Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsinin təşkilatçılığı ilə I kurs magistrantlarla görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə ADU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru Həmidə Əliyeva və Magistratura şöbəsinin müdiri Namiq Əsədov iştirak ediblər.
Tədbir çərçivəsində dərslərin gedişi, qiymətləndirmə prosesi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı açıq mikrofon formatı təşkil olunub, magistrantların qarşılaşdıqları problemlər müzakirə edilib, onların təklifləri dinlənilmiş və müvafiq tövsiyələr verilib.

