Təhsil 365 - Logo Mobile

Ankarada Kamal Abdulla və Rafiq Əliyevin üç kitabının təqdimatı və müzakirəsi keçirilib

6627.04.2026 - 09:10
Ankarada Kamal Abdulla və Rafiq Əliyevin üç kitabının təqdimatı və müzakirəsi keçirilib

Aprelin 24-də Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Ankara Universiteti mühüm elmi-mədəni hadisəyə ev sahibliyi edib. Azərbaycanın görkəmli elm xadimləri – Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq”, “Qeyri-səlis məntiq və dil-nitq”, eləcə də azərbaycanlı alimlərin Türkiyənin sabiq təhsil naziri, professor Ziya Selcuk ilə birgə qələmə aldıqları “Uşaqlar üçün qeyri-səlis məntiq” kitablarının təqdimatı və müzakirəsi keçirilib.

“Tehsil365” xəbər verir ki, universitet rəhbərliyinin, elmi ictimaiyyət nümayəndələrinin, müxtəlif universitetlərin alim və tələbələrinin iştirak etdiyi tədbiri Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar açaraq təqdimatı keçirilən kitabların müasir elmi düşüncədə oynadığı mühüm roldan danışıb. Qeyd olunub ki, humanitar və dəqiq elmlərin sintezindən doğan bu fundamental araşdırmalar yalnız akademik mühit üçün deyil, həm də gələcək texnoloji və intellektual inkişaf üçün mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev təqdim olunan nəşrlərin elmi ictimaiyyət və ziyalılar tərəfindən böyük maraqla qarşılandığını bildirib. “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” əsərində qədim türk eposunun semantik strukturu qeyri-səlis məntiq prizmasından təhlil edilir. “Qeyri-səlis məntiq və dil-nitq” kitabında dilin dinamik və elastik təbiəti, mənanın kontekstdən asılı olaraq dəyişməsi kimi məsələlər elmi əsaslarla araşdırılır. “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabında isə elmi biliklərin sadə və anlaşıqlı şəkildə təqdim olunması gənc nəslin məntiqi və analitik düşüncə qabiliyyətinin inkişafına töhfə verir.

Qeyd olunub ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının “Springer” kimi nüfuzlu beynəlxalq nəşriyyatda çap olunması onun elmi dəyərinin göstəricisidir və Azərbaycan elminin qlobal miqyasda tanınmasına mühüm töhfə verir. Təqdim olunan əsərlər türk, alman və ingilis dillərinə tərcümə olunaraq beynəlxalq elmi ictimaiyyətə təqdim edilib, kitabların digər dillərə tərcüməsi davam edir və yaxın zamanda Özbəkistanda da nəşri planlaşdırılır.

Daha sonra tədbir iştirakçıları qarşısında çıxış edən müəlliflər təqdim olunan əsərlərin yaranma ideyası, metodoloji əsasları və elmi yeniliklərindən danışıblar. Müəlliflər iştirakçıların suallarını cavablandırıb, geniş fikir mübadiləsi aparılıb. Diskussiya zamanı bu tədqiqatların yalnız nəzəri deyil, həm də praktiki sahələr – xüsusilə süni intellekt, təbii dil emalı və koqnitiv elmlər üçün əhəmiyyətli olduğu vurğulanıb. Bildirilib ki, bu təqdimatlar elmi fikir mübadiləsi baxımından məhsuldar olmaqla yanaşı, Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın uğurlu nümunəsidir.

Təqdimat və müzakirə mərasiminin sonunda kitabların imzalanma mərasimi keçirilib.

Qeyd edək ki, Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev son illər qeyri-səlis məntiq nəzəriyyəsinin daha da dərinliklərinə enərək, bu nəzəriyyəni Azərbaycan ədəbi və elmi sahələrinə uğurla tətbiq edirlər. Onlar dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsini Dədə Qorqud boylarına tətbiq etməklə diqqətəlayiq nəticələr əldə etmiş, hər iki alimin birgə yazdıqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Azərbaycan (üç dəfə), Almaniya və Türkiyədə çap olunaraq, oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən ikinci nəşri – “Qeyri-səlis məntiq və dil-nitq” adlı kitabında qeyri-səlis məntiq nəzəriyyəsini dilçilikdə yeni bir istiqamət kimi təqdim edən müəlliflər bu nəzəriyyənin dilin təbii çoxmənalılığı və qeyri-xətti xüsusiyyətlərini necə izah etdiyini əhatəli şəkildə təhlil edirlər. Bu yanaşma həm dilçilik, həm də informasiya nəzəriyyəsi sahələrində yeni perspektivlərə yol açır, gələcək tədqiqatlar üçün zəmin yaradır.

Akademik Kamal Abdulla, professor Rafiq Əliyev və Türkiyənin tanınmış təhsil və elm xadimi Ziya Səlcuqun həmmüəllif olduğu “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı isə yalnız elmi biliklərin sadələşdirilmiş təqdimatı ilə kifayətlənmir, eyni zamanda erkən yaşlardan analitik, yaradıcı təfəkkürün formalaşdırılmasını hədəfləyir. Müəlliflər uşaqlara dünyanı yalnız sərt kateqoriyalar çərçivəsində deyil, çoxmənalı və dinamik proses kimi dərk etməyin yollarını göstərirlər.

Zeynəb Quluyeva

Xəbər Lenti

Tələbə və məzunlar üçün yeni imkanlar platforması - AzMİU-da “Karyera həftəsi”nə başlanılıb27.04.2026 - 12:38
DİM-də növbəti TOEFL iBT imtahanı təşkil ediləcək27.04.2026 - 12:25
Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər27.04.2026 - 12:00
Məktəblilərdə yuxusuzluğun səbəbləri27.04.2026 - 09:56
SDU-da "Xaricdə təhsilin karyerada imkanları" mövzusunda maarifləndirici görüş keçirilib27.04.2026 - 09:47
BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq27.04.2026 - 09:40
ADU- da Tələbə rifahı və psixoloji sağlamlıq seminarı keçirilib27.04.2026 - 09:32
BDU tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyası27.04.2026 - 09:21
“Linqvokulturologiya nədir” mövzusunda elmi seminar keçirilib27.04.2026 - 09:01
BDU-nun Psixoloji yardım sektoru “Qida pozuntuları” adlı maarifləndirici təlim keçirib27.04.2026 - 08:50
Bu günə olan hava proqnozu 27.04.2026 - 08:37
22 aprel – Yer Kürəsi Günündə “Yaşıl həftə” çərçivəsində tələbə konfransı keçirilib27.04.2026 - 08:25
Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb27.04.2026 - 08:16
Bəxtiyar Vahabzadənin şeirləri Helsinkidə səsləndirilib27.04.2026 - 08:02
ADU-da Norveç və Azərbaycanın ekoloji problemlərinə dair açıq dərs keçirilib27.04.2026 - 07:50
Maraqlı eksperiment: Süni intellekt danışıqlar apardı, alqı-satqı etdi27.04.2026 - 07:42
BDU TGT-nin üzvləri IDEA-nın təşkilatçılığı ilə ağacəkmə aksiyasında27.04.2026 - 07:32
Gənclərin 30 faizi unutqanlıqdan əziyyət çəkir27.04.2026 - 07:21
“Yaşıl Dil Həftəsi” çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib27.04.2026 - 07:13
Məktəb işçilərinin işdən ayrılması və karyera dəyişiklikləri müzakirə olunur27.04.2026 - 07:00
Ştatlar evsiz tələbələrin müdafiəsini gücləndirmək üçün qanunvericiliyi genişləndirir27.04.2026 - 06:36
Məktəblərdə texnologiya siyasəti müzakirələri qızışır27.04.2026 - 06:18
Məktəblərdə ingilis dili öyrənənlərə dəstək: müasir yanaşmalar və statistik mənzərə27.04.2026 - 06:00
ABŞ ştatları evsiz tələbələrin müdafiəsini gücləndirmək üçün yeni addımlar atır27.04.2026 - 05:42
Bakı əməliyyatı: Azərbaycanın sovetləşdirilməsinə aparan tarixi hadisə27.04.2026 - 05:18
Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin əsası qoyuldu27.04.2026 - 05:06
Zəngəzur zəlzələsi: 1931-ci ilin dağıdıcı təbii fəlakəti27.04.2026 - 04:54
Rəssam Altay Sadıqzadənin yaradıcılığı diqqət mərkəzindədir27.04.2026 - 04:36
Ustad aşıq Əsədin yaradıcılığı və irsi yad edilir27.04.2026 - 04:18
Milli Qəhrəman Mikayıl Cəbrayılovun xatirəsi anılır27.04.2026 - 04:00
İmtahan cavabları bu tarixdə açıqlanacaq26.04.2026 - 19:55
Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq26.04.2026 - 19:44
ABŞ-da universitet yaxınlığında atışma: yaralılar var26.04.2026 - 19:35
Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib26.04.2026 - 19:26
Əməkdar artist Əli Əliyev vəfat edib26.04.2026 - 19:18
Şəhid qızı buraxılış imtahanından 290 bal toplayıb26.04.2026 - 19:14
Naxçıvanda IX siniflər üçün imtahan keçirlib 26.04.2026 - 18:54
Bakıda külək güclənəcək26.04.2026 - 18:44
Müasir alma növləri inkişaf etməyə davam edir26.04.2026 - 18:36
Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yeddi nəfər xəsarət alıb26.04.2026 - 18:28
İsmayıllı məktəblilərinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ekskursiyası yaddaqalan olub26.04.2026 - 18:22
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE26.04.2026 - 18:20
Avropada həkim qıtlığı: Tibb bacıları doktorluq edir26.04.2026 - 18:15
Şimal-qərb bölgəsində məktəb-valideyn əməkdaşlığı gücləndirilir26.04.2026 - 18:14
Balakəndə açıq şahmat turnirinin qalibləri mükafatlandırılıblar26.04.2026 - 18:06
Filtrlər tarix olur: "İnstaqram"da yeni dövr26.04.2026 - 18:00
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin yeni nəşri təqdim olunub26.04.2026 - 17:55