Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri ekoloji mühitin qorunması və yaşıllıqların artırılması məqsədilə Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq (IDEA) İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə aksiyasında iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, aksiya çərçivəsində paytaxtın müxtəlif ərazilərində ağaclar əkilərək ekosistemin bərpasına və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına töhfə verilib.

