Təhsil 365 - Logo Mobile

Milli kimliyin təşəkkülündə və qorunmasında dil amilinin rolu: nəzəri-konseptual yanaşmalar

7226.04.2026 - 17:16
Milli kimliyin təşəkkülündə və qorunmasında dil amilinin rolu: nəzəri-konseptual yanaşmalar

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Kərkük Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Milli kimlik və soydaşlıq mirası” adlı beynəlxalq konfransda “Milli kimliyin təşəkkülündə və qorunmasında dil amilinin rolu: nəzəri-konseptual yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.

E.Mustafayev qeyd edib ki, milli kimliyin təşəkkülündə və qorunmasında dilin yeri və rolu müstəsna əhəmiyyətə malikdir. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda, xalqın tarixi yaddaşını, dünyagörüşünü, mədəni dəyərlərini və mənəvi irsini özündə daşıyan əsas sütundur. Hər bir millətin özünəməxsusluğu ilk növbədə onun dili vasitəsilə qorunur, ifadə olunur və inkişaf etdirilir. Bu baxımdan, dil milli identikliyin əsas göstəricilərindən biri kimi qəbul edilir.

Məruzəçi, həmçinin bildirib ki, dil xalqın keçmişi ilə bu günü arasında körpü rolunu oynayır. Dilin saflığının qorunması, inkişaf etdirilməsi məqsədyönlü dil siyasəti, təhsil sistemində onun möhkəm yer tutmasını təmin etmək olduqca zəruri bir məsələdir.

E.Mustafayev konfrans çərçivəsində türkman dilinin mövcud vəziyyəti haqqında danışdıqdan sonra, keçən il ərsəyə gətirdiyi “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” kitabı barədə ətraflı məlumat verib. Kitabın həm Azərbaycan dilində, həm də ərəb dilində ayrı-ayrı cildlər şəklində Bakı və Bağdad şəhərlərində nəşr olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, kitabda tədqiqat zamanı iki doğma dil arasında tam dil oxşarlıqları və əldə edilmiş mühüm nəticələrin ümumiləşdirilməsi, həmçinin gələcəkdə bu sahədə görülməsinə ehtiyac duyulan işlər və tövsiyələr qeyd edilib. Bu mənada, İraq-türkman dilinin akademik müstəvidə tədqiqi Azərbaycan dilinin təsir coğrafiyasının genişlənməsinə zəmin yaradacaq. Digər tərəfdən isə, İraq-türkman dilinin öyrənilməsi İraq türkmanları ilə Azərbaycan xalqı arasında elmi-mədəni və ədəbi əlaqələrin inkişaf tarixinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Nərmin Mustafayeva

Xəbər Lenti

ABŞ-da universitet yaxınlığında atışma: yaralılar var26.04.2026 - 19:35
Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib26.04.2026 - 19:26
Əməkdar artist Əli Əliyev vəfat edib26.04.2026 - 19:18
Şəhid qızı buraxılış imtahanından 290 bal toplayıb26.04.2026 - 19:14
Naxçıvanda IX siniflər üçün imtahan keçirlib 26.04.2026 - 18:54
Bakıda külək güclənəcək26.04.2026 - 18:44
Müasir alma növləri inkişaf etməyə davam edir26.04.2026 - 18:36
Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yeddi nəfər xəsarət alıb26.04.2026 - 18:28
İsmayıllı məktəblilərinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ekskursiyası yaddaqalan olub26.04.2026 - 18:22
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE26.04.2026 - 18:20
Avropada həkim qıtlığı: Tibb bacıları doktorluq edir26.04.2026 - 18:15
Şimal-qərb bölgəsində məktəb-valideyn əməkdaşlığı gücləndirilir26.04.2026 - 18:14
Balakəndə açıq şahmat turnirinin qalibləri mükafatlandırılıblar26.04.2026 - 18:06
Filtrlər tarix olur: "İnstaqram"da yeni dövr26.04.2026 - 18:00
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin yeni nəşri təqdim olunub26.04.2026 - 17:55
Fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məlumatlandırma davam edir26.04.2026 - 17:54
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın26.04.2026 - 17:50
“Qəhrəmanlıq zirvəsi” kitabı nəşr olunub26.04.2026 - 17:46
Smartfonu kilidləməyin ən etibarlı yolu26.04.2026 - 17:45
Yerdə günün 25 saat olacağı tarix AÇIQLANDI26.04.2026 - 17:40
Altıncı “Yüksəliş” müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı olub26.04.2026 - 17:38
Qəhvə ürək döyüntüsünün artmasına səbəb olursa... - Kardioloqdan vacib xəbərdarlıq26.04.2026 - 17:35
"WhatsApp" və ChatGPT-ni geridə qoydu: Maskın messenceri birinci oldu26.04.2026 - 17:35
Milli Kitabxanada Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan sərgi hazırlanıb26.04.2026 - 17:26
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA26.04.2026 - 17:25
"WhatsApp"dan yenilik: mesaj işinizə mane olmayacaq26.04.2026 - 17:20
Bu universitet 7 vəzifəyə işçi axtarır - SİYAHI26.04.2026 - 17:15
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün təhlükə26.04.2026 - 17:15
Şərqşünaslıq İnstitutunun kitabları Ankarada Azərbaycan Türkcəsi Tədris Ocağına hədiyyə edilib26.04.2026 - 17:06
Qabığında elə faydası var ki26.04.2026 - 17:05
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?26.04.2026 - 17:00
İmtahandan qayıdan şagirdlər qəzaya düşdü - 7 nəfər xəsarət alıb26.04.2026 - 16:55
Artıq çəkinin yaratdığı ciddi problemlər26.04.2026 - 16:50
Maskın “XChat” messenceri istifadəyə verilib26.04.2026 - 16:45
Bu gün imtahan var26.04.2026 - 16:40
Sirləri Çinə satan mühəndis azadlıqdan məhrum edildi26.04.2026 - 16:35
Alzheimer xəstəliyində yaddaş itkisinin səbəbi açıqlandı26.04.2026 - 16:30
iPhone modelindən olan 12 telefonu almayın26.04.2026 - 16:25
Yollarda görünüş məhdudlaşacaq26.04.2026 - 16:20
Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 40-cı ili - ÇERNOBIL FACİƏSİ26.04.2026 - 16:15
Nevroloq Röyanə Quluzadə: “Yaddaşı gücləndirmək üçün elmi əsaslı üsullar mövcuddur”26.04.2026 - 16:10
Günəşdə iki güclü partlayış qeydə alınıb26.04.2026 - 16:05
ABŞ-nin "Qiyamət günü radiosu"ndan sirli mesaj yayımlandı26.04.2026 - 15:55
Alimlərdən maraqlı araşdırma: İsti hava gələcək nəsilləri dəyişdirə bilər26.04.2026 - 15:45
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Namiq Abdullayevə həsr olunur - VİDEO+FOTO26.04.2026 - 15:32
Kran suyundakı gizli təhlükələr: Rusiyalı mütəxəssis vacib məsləhətlər verdi26.04.2026 - 15:30
Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib26.04.2026 - 15:15