Təhsil 365 - Logo Mobile

22 aprel – Yer Kürəsi Günündə “Yaşıl həftə” çərçivəsində tələbə konfransı keçirilib

6327.04.2026 - 08:25
22 aprel – Yer Kürəsi Günündə “Yaşıl həftə” çərçivəsində tələbə konfransı keçirilib

Aprelin 22-də Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası tərəfindən “Yaşıl dünya həftəsi” çərçivəsində tələbə konfransı təşkil olunub. Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası, Magistratura şöbəsi və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə keçirilən tədbir dəyirmi masa formatında baş tutub. Konfransda moderator qismində magistrantlar çıxış edib, bakalavr pilləsində təhsil alan tələbələr isə fəal iştirak ediblər.

“Tehsil365” xəbər verir ki, tədbirin əsas məqsədi tələbələr arasında dayanıqlı inkişaf konsepsiyası, ekoloji problemlər və ətraf mühitin mühafizəsi ilə bağlı aktual məsələlərin təcrübi müstəvidə müzakirəsini təşviq etmək olub. Dəyirmi masa formatına uyğun olaraq bütün rollar magistrant və tələbələr tərəfindən icra olunub, rəhbər və akademik heyətin nümayəndələri isə dinləyici və müşahidəçi kimi iştirak ediblər.

Konfrans çərçivəsində üç seksiya fəaliyyət göstərib və hər mərhələ müxtəlif mövzular üzrə tələbə çıxışları ilə yadda qalıb. Birinci mərhələnin moderatoru II kurs magistrantı Nuranə Allahverdiyeva olub. Bu mərhələdə bakalavr tələbələr Aytəkin Əliyeva, Günel Əliyeva, Elmira Qarayeva, Bahar Süleymanova və Süsər Məmmədli “Azərbaycanın palçıq vulkanları – dünya möcüzəsi”, “Topxana meşəsinin qırılması və bərpası”, “Vulkan problemi”, “Dağlıq Qarabağ ərazisində alternativ enerji mənbələri”, “Mühafizə edilən ərazilərdə iqlim dəyişikliyi” və “Təbii fəlakətlərin və meşə yanğınlarının qarşısının alınmasında çətinliklər” mövzularında çıxış ediblər. Təqdimatlarda həm nəzəri, həm də praktik yanaşmalar diqqət mərkəzində olub.

İkinci mərhələ II kurs magistrantı Fatimə Xaspoladovanın moderatorluğu ilə davam edib. Fidan Salmanova, Mircəlal Fəttazadə, Ləman Qəfərzadə, Əsmər Əlizadə və Samra İsmayılovanın çıxışlarında ekoloji və sosial-iqtisadi problemlərin qarşılıqlı əlaqəsi təhlil olunub. “Şoran torpaqlar”, “Ağdam çörək zavodu”, “İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri”, “Mühafizə edilən ərazilərdə təsərrüfat fəaliyyəti ilə mühafizə rejimi arasındakı ziddiyyətlər” və “Təmizləyici qurğuların olmaması və ya qeyri-effektiv fəaliyyəti nəticəsində sənaye və məişət tullantılarının sərhəd çaylarının ekoloji vəziyyətinə mənfi təsiri” mövzuları üzrə təqdimatlar edilib.

Üçüncü mərhələ II kurs magistrantı Hüseyn Nağıyevin moderatorluğu ilə keçirilib. Əminə Hədisova, Leyla Dursunova, Türkanə Hüseynli, Ağamalik Aslanov və Sona Vəlizadə tərəfindən təqdim olunan məruzələrdə “Termal və mineral su mənbələri ətrafında formalaşan ticarət obyektlərinin yaratdığı məişət tullantıları”, “Ənənəvi toxum növlərinin məhv olması və bunun aqrar müxtəlifliyə təsiri”, “Sunamilər və onların qlobal nəticələri”, “Kür çayının ekoloji problemləri” və “Mühafizə olunan ərazilərdə həddindən artıq otarılma nəticəsində torpaqların münbitliyinin azalması” kimi mövzular geniş şəkildə işıqlandırılıb.

Tədbirin sonunda ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva çıxış edərək tələbələrin yüksək səviyyədə hazırladıqları məruzələri və təqdim etdikləri maketləri xüsusi vurğulayıb, onların elmi-tədqiqat fəaliyyətinə marağını yüksək qiymətləndirib. Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli, Magistratura şöbəsinin müdiri, dosent Namiq Əsədov, Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva, dosent Ədalət Abdiyeva, Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Aidə Yusifzadə, TEC-in sədri Dürrə Həşimova, Strateji inkişaf və planlama şöbəsinin müdiri Röya Əliyeva və THİK-in sədri Zəhra Hüseynova tələbələrin fəallığını və mövzulara yanaşma tərzini yüksək qiymətləndiriblər.

Çıxışlarda qeyd olunub ki, magistrantların moderator kimi fəaliyyəti onların güclü kommunikasiya bacarıqlarını nümayiş etdirir, mövzulara verdikləri şərhlər isə elmi əsaslara söykənərək müzakirələrin keyfiyyətini artırır. Tədbirin sonunda tələbələrə gələcək akademik və peşəkar fəaliyyətlərində uğurlar arzulanıb. Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən təqdimat materiallarının elektron formatda toplanaraq sistemləşdiriləcəyi bildirilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Tələbə və məzunlar üçün yeni imkanlar platforması - AzMİU-da “Karyera həftəsi”nə başlanılıb27.04.2026 - 12:38
DİM-də növbəti TOEFL iBT imtahanı təşkil ediləcək27.04.2026 - 12:25
Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər27.04.2026 - 12:00
Məktəblilərdə yuxusuzluğun səbəbləri27.04.2026 - 09:56
SDU-da "Xaricdə təhsilin karyerada imkanları" mövzusunda maarifləndirici görüş keçirilib27.04.2026 - 09:47
BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq27.04.2026 - 09:40
ADU- da Tələbə rifahı və psixoloji sağlamlıq seminarı keçirilib27.04.2026 - 09:32
BDU tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyası27.04.2026 - 09:21
Ankarada Kamal Abdulla və Rafiq Əliyevin üç kitabının təqdimatı və müzakirəsi keçirilib27.04.2026 - 09:10
“Linqvokulturologiya nədir” mövzusunda elmi seminar keçirilib27.04.2026 - 09:01
BDU-nun Psixoloji yardım sektoru “Qida pozuntuları” adlı maarifləndirici təlim keçirib27.04.2026 - 08:50
Bu günə olan hava proqnozu 27.04.2026 - 08:37
Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb27.04.2026 - 08:16
Bəxtiyar Vahabzadənin şeirləri Helsinkidə səsləndirilib27.04.2026 - 08:02
ADU-da Norveç və Azərbaycanın ekoloji problemlərinə dair açıq dərs keçirilib27.04.2026 - 07:50
Maraqlı eksperiment: Süni intellekt danışıqlar apardı, alqı-satqı etdi27.04.2026 - 07:42
BDU TGT-nin üzvləri IDEA-nın təşkilatçılığı ilə ağacəkmə aksiyasında27.04.2026 - 07:32
Gənclərin 30 faizi unutqanlıqdan əziyyət çəkir27.04.2026 - 07:21
“Yaşıl Dil Həftəsi” çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib27.04.2026 - 07:13
Məktəb işçilərinin işdən ayrılması və karyera dəyişiklikləri müzakirə olunur27.04.2026 - 07:00
Ştatlar evsiz tələbələrin müdafiəsini gücləndirmək üçün qanunvericiliyi genişləndirir27.04.2026 - 06:36
Məktəblərdə texnologiya siyasəti müzakirələri qızışır27.04.2026 - 06:18
Məktəblərdə ingilis dili öyrənənlərə dəstək: müasir yanaşmalar və statistik mənzərə27.04.2026 - 06:00
ABŞ ştatları evsiz tələbələrin müdafiəsini gücləndirmək üçün yeni addımlar atır27.04.2026 - 05:42
Bakı əməliyyatı: Azərbaycanın sovetləşdirilməsinə aparan tarixi hadisə27.04.2026 - 05:18
Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin əsası qoyuldu27.04.2026 - 05:06
Zəngəzur zəlzələsi: 1931-ci ilin dağıdıcı təbii fəlakəti27.04.2026 - 04:54
Rəssam Altay Sadıqzadənin yaradıcılığı diqqət mərkəzindədir27.04.2026 - 04:36
Ustad aşıq Əsədin yaradıcılığı və irsi yad edilir27.04.2026 - 04:18
Milli Qəhrəman Mikayıl Cəbrayılovun xatirəsi anılır27.04.2026 - 04:00
İmtahan cavabları bu tarixdə açıqlanacaq26.04.2026 - 19:55
Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq26.04.2026 - 19:44
ABŞ-da universitet yaxınlığında atışma: yaralılar var26.04.2026 - 19:35
Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib26.04.2026 - 19:26
Əməkdar artist Əli Əliyev vəfat edib26.04.2026 - 19:18
Şəhid qızı buraxılış imtahanından 290 bal toplayıb26.04.2026 - 19:14
Naxçıvanda IX siniflər üçün imtahan keçirlib 26.04.2026 - 18:54
Bakıda külək güclənəcək26.04.2026 - 18:44
Müasir alma növləri inkişaf etməyə davam edir26.04.2026 - 18:36
Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yeddi nəfər xəsarət alıb26.04.2026 - 18:28
İsmayıllı məktəblilərinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ekskursiyası yaddaqalan olub26.04.2026 - 18:22
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE26.04.2026 - 18:20
Avropada həkim qıtlığı: Tibb bacıları doktorluq edir26.04.2026 - 18:15
Şimal-qərb bölgəsində məktəb-valideyn əməkdaşlığı gücləndirilir26.04.2026 - 18:14
Balakəndə açıq şahmat turnirinin qalibləri mükafatlandırılıblar26.04.2026 - 18:06
Filtrlər tarix olur: "İnstaqram"da yeni dövr26.04.2026 - 18:00
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin yeni nəşri təqdim olunub26.04.2026 - 17:55