Son dövrlər məktəblilər arasında yuxu rejiminin pozulması halları artıb.Gec saatlara qədər telefon və sosial şəbəkələrdən istifadə şagirdlərin həm dərs nəticələrinə, həm də sağlamlığına mənfi təsir edir.
“Tehsil365”in araşdırmasına görə, bir çox şagird gecə saatlarınadək telefondan istifadə etdiyi üçün kifayət qədər yuxu ala bilmir. Bu isə səhər oyanmaqda çətinlik, gün ərzində yorğunluq və diqqət dağınıqlığı yaradır.
Psixoloqların sözlərinə görə, ekran işığı beyinə oyaqlıq siqnalı verir və bu səbəbdən insanın yuxuya getməsi gecikir. Davamlı yuxusuzluq isə əsəbilik, stress və yaddaş zəifləməsinə səbəb ola bilər.
Müəllimlər problemin qarşısını almaq üçün valideyn nəzarətinin artırılmasını, yatmazdan ən azı bir saat əvvəl telefon istifadəsinin dayandırılmasını və düzgün gündəlik rejim qurulmasını tövsiyə edirlər.

