Çin tədqiqatçıları "Çanye-5" kosmik zondu vasitəsilə Aydan Yer planetinə çatdırılan torpaq nümunələrində əvvəllər məlum olmayan iki mineral tapıblar.
“Tehsil365” xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayımlayıb.
Xəbərə görə, Çin Milli Kosmik İdarəsi tərəfindən yeni aşkarlanmış bu təbii kimyəvi elementlərin birinə "maqneziumlu çanyeit", digərinə isə "seriumlu çanyeit" adı verilib.
Xatırladaq ki, "Çanye-5" missiyası 2020-ci i noyabrın 24-də Aya göndərilmişdi. Zond 23 günlük səfərdən sonra özü ilə bərabər iki kiloqrama yaxın reqolit gətirərək geri dönüb. Mütəxəssislərin bu nümunələri dərindən analiz etməsi nəticəsində əldə olunan vacib göstəricilər gələcəkdə Yerin peykində elmi-tədqiqat stansiyasının qurulması planlarında tətbiq ediləcək.

