Aprelin 23-də Azərbaycan Dillər Universitetinin İngilis və alman dilləri fakültəsi nəzdində İngilis dilinin leksikologiya kafedrasının fil.e.d., dos. Məlahət Vəliyevanın rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət planı çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə mövzusunda “Yaşıl dil həftəsi (“Green Language Week”)” adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə rektorun məsləhətçisi i.f.d. Anar Osmanlı, İngilis və fransız dilləri fakültəsinin dekanı fil.f.d., dos. Vəfa Babayeva, İngilis və alman dilləri fakültəsinin dekanı fil.f.d., dos. Naibə Camalzadə, İngilis dilinin leksikologiya kafedrasının müdiri fil.f.d., dos. Mehriban Hüseynova, Tələbə Elmi Cəmiyyətinin sədri fil.f.d., b/m. Dürrə Həşimova, Təlim və metodologiya mərkəzinin müdiri b/m. Mülayim Bağırova və kafedra əməkdaşları iştirak ediblər.
Tədbirdə İngilis və fransız dilləri fakültəsinin 322 a qrupunun tələbələri — Aslanlı Zərifə, Kazımzadə Şahanə, Fərəcli Mətanət, Rüstəmova Ayan, Bəkirli Gülbəs, Ramazanova Leyla, Quliyeva Aysun və İsazadə İlkay xüsusi aktivlik nümayiş etdiriblər.
Tədbir Məlahət Vəliyevanın giriş nitqi ilə başlamış, aparıcılığı isə 322 a qrupunun tələbəsi Aslanlı Zərifə davam etdirib. Tələbələrin tullantı materiallardan hazırladıqları əl işləri videoçarx vasitəsilə nümayiş olunub.
Tədbir çərçivəsində müxtəlif mövzuları əhatə edən təqdimatlar təqdim edilib: “Green Language Vocabulary” — Fərəcli Mətanət və Kazımzadə Şahanə, “Climate Change and Its Consequences” — Rüstəmova Ayan, “Reduce, Reuse, Recycle” — Ramazanova Leyla və Bəkirli Gülbəs, “Green Energy Transition in Europe” — Quliyeva Aysun, “Ecosystems and Ecotourism” — İsazadə İlkay. Poster isə “Green Language” adlı təqdimatla Aslanlı Zərifə tərəfindən təqdim olunub.
Təşkilatçı Məlahət Vəliyeva mövzu ətrafında maraqlı sualları interaktiv oyun şəklində təqdim edib, hər iki komanda xüsusi mükafatlarla təltif olunub. Sonda tələbələr Maykl Ceksonun “Heal the World” mahnısını canlı ifa ediblər. Qonaqlar çıxış edərək tədbir haqqında öz müsbət fikirlərini və təəssüratlarını bölüşüblər.

