Təhsil 365 - Logo Mobile

“Valideynlərin səhvləri uşağın psixoloji inkişafına birbaşa təsir göstərir”-Açıqlama

12125.04.2026 - 16:19
 “Valideynlərin səhvləri uşağın psixoloji inkişafına birbaşa təsir göstərir”-Açıqlama

Ekspertin sözlərinə görə, valideynlərin ən çox rast gəlinən səhvlərindən biri övladlarını başqaları ilə müqayisə etməkdir. “Qonşunun və ya qohumun uşağını misal gətirmək övladın özünə inamını zəiflədir, qəzəb və dəyərsizlik hissi yaradır. Bu, uşağın böyüdükdən sonra da psixoloji iz kimi qalır.”

Psixoloq Nabat Mirzəyeva “Tehsil365”ə açıqlamasında bildirib ki, uşaqların tərbiyəsində valideynlərin rolu son dərəcə böyükdür. Məktəb və digər təhsil ocaqlarının təsiri olsa da, əsas formalaşdırıcı güc valideynlərin davranış və yanaşmalarında özünü göstərir.

Mirzəyeva əlavə edib ki, uşaqların paylaşdığı qorxu, kədər və narahatlıqları ciddiyə almamaq da yanlış yanaşmadır. “Valideynlər ‘bunda nə var ki, böyütmə’ deyərək üz çevirirlər. Halbuki həmin anda uşaq üçün bu hisslər real və önəmlidir. Dinləmək və ciddiyə almaq onun gələcək psixoloji inkişafına müsbət təsir göstərir.”

Psixoloq həmçinin vurğulayıb ki, valideynlərin ya həddindən artıq nəzarət, ya da tam laqeydlik göstərməsi uşağın inkişafına mənfi təsir edir. Çox idarə etmə sərbəst qərarvermə bacarığını zəiflədir, laqeydlik isə təhlükəsizlik və dəyər hissini zədələyir. Sağlam yanaşma bu iki uçurum arasında balans yaratmaqdır.

Digər mühüm məqam isə uşağın dərs nəticələrinə görə dəyərləndirilməsidir. “Valideynlər bəzən ‘5 aldın, səni daha çox sevirəm’ kimi yanaşmalar göstərirlər. Bu, uşağın sevgini yalnız uğurla qazanacağına inanmasına səbəb olur. Halbuki dəyər və sevgi nəticəyə görə deyil, uşağın varlığına görə göstərilməlidir.”

Mirzəyeva sonda qeyd edib ki, uşağın sağlam psixoloji inkişafı üçün valideynlər övladlarını başqaları ilə müqayisə etməməli, hisslərini qəbul edib dinləməli, güvənli mühit yaratmalı və sevgini balanslı şəkildə göstərməlidirlər. Bu, uşağın özünü dəyərli hiss etməsinə və gələcəkdə sağlam fərd kimi formalaşmasına zəmin yaradır.

Mehriban İbadova

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58