"BGR" nəşrinin mütəxəssisləri smartfonların təhlükəsizlik sistemlərini müqayisə edərək, ən etibarlı kilid açma üsulunu müəyyən ediblər.
“Tehsil365“ xəbər verir ki, araşdırmaya əsasən, üçölçülü (3D) üz tanıma sistemi barmaq izi skanerindən daha təhlükəsiz hesab olunur.
Lakin mütəxəssislər vacib bir fərqi vurğulayıblar: söhbət yalnız istifadəçinin üz cizgilərini dərinliyinə qədər analiz edən texnologiyadan gedir. Məsələn, "iPhone" və "Huawei"nin son modellərində tətbiq edilən bu sistem fotolarla aldadıla bilən sadə ikiölçülü (2D) sistemlərdən qat-qat üstündür.
Buna baxmayaraq, barmaq izi sensorlarının da öz üstünlüyü var. Ekspertlər qeyd ediblər ki, istifadəçinin üzü bağlı olduqda və ya telefonu diqqət çəkmədən açmaq lazım gəldikdə, barmaq izi skaneri daha praktik seçimdir.
Mövzu ilə bağlı insayderlərin verdiyi digər məlumata görə, müasir smartfonlarda ekranların böyüməsi həm də texniki zərurətdir. Belə ki, kompakt cihazlarda yüksək tutumlu batareyaları yerləşdirmək mümkün olmadığı üçün istehsalçılar tədricən kiçik ekranlı modellərdən imtina edirlər.

