Azərbaycan muğam sənətinin tanınmış nümayəndələrindən olan Mürşüd Səlim oğlu Məmmədovin xatirəsi yad edilir.
“Tehsil365” xəbər verir ki, Onun zəngin yaradıcılığı milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
1929-cu il avqustun 21-də Ağdam rayonunun Muradbəyli kəndində anadan olan sənətkar gənc yaşlarından muğama maraq göstərmiş və bu sahədə özünəməxsus ifa tərzi ilə tanınmışdır. Xanəndə kimi fəaliyyət göstərən Mürşüd Məmmədov Azərbaycan muğamının incəliklərini ustalıqla təqdim edərək dinləyicilərin rəğbətini qazanmışdır.
Onun ifaları milli musiqi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Mürşüd Məmmədovun sənəti bu gün də muğamsevərlər tərəfindən yüksək qiymətləndirilir.
Görkəmli xanəndə 1996-cı il aprelin 26-da Bakıda vəfat edib. Onun adı Azərbaycan muğam sənətinin yaddaşında daim yaşayır.

