Təhsil 365 - Logo Mobile

Nizami Gəncəvinin türk dilində nəşr olunan əsərləri Rizə kitab sərgisində təqdim edilib

7425.04.2026 - 17:28
Nizami Gəncəvinin türk dilində nəşr olunan əsərləri Rizə kitab sərgisində təqdim edilib

Türkiyədə 3-cü Rizə Kitab sərgisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin türk dilində nəşr olunan əsərlərinin təqdimatı keçirilib.

“Tehsil365" xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkil etdiyi Azərbaycan stendində dövlətçiliyimiz, tariximiz, mədəniyyətimiz, ölkəmizin nailiyyətləri ilə bağlı zəngin nəşrlər sərgilənməkdədir.

Rizə Kitab sərgisində böyük Azərbaycan şairi Nizami Gəncəvinin Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyə türkcəsinə tərcümə olunmuş “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “İskəndərnamə” əsərlərinin təqdimatı keçirilib.

Öncə tədbirin moderatoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova çıxış edərək Nizami Gəncəvi yaradıcılığı, onun Azərbaycanın, Türk dünyasının ortaq dəyəri olaraq ədəbiyyatımıza töhfələrindən bəhs edib. Əsərləri, yaradıcılığı haqqında danışaraq, ədəbiyyatımızda xəmsəçilik ənənələrinin əsasını qoyduğunu qeyd edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədə milli mədəniyyətimizin, Azərbaycan klassik irsinin tədqiqi və təbliği ilə bağlı layihələrdən danışıb, Türk dünyasının ortaq dəyəri olan Nizami Gəncəvinin zəngin irsinin tanıdılması, ana dilində türk oxucularına çatdırılmasının önəmli olduğunu vurğulayıb.

O, dahi mütəfəkkirin yaradıcılığının həm ədəbiyyatda, həm də sənətdə tanıdılması, onun 880 illiyi münasibətilə ölkə başçısı İlham Əliyev tərəfindən bütöv bir ilin ona həsr edildiyini, ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu söyləyib. Çıxışlarda Nizami Gəncəvinin yaratdığı zəngin əsərlərin - “Xəmsə”nin Şərq ədəbiyyatının zirvəsi olduğu vurğulanıb.

Təqdimatı olan nəşrlərin tərcüməçisi, Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım Azərbaycanın mədəniyyət mərkəzi olan qədim Gəncə şəhərində doğulan və yaşayan Nizami Gəncəvinin öz əsərləri ilə Şərq intibahının əsasını qoyduğunu bildirib.

O, ölməz əsərlər yaradan Nizaminin Azərbaycanın, Türk dünyasının qüruru olduğunu qeyd edərək, dahi şairin əsərlərindən, tərcümələrindən bəhs edib, eşq dastanı “Leyli və Məcnun”, nəsihətlər və tərbiyəvi düşüncələrlə oxucuya həyat dərsi verən “Sirlər xəzinəsi”ndən, ədalət və humanizmdən bəhs edən “İskəndərnamə” əsərindən sitat gətirərək türk oxucularına həmin əsərləri oxumağı tövsiyə edib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Mir Cəlalın ədəbi və elmi irsi yad edilir26.04.2026 - 04:00
Quba-Xaçmaz üzrə bu qədər şagird 200-dən yuxarı bal toplayıb25.04.2026 - 19:56
Daşkəsən və Gədəbəyə qar yağır25.04.2026 - 19:48
Qarabağda güclü akademik mühitin formalaşdırılması əsas hədəflərdəndir25.04.2026 - 19:44
Qarabağ Universitetində müəllim hazırlığı vacib istiqamətdir25.04.2026 - 19:35
Qəbul imtahanlarına qeydiyyat davam edir25.04.2026 - 19:26
18 dərəcə isti...- Bazar günün HAVASI25.04.2026 - 19:18
İxtisas seçimində 100% qəbul zəmanəti verən dələduzlar - qanun nə deyir?25.04.2026 - 19:12
Məktəblərdə çox qayda və məhdudiyyətlər yaradıcılığı məhdudlaşdırır? – Təhsil eksperti açıqladı25.04.2026 - 19:06
Şəhid övladı imtahanda yüksək bal toplayıb25.04.2026 - 18:52
Yeni elmi nailiyyət: 1-ci tip diabetin müalicəsi istiqamətində mühüm addım25.04.2026 - 18:44
WUF13: Bakı BMT-nin şəhər həyatı prinsiplərinə uyğundur25.04.2026 - 18:36
İTV-yə direktor seçkisi ilə bağlı rəsmi AÇIQLAMA25.04.2026 - 18:26
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq25.04.2026 - 18:18
Xankəndidə “Yaradan” sənədli filminin təqdimatı olub25.04.2026 - 18:14
Qusarda “Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası” mövzusunda konfrans25.04.2026 - 18:06
Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır25.04.2026 - 17:55
Bazar günü gözlənilən hava şəraiti açıqlanıb25.04.2026 - 17:54
YARAT tələbələrin “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşasını təqdim edib25.04.2026 - 17:46
Süni intellektlə diaqnoz qoymaq təhlükəlidir - Xəbərdarlıq25.04.2026 - 17:45
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib25.04.2026 - 17:37
Dünyanın ən güclü süni intellekt superkompüteri25.04.2026 - 17:35
Almanı nə vaxt yemək faydalıdır?25.04.2026 - 17:25
AzMİU-nun İnşaat fakültəsinin tələbələri tikinti sahəsində görülən işlərlə tanış olublar25.04.2026 - 17:16
Apple Pro max-lardan da güclü yeni "iPhone" hazırlayır25.04.2026 - 17:15
“Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında rolu” mövzusunda inşa müsabiqəsi elan edilib25.04.2026 - 17:06
Pakistan elektro-optik peykini uğurla orbitə buraxıb25.04.2026 - 17:05
Nizami Gəncəvinin türk dilində nəşr olunan əsərləri Rizə kitab sərgisində təqdim edilib25.04.2026 - 16:55
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı25.04.2026 - 16:45
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür25.04.2026 - 16:35
Çin alimləri Ay süxurunda iki yeni mineral aşkarlayıblar25.04.2026 - 16:25
“Valideynlərin səhvləri uşağın psixoloji inkişafına birbaşa təsir göstərir”-Açıqlama25.04.2026 - 16:19
İnfarkt və diabet riskini necə azaltmaq olar?25.04.2026 - 16:15
Şotlandiyada 280 illik partlamamış mərmi tapıblar25.04.2026 - 16:05
Xərçəng xəstəliyinə yoluxanların sayı niyə durmadan artır?25.04.2026 - 16:00
"X" sosial şəbəkəsi yeni mesencerini istifadəyə verdi25.04.2026 - 15:50
Xalq artisti Həmidə Ömərovanın doğum günüdür25.04.2026 - 15:40
Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu25.04.2026 - 15:30
Kənd məktəbinin şagirdi region birincisi oldu25.04.2026 - 15:20
BSU-nun İTİC2026 IV beynəlxalq elmi-praktik konfransın regional bölməsi keçirilib25.04.2026 - 15:13
Quba-Xaçmaz bölgəsinin 505 şagirdi buraxılış imtahanında 200 baldan yüksək nəticə göstərib 25.04.2026 - 15:10
TISA nümayəndəsi: “Müəllim fənnini öyrətməyi də mükəmməl bilməlidir25.04.2026 - 15:00
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur25.04.2026 - 10:00
Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir25.04.2026 - 10:00
Gözlərinizi ovuşdurarkən bir daha düşünün25.04.2026 - 09:50
Rumıniyanın Azərbaycandakı səfiri və Petre Andrei Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da25.04.2026 - 09:44
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 24 % artıb25.04.2026 - 09:35