Təhsil 365 - Logo Mobile

İmtahan cavabları bu tarixdə açıqlanacaq

7426.04.2026 - 19:55
İmtahan cavabları bu tarixdə açıqlanacaq

Bu gün 55 mindən çox şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verib.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil365"ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri) Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri) və Naxçıvan Muxtar Respublikasında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu gün həmçinin Çilov adasında yerləşən məktəbdə, Bakı şəhəri üzrə xüsusi – internat məktəblərində, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə , eləcə də tədrisi gürcü dilində aparılan məktəblərdə oxuyan şagirdlər buraxılış imtahanı verib. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helokopteri vasitəsilə həyata keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

İmtahanda 55282 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Aprelin 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.


Nərmin Mustafayeva

Xəbər Lenti

Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq26.04.2026 - 19:44
ABŞ-da universitet yaxınlığında atışma: yaralılar var26.04.2026 - 19:35
Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib26.04.2026 - 19:26
Əməkdar artist Əli Əliyev vəfat edib26.04.2026 - 19:18
Şəhid qızı buraxılış imtahanından 290 bal toplayıb26.04.2026 - 19:14
Naxçıvanda IX siniflər üçün imtahan keçirlib 26.04.2026 - 18:54
Bakıda külək güclənəcək26.04.2026 - 18:44
Müasir alma növləri inkişaf etməyə davam edir26.04.2026 - 18:36
Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yeddi nəfər xəsarət alıb26.04.2026 - 18:28
İsmayıllı məktəblilərinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ekskursiyası yaddaqalan olub26.04.2026 - 18:22
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE26.04.2026 - 18:20
Avropada həkim qıtlığı: Tibb bacıları doktorluq edir26.04.2026 - 18:15
Şimal-qərb bölgəsində məktəb-valideyn əməkdaşlığı gücləndirilir26.04.2026 - 18:14
Balakəndə açıq şahmat turnirinin qalibləri mükafatlandırılıblar26.04.2026 - 18:06
Filtrlər tarix olur: "İnstaqram"da yeni dövr26.04.2026 - 18:00
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin yeni nəşri təqdim olunub26.04.2026 - 17:55
Fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məlumatlandırma davam edir26.04.2026 - 17:54
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın26.04.2026 - 17:50
“Qəhrəmanlıq zirvəsi” kitabı nəşr olunub26.04.2026 - 17:46
Smartfonu kilidləməyin ən etibarlı yolu26.04.2026 - 17:45
Yerdə günün 25 saat olacağı tarix AÇIQLANDI26.04.2026 - 17:40
Altıncı “Yüksəliş” müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı olub26.04.2026 - 17:38
"WhatsApp" və ChatGPT-ni geridə qoydu: Maskın messenceri birinci oldu26.04.2026 - 17:35
Qəhvə ürək döyüntüsünün artmasına səbəb olursa... - Kardioloqdan vacib xəbərdarlıq26.04.2026 - 17:35
Milli Kitabxanada Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan sərgi hazırlanıb26.04.2026 - 17:26
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA26.04.2026 - 17:25
"WhatsApp"dan yenilik: mesaj işinizə mane olmayacaq26.04.2026 - 17:20
Milli kimliyin təşəkkülündə və qorunmasında dil amilinin rolu: nəzəri-konseptual yanaşmalar26.04.2026 - 17:16
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün təhlükə26.04.2026 - 17:15
Bu universitet 7 vəzifəyə işçi axtarır - SİYAHI26.04.2026 - 17:15
Şərqşünaslıq İnstitutunun kitabları Ankarada Azərbaycan Türkcəsi Tədris Ocağına hədiyyə edilib26.04.2026 - 17:06
Qabığında elə faydası var ki26.04.2026 - 17:05
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?26.04.2026 - 17:00
İmtahandan qayıdan şagirdlər qəzaya düşdü - 7 nəfər xəsarət alıb26.04.2026 - 16:55
Artıq çəkinin yaratdığı ciddi problemlər26.04.2026 - 16:50
Maskın “XChat” messenceri istifadəyə verilib26.04.2026 - 16:45
Bu gün imtahan var26.04.2026 - 16:40
Sirləri Çinə satan mühəndis azadlıqdan məhrum edildi26.04.2026 - 16:35
Alzheimer xəstəliyində yaddaş itkisinin səbəbi açıqlandı26.04.2026 - 16:30
iPhone modelindən olan 12 telefonu almayın26.04.2026 - 16:25
Yollarda görünüş məhdudlaşacaq26.04.2026 - 16:20
Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 40-cı ili - ÇERNOBIL FACİƏSİ26.04.2026 - 16:15
Nevroloq Röyanə Quluzadə: “Yaddaşı gücləndirmək üçün elmi əsaslı üsullar mövcuddur”26.04.2026 - 16:10
Günəşdə iki güclü partlayış qeydə alınıb26.04.2026 - 16:05
ABŞ-nin "Qiyamət günü radiosu"ndan sirli mesaj yayımlandı26.04.2026 - 15:55
Alimlərdən maraqlı araşdırma: İsti hava gələcək nəsilləri dəyişdirə bilər26.04.2026 - 15:45
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Namiq Abdullayevə həsr olunur - VİDEO+FOTO26.04.2026 - 15:32