Təhsil 365 - Logo Mobile

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün təhlükə

9726.04.2026 - 17:15
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün təhlükə

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir.

“Tehsil365“ xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yeni araşdırma, populyar süni intellekt modellərinin tibbi mövzularda nə dərəcədə etibarlı olduğunu üzə çıxarıb. 

Məlumata görə, bu gün sürətlə yayılan və geniş istifadə olunan süni intellekt əsaslı çatbotlar xüsusilə səhiyyə sahəsində ciddi risklər yarada bilər.

Araşdırma çərçivəsində xərçəngdən vaksinasiyaya, qidalanmadan idmana qədər 50 müxtəlif tibbi sual beş fərqli modelə yönəldilib.

Ekspertlərin qiymətləndirməsi göstərib ki, heç bir model tam düzgün və etibarlı istinad siyahısı təqdim edə bilməyib. Süni intellekt tərəfindən göstərilən mənbələr arasında yanlış müəllif adları, işləməyən linklər və hətta mövcud olmayan elmi məqalələrə rast gəlinib.

Tədqiqat müəllifləri vurğulayır ki, bu cavablar real bilikdən deyil, dil modellərinin statistik söz seçimi mexanizmindən qaynaqlanır.

Platformalar üzrə müqayisədə 58% ilə ən yüksək səhv payı "Grok" modelində qeydə alınıb. Onu 52 faizlə "ChatGPT", 50 faizlə isə "Meta AI" izləyib. Xüsusilə qidalanma ilə bağlı suallarda səhv göstəricilərinin daha yüksək olduğu qeyd edilir.

Araşdırma həmçinin göstərib ki, süni intellekt qapalı tipli ("doğru/yanlış") suallarda nisbətən daha düzgün nəticə versə də, açıq suallarda cavabların 32 faizi "yüksək dərəcədə problemli" hesab olunub.

Bildirilir ki, bu texnologiyalar müstəqil tibbi mənbə kimi istifadə edilməməlidir. "Nature Medicine" jurnalında yayımlanan digər araşdırma da bunu təsdiqləyir. Süni intellekt təkbaşına yüksək dəqiqlik göstərə bilsə də, istifadəçi ilə qarşılıqlı əlaqə zamanı düzgün cavab ehtimalı kəskin şəkildə azalır.

Alimlər süni intellektin yalnız məlumatları sadələşdirmək və ya həkimə veriləcək sualları formalaşdırmaq üçün köməkçi vasitə kimi istifadə olunmasını tövsiyə edir. Onların fikrincə, bu sistemləri tibbi qərarvermədə əsas mənbə kimi qəbul etmək ciddi risklər yarada bilər.

Mehriban İbadova

Xəbər Lenti

İmtahan cavabları bu tarixdə açıqlanacaq26.04.2026 - 19:55
Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq26.04.2026 - 19:44
ABŞ-da universitet yaxınlığında atışma: yaralılar var26.04.2026 - 19:35
Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib26.04.2026 - 19:26
Əməkdar artist Əli Əliyev vəfat edib26.04.2026 - 19:18
Şəhid qızı buraxılış imtahanından 290 bal toplayıb26.04.2026 - 19:14
Naxçıvanda IX siniflər üçün imtahan keçirlib 26.04.2026 - 18:54
Bakıda külək güclənəcək26.04.2026 - 18:44
Müasir alma növləri inkişaf etməyə davam edir26.04.2026 - 18:36
Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yeddi nəfər xəsarət alıb26.04.2026 - 18:28
İsmayıllı məktəblilərinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ekskursiyası yaddaqalan olub26.04.2026 - 18:22
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE26.04.2026 - 18:20
Avropada həkim qıtlığı: Tibb bacıları doktorluq edir26.04.2026 - 18:15
Şimal-qərb bölgəsində məktəb-valideyn əməkdaşlığı gücləndirilir26.04.2026 - 18:14
Balakəndə açıq şahmat turnirinin qalibləri mükafatlandırılıblar26.04.2026 - 18:06
Filtrlər tarix olur: "İnstaqram"da yeni dövr26.04.2026 - 18:00
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin yeni nəşri təqdim olunub26.04.2026 - 17:55
Fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məlumatlandırma davam edir26.04.2026 - 17:54
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın26.04.2026 - 17:50
“Qəhrəmanlıq zirvəsi” kitabı nəşr olunub26.04.2026 - 17:46
Smartfonu kilidləməyin ən etibarlı yolu26.04.2026 - 17:45
Yerdə günün 25 saat olacağı tarix AÇIQLANDI26.04.2026 - 17:40
Altıncı “Yüksəliş” müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı olub26.04.2026 - 17:38
"WhatsApp" və ChatGPT-ni geridə qoydu: Maskın messenceri birinci oldu26.04.2026 - 17:35
Qəhvə ürək döyüntüsünün artmasına səbəb olursa... - Kardioloqdan vacib xəbərdarlıq26.04.2026 - 17:35
Milli Kitabxanada Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan sərgi hazırlanıb26.04.2026 - 17:26
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA26.04.2026 - 17:25
"WhatsApp"dan yenilik: mesaj işinizə mane olmayacaq26.04.2026 - 17:20
Milli kimliyin təşəkkülündə və qorunmasında dil amilinin rolu: nəzəri-konseptual yanaşmalar26.04.2026 - 17:16
Bu universitet 7 vəzifəyə işçi axtarır - SİYAHI26.04.2026 - 17:15
Şərqşünaslıq İnstitutunun kitabları Ankarada Azərbaycan Türkcəsi Tədris Ocağına hədiyyə edilib26.04.2026 - 17:06
Qabığında elə faydası var ki26.04.2026 - 17:05
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?26.04.2026 - 17:00
İmtahandan qayıdan şagirdlər qəzaya düşdü - 7 nəfər xəsarət alıb26.04.2026 - 16:55
Artıq çəkinin yaratdığı ciddi problemlər26.04.2026 - 16:50
Maskın “XChat” messenceri istifadəyə verilib26.04.2026 - 16:45
Bu gün imtahan var26.04.2026 - 16:40
Sirləri Çinə satan mühəndis azadlıqdan məhrum edildi26.04.2026 - 16:35
Alzheimer xəstəliyində yaddaş itkisinin səbəbi açıqlandı26.04.2026 - 16:30
iPhone modelindən olan 12 telefonu almayın26.04.2026 - 16:25
Yollarda görünüş məhdudlaşacaq26.04.2026 - 16:20
Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 40-cı ili - ÇERNOBIL FACİƏSİ26.04.2026 - 16:15
Nevroloq Röyanə Quluzadə: “Yaddaşı gücləndirmək üçün elmi əsaslı üsullar mövcuddur”26.04.2026 - 16:10
Günəşdə iki güclü partlayış qeydə alınıb26.04.2026 - 16:05
ABŞ-nin "Qiyamət günü radiosu"ndan sirli mesaj yayımlandı26.04.2026 - 15:55
Alimlərdən maraqlı araşdırma: İsti hava gələcək nəsilləri dəyişdirə bilər26.04.2026 - 15:45
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Namiq Abdullayevə həsr olunur - VİDEO+FOTO26.04.2026 - 15:32