Aprelin 24-də Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində İngilis dilinin üslubiyyatı kafedrası tərəfindən “Dilimiz milli kimliyimizdir” adlı tədbir keçirilib. Tədbir dilimizin saflığının qorunmasına, onun zənginləşdirilməsi və düzgün istifadəsinə həsr olunub.
“Tehsil365” xəbər verir ki, tədbirdə İngilis dilinin üslubiyyatı kafedrasının əməkdaşları- dosent Afaq Eminli, baş müəllim Nüşabə Əbdülrəhmanova, baş müəllim Nərgiz Səlimova, professor Aysel Məmmədbəyli və o cümlədən, 246a qrup tələbəsi Ülkər Əsgərova çıxış ediblər. Onlar Azərbaycan prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışından sitatlar gətirərək videoçarxlar göstəriblər.
Tədbirin qonaqlarından Elmi işlər üzrə prorektor, professor Həmidə Əliyeva, Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev və Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov çıxış edərək Azərbaycan dilinin saflığının qorunmasının yalnız bir vəzifə borcu deyil, həm də milli qürur məsələsi olduğunu qeyd ediblər.

