04.2026 - 17:35
Dağlıq Şirvan regionunda STEAM mərkəzlərinin sayının artırılması təklif olunub24.04.2026 - 17:28
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar24.04.2026 - 17:25
Tərtərdə tədris prosesi izlənilib, müəllimlərin təklifləri dinlənilib24.04.2026 - 17:22
Türkiyəli alim AzMİU-da idarəetmə sistemlərinin gələcəyindən danışdı24.04.2026 - 17:15
BDU ilə Rumıniyanın Petre Andrei Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb24.04.2026 - 17:14