Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Əsəd zəngin yaradıcılığı ilə milli-mədəni irsimizdə xüsusi yer tutur.
“Tehsil365” xəbər verir ki, Əsəd Əhməd oğlu Rzayev 1874-cü ildə Yeni Bəyazid qəzasının Böyük Qaraqoyunlu kəndində anadan olmuşdur.
Ustad sənətkar uzun illər boyu saz sənətini inkişaf etdirərək özünəməxsus ifa tərzi və qoşmaları ilə geniş şöhrət qazanmışdır. Onun yaradıcılığı xalq ruhunu, milli dəyərləri və həyat fəlsəfəsini əks etdirən zəngin nümunələrlə yadda qalmışdır. Aşıq Əsəd həm də gənc aşıqların yetişməsində mühüm rol oynamış, sənətin nəsildən-nəslə ötürülməsinə töhfə vermişdir.
O, Azərbaycan Yazıçılar Birliyi üzvü kimi də ədəbi mühitdə fəal iştirak etmişdir. Sənətkar 27 aprel 1951-ci ildə Tovuzda vəfat etmişdir.
Aşıq Əsədin zəngin irsi bu gün də yaşadılır, onun yaradıcılığı aşıq sənətinin inkişafında mühüm qaynaq kimi dəyərləndirilir.

