Cəlilabadda baş verən yol qəzası nəticəsində yeddi nəfər yaralanıb.
"Tehsil365"in məlumatına görə, Zopun kəndi ərazisində baş verən qəza zamanı "VAZ-2106" və "Lada" markalı minik avtomobilləri toqquşub.
Nəticədə yeddi nəfər xəsarət alıb. Onların kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

