Azərbaycan musiqisinin tanınmış simalarından biri, əməkdar artist Baloğlan Xanoğlan oğlu Əşrəfovin xatirəsi ehtiramla anılır.
“Tehsil365” xəbər verir ki, O, özünəməxsus ifa tərzi ilə geniş dinləyici auditoriyasının rəğbətini qazanmış sənətkarlardan biri kimi yadda qalıb.
1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olan Baloğlan Əşrəfov musiqiyə erkən yaşlarından maraq göstərib. Yaradıcılığı boyunca xalq ruhuna yaxın mahnıları ilə seçilən müğənni, Azərbaycan estradasında öz dəst-xətti ilə tanınıb.
2007-ci ildə ona “Əməkdar artist” fəxri adı verilib. İfa etdiyi mahnılar uzun illər dinləyicilərin yaddaşında qalmış, milli musiqi irsinin bir parçasına çevrilmişdir.
Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da Bakıda vəfat edib. Onun sənəti və ifaları musiqisevərlərin qəlbində yaşamaqda davam edir.

