Təhsil 365 - Logo Mobile

24 apreldə baş vermiş tarixi hadisələr

8024.04.2026 - 18:55
24 apreldə baş vermiş tarixi hadisələr

1877-ci ilin bu günündə Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı inperiyası ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələnib.

Tehsil365” bildirir ki, San-Stefano sülh müqaviləsinə (1878 ) əsasən, Rusiya Türkiyənin bir neçə bölgəsini özünə birləşdirib. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bilib.

Bəs, aprelin 24-də daha hansı hadisələr baş verib?

1. 24 aprel 1512-ci ildə IX Osmanlı padşahı və ilk Osmanlı xəlifəsi Sultan Səlim Yavuz taxta çıxdı.

2. 1945-ci ilin bu günü Amerika və Sovet qoşunları Berlinin mühasirəsini başa vuraraq Torqau şəhərində Elba çayı üzərindəki körpüdə görüşdülər. Bu əməliyyat alman qoşunlarını III Reyxin qalan hissəsindən ayırdı və demək olar ki, bütün rabitə vasitələrindən məhrum etdi.

3. 24 aprel 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində yeni müstəqillik qazanan 29 Afrika və Asiya ölkəsinin bir araya gəldiyi konfrans başa çatdı. Yekun bəyannaməsində müstəmləkəçilik və irqçiliyə son qoyulması tələb olundu.

4. 1957-ci ildən 24 Aprel Dünya Gənclərinin Beynəlxalq Həmrəylik Günü olaraq qeyd edilir.

5. Sovet kosmonavtı Vladimir Komarov 24 aprel 1967-ci ildə “Soyuz 1” kosmik gəmisində vəzifəsini yerinə yetirərkən dünyasını dəyişib. V.M.Komarov kosmos missiyası zamanı həyatını itirən ilk kosmonavtdır.

6. 1980-ci ildə İranda girov saxlanılan 52 Amerika vətəndaşı ölkədəki ABŞ Səfirliyi və hərbçilərinin basqını ilə 24 apreldə xilasetmə əməliyyatı keçirdi, ancaq uğursuz oldu. Qarşıdurma 8 Amerika əsgərinin ölümü ilə nəticələndi.

7. 24 fevral 1994-cü ildə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi əksini tapmışdı.

8. 2004-cü ilin 24 aprelində Kiprdə "Annan planı" üçün referendum keçirildi. Planı yunanlar rədd etdiyi üçün həyata keçmədi.

Aprelin 24-də bu şəxsiyyətlər xatırlanır.

1. 24 aprel 1866-cı ildə yazıçı-publisist, maarif xadimi Sultanməcid Qənizadə (1866-1942) Şamaxıda doğulub. Ana dilində məktəblərin açılmasında, dərsliklərin yazılmasında xidmətləri olub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.

2. 24 aprel 1902-ci ildə SSRİ Xalq artisti İsmayıl Osmanlı (1902 – 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mən ki gözəl deyildim”, “Nəsimi”, “Yeddi oğul istərəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

3. 1911-ci ilin bu günündə Geologiya-mineralogiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1943, 1946), SSRİ-nin fəxri neftçisi (1971), Türkmənistan SSR-in əməkdar elm və texnika xadimi (1971) Ələşrəf Əlizadə anadan olub (1911-1985).

4. 24 aprel 1941-ci ildə Əməkdar artist Rafiq Hüseynov (1941-2018) Hacıqabul rayonunda doğulub. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə çəkilib.

5. 24 aprel 2011-ci ildə Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (11.11.1921 – 2011) vəfat edib. Cənubi Azərbaycanda milli azadlıq hərəkatında iştirak edib. Təbrizdə ilk şeir kitabı nəşr olunub.1946-cı ildə sovet Azərbaycanına qayıdıb.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Çin Ayda iki yeni mineral kəşf etdi24.04.2026 - 19:57
Sabah Bakıda yağış yağacağı ehtimalı var24.04.2026 - 19:53
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı24.04.2026 - 19:49
Göydə meteor yağışı müşahidə olunacaq24.04.2026 - 19:45
Tələbələr istehsal prosesi ilə tanış olublar24.04.2026 - 19:39
Norveç yeniyetmələrə sosial medianı qadağan etməyə hazırlaşır24.04.2026 - 19:34
Azərbaycan Universiteti ilə Milli Observatoriya qarşılıqlı fəaliyyət haqqında hesabat veriblər24.04.2026 - 19:27
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vebinar keçirilib24.04.2026 - 19:24
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK24.04.2026 - 19:18
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI24.04.2026 - 19:15
“Naxçıvan-diyarım mənim” adlı konsert proqramı keçirilib24.04.2026 - 19:12
MDU-da Mir Cəlal Paşayevlə bağlı konfrans keçirildi24.04.2026 - 19:09
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb24.04.2026 - 19:05
Təhsil sistemi hansı tip şagirdləri formalaşdırmağa çalışır? – Təhsil eksperti açıqladı24.04.2026 - 19:02
"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər24.04.2026 - 19:00
Rəsul Yusibov Qarabağın yaşıl inkişaf modelini təqdim edib24.04.2026 - 18:57
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub24.04.2026 - 18:54
MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”24.04.2026 - 18:50
“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq24.04.2026 - 18:46
Bu region üzrə ən yüksək balı o topladı 24.04.2026 - 18:45
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək24.04.2026 - 18:40
Canel Nəcəflinin Plzen şəhərindəki məzun konserti parlaq mədəni hadisəyə çevrildi24.04.2026 - 18:38
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə elan edilib24.04.2026 - 18:34
Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!24.04.2026 - 18:30
“İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi beynəlxalq platformaya çevrilib24.04.2026 - 18:28
Gündə çox qəhvə içirsiniz? - Ürəyiniz risk altında ola bilər24.04.2026 - 18:25
Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR24.04.2026 - 18:25
Müəllif, ekspert və marker hazırlığı kurslarına qeydiyyat başlanır24.04.2026 - 18:23
AMEA-nın gənc alimlərinin ənənəvi futbol turnirinə start verilib24.04.2026 - 18:17
AzMİU tələbələrinin “Archivision Urban Camp 3” düşərgəsinə başlanılıb24.04.2026 - 18:13
Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR24.04.2026 - 18:10
Zəkaların mübarizəsi: Sumqayıt komandası şahmat turnirinin regional mərhələsinin qalibi olub24.04.2026 - 18:08
MEK-də Sultan Məcid Qənizadənin 160 illik yubileyi münasibətilə sərgi açılıb24.04.2026 - 18:02
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 18:00
Alimlər koronavirusların hüceyrələrə yeni nüfuz etmə mexanizmini aşkar ediblər24.04.2026 - 17:55
İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ24.04.2026 - 17:55
Fizika, tarix və coğrafiya fənləri üzrə olimpiadanın final turunun yekun nəticələri açıqlanıb24.04.2026 - 17:52
Genetika ömür uzunluğuna necə təsir edir? - ARAŞDIRMA24.04.2026 - 17:50
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 17:45
Xarici alimlər BMU-da keçirilən konfransla bağlı təəssüratlarını bölüşüblər24.04.2026 - 17:44
“Gənc istedadlar” liseyinin 3 şagirdi Respublika Fənn Olimpiadalarının qalibidir24.04.2026 - 17:36
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının nəzərinə24.04.2026 - 17:35
Dağlıq Şirvan regionunda STEAM mərkəzlərinin sayının artırılması təklif olunub24.04.2026 - 17:28
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar24.04.2026 - 17:25
Tərtərdə tədris prosesi izlənilib, müəllimlərin təklifləri dinlənilib24.04.2026 - 17:22
Türkiyəli alim AzMİU-da idarəetmə sistemlərinin gələcəyindən danışdı24.04.2026 - 17:15
BDU ilə Rumıniyanın Petre Andrei Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb24.04.2026 - 17:14