Azərbaycanda ali təhsil müəssisəsi işçi axtarır.
“Tehsil365”in məlumatına görə, Bakı Mühəndislik Universiteti kafedralar üzrə aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edib:
Kimya mühəndisliyi kafedrası – Dosent 1 yer (0,5)
Qida və biotexnologiya kafedrası – Dosent 3 yer (1,0)
İqtisadiyyat kafedrası – Dosent 1 yer (1,0)
Sənaye mühəndisliyi - Dosent 1 yer (0,5)
Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrası - Baş müəllim - 1 yer (0,5)
Müsabiqədə iştirak etmək üçün sənədlər bu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Namizədlər kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri, elmi və elmi-metodiki işlərin siyahısını, kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platformasını təqdimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: AZ-0101, Abşeron, Xırdalan şəhəri, H.Əliyev küçəsi 120.
Telefon: +994 (012) 349-99-66/67 + Daxili nömrə: (1113, 1115, 1117, 1155, 1504).
Fax: (+994) (012) 349-99-99
e-mail: [email protected]
web sayt: www.beu.edu.az

