Təhsil 365 - Logo Mobile

Əbədiyyətə çevrilən ədib ömrü

10326.04.2026 - 13:10
Əbədiyyətə çevrilən ədib ömrü

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

“Tehsil365” xəbər verir ki, bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü tamam olur.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə onun adı ilə bağlıdır. Mir Cəlal Paşayev ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan biri olub. Əlli illik yaradıcılıq fəaliyyətində o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub.

Tam əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930–cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, ”İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.

Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən bu sənətkarın yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

Yazıçının ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Akademik Məmməd Arif bu əsər haqqında yazıb: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də çap edilib. “Bir gəncin manifesti” bu gün də könüllərə yanğı salır, qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş bu əsər Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

Zəhra Əliyeva

Xəbər Lenti

Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?26.04.2026 - 17:00
İmtahandan qayıdan şagirdlər qəzaya düşdü - 7 nəfər xəsarət alıb26.04.2026 - 16:55
Artıq çəkinin yaratdığı ciddi problemlər26.04.2026 - 16:50
Maskın “XChat” messenceri istifadəyə verilib26.04.2026 - 16:45
Bu gün imtahan var26.04.2026 - 16:40
Sirləri Çinə satan mühəndis azadlıqdan məhrum edildi26.04.2026 - 16:35
Alzheimer xəstəliyində yaddaş itkisinin səbəbi açıqlandı26.04.2026 - 16:30
iPhone modelindən olan 12 telefonu almayın26.04.2026 - 16:25
Yollarda görünüş məhdudlaşacaq26.04.2026 - 16:20
Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 40-cı ili - ÇERNOBIL FACİƏSİ26.04.2026 - 16:15
Nevroloq Röyanə Quluzadə: “Yaddaşı gücləndirmək üçün elmi əsaslı üsullar mövcuddur”26.04.2026 - 16:10
Günəşdə iki güclü partlayış qeydə alınıb26.04.2026 - 16:05
ABŞ-nin "Qiyamət günü radiosu"ndan sirli mesaj yayımlandı26.04.2026 - 15:55
Alimlərdən maraqlı araşdırma: İsti hava gələcək nəsilləri dəyişdirə bilər26.04.2026 - 15:45
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Namiq Abdullayevə həsr olunur - VİDEO+FOTO26.04.2026 - 15:32
Kran suyundakı gizli təhlükələr: Rusiyalı mütəxəssis vacib məsləhətlər verdi26.04.2026 - 15:30
Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib26.04.2026 - 15:15
Əməkdar artist Əli Əliyev vəfat edib26.04.2026 - 15:00
İnformasiya bolluğu və diqqət dağınıqlığı26.04.2026 - 15:00
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq26.04.2026 - 14:30
“LevelUp” Karyera Forumu Xaçmaz gəncləri üçün təşkil olunub26.04.2026 - 14:10
Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə arabir yağıntılı olacaq26.04.2026 - 13:52
Zaqatala, Qax və Balakəndə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 15 mərkəzdə aparılıb26.04.2026 - 13:31
Ştutqartda görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin xatirəsi anılıb26.04.2026 - 12:45
Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü26.04.2026 - 12:26
Bu gün IX sinif şagirdləri imtahan veriblər26.04.2026 - 12:00
10-cu sinif şagirdi RFO-dan qızıl medal qazanıb26.04.2026 - 10:58
Xəzər dənizində zəlzələ olub26.04.2026 - 09:57
Günəşdə iki güclü partlayış qeydə alınıb26.04.2026 - 09:39
Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir26.04.2026 - 09:19
Şagirdlər üçün Qəbələyə tarixi səfər təşkil olunub26.04.2026 - 09:05
Bu günə olan hava proqnozu 26.04.2026 - 08:50
Mir Cəlal Paşayevin 118 illik irsi: Ədəbiyyatımıza və elmimizə silinməz töhfələr26.04.2026 - 08:35
“Meri Poppins” nağılının sehrli səhnə həyatı – Bakıda premyera26.04.2026 - 08:17
DİM aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil edəcək26.04.2026 - 08:00
BMU nümayəndə heyəti mübadilə proqramında iştirak edib26.04.2026 - 07:46
Gender rolları və cəmiyyət: ənənə ilə dayanıqlı inkişaf arasında balans” mövzusunda tədbir keçirilib26.04.2026 - 07:30
Bu gün 55 mindən çox şagird imtahan verəcək26.04.2026 - 07:15
ACLU məktəblilər üçün “Hüquqlarınızı bilin” adlı maarifləndirici videolar hazırlayır26.04.2026 - 07:00
Məktəblərdə texnologiya siyasəti ətrafında mübahisələr genişlənir26.04.2026 - 06:36
Məktəblərdə ingilis dili öyrənənlərə dəstək mexanizmləri genişlənir26.04.2026 - 06:18
ABŞ-da ştatlar evsiz tələbələrin müdafiəsini gücləndirmək üçün addımlar atır26.04.2026 - 06:00
Havayda yerli tələbələrə dəstək proqramı məhkəməyə verilib26.04.2026 - 05:42
Kinorejissor Gülbəniz Əzimzadənin xatirəsi yad edilir26.04.2026 - 05:18
Görkəmli alim Mirəli Seyidovun xatirəsi anılır26.04.2026 - 05:06
Əməkdar artist Baloğlan Əşrəfovun xatirəsi yad edilir26.04.2026 - 04:54
Muğam ustası Mürşüd Məmmədovun xatirəsi anılır26.04.2026 - 04:36