Təhsil 365 - Logo Mobile

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

7327.04.2026 - 09:40
BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

Aprelin sonundan may ayının ortalarına qədər “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq.

“Tehsil365” xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının maksimum aktivliyi 5-6 may tarixlərinə təsadüf edəcək.

Meteorlar təxminən 66 km/saat sürətlə Yer atmosferinə daxil olur və yüksək sürətləri səbəbindən səma boyunca uzun və parlaq izlər buraxır. Dolça (Aquarius) bürcü istiqamətindən gəlirmiş kimi göründüyünə görə bu meteor yağışı “Eta Aquarid” adlandırılır.

“Eta Aquarid” meteor yağışının mənbəyi Günəş sisteminin ən məşhur periodik kometlərindən biri olan Halley kometi ilə bağlıdır. Halley kometi qədim dövrlərdən müşahidə olunsa da, onun periodik təbiəti ilk dəfə Edmond Halley tərəfindən müəyyən edilib. O, 1682-ci ildə müşahidə etdiyi kometin 1531 və 1607-ci illərdə qeydə alınmış kometlə təxminən 76 illik dövrə malik eyni obyekt olduğunu hesablayıb. 1758-ci ildə kometin yenidən görünməsi bu hesablamanı təsdiqləyib və komet onun şərəfinə adlandırılıb. Günəşə yaxınlaşma zamanı kometin səthindəki buz və toz maddələri sublimasiya edir və orbital trayektoriya boyunca geniş və uzun iz buraxır. Yer bu izlə ildə iki dəfə qarşılaşır və nəticədə may ayında “Eta Aquarid”, oktyabr ayında isə “Orionid” meteor yağışları müşahidə olunur.

Bakı şəhərindən “Eta Aquarid” meteor yağışının müşahidəsi mümkündür, lakin bəzi məhdudiyyətlər mövcuddur. Şimal yarımkürəsində yerləşdiyinə görə meteorların radiant nöqtəsi üfüqdən çox yüksək qalxmır. Bunun üçün də müşahidə olunan meteorların sayı Cənub yarımkürəsi ilə müqayisədə daha az olur. Buna baxmayaraq, əlverişli hava şəraitində və şəhər işıq çirklənməsindən uzaq ərazilərdə səhərə yaxın saatlarda (saat 02:16-dan 05:01-ə qədər) müşahidə aparmaqla saatda 10–20 meteor görmək mümkündür. Xüsusilə Abşeron yarımadasından kənar, daha qaranlıq səma şəraitinə malik ərazilər müşahidə üçün əlverişli hesab olunur.

“Eta Aquarid” meteor yağışı yalnız estetik baxımdan deyil, həm də elmi tədqiqatlar üçün mühüm əhəmiyyətə malikdir. Meteorların spektral müşahidələri onların kimyəvi tərkibini müəyyən etməyə imkan verir, bu məlumatlar komet materialının ilkin xüsusiyyətlərinin öyrənilməsi üçün istifadə olunur. Meteorların Yer atmosferinə daxil olması zamanı baş verən ionlaşma və enerji ötürülməsi prosesləri yüksək enerjili hissəciklərin atmosferlə qarşılıqlı təsir mexanizmlərini araşdırmağa imkan yaradır

Zeynəb Quluyeva

Xəbər Lenti

Tələbə və məzunlar üçün yeni imkanlar platforması - AzMİU-da “Karyera həftəsi”nə başlanılıb27.04.2026 - 12:38
DİM-də növbəti TOEFL iBT imtahanı təşkil ediləcək27.04.2026 - 12:25
Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər27.04.2026 - 12:00
Məktəblilərdə yuxusuzluğun səbəbləri27.04.2026 - 09:56
SDU-da "Xaricdə təhsilin karyerada imkanları" mövzusunda maarifləndirici görüş keçirilib27.04.2026 - 09:47
ADU- da Tələbə rifahı və psixoloji sağlamlıq seminarı keçirilib27.04.2026 - 09:32
BDU tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyası27.04.2026 - 09:21
Ankarada Kamal Abdulla və Rafiq Əliyevin üç kitabının təqdimatı və müzakirəsi keçirilib27.04.2026 - 09:10
“Linqvokulturologiya nədir” mövzusunda elmi seminar keçirilib27.04.2026 - 09:01
BDU-nun Psixoloji yardım sektoru “Qida pozuntuları” adlı maarifləndirici təlim keçirib27.04.2026 - 08:50
Bu günə olan hava proqnozu 27.04.2026 - 08:37
22 aprel – Yer Kürəsi Günündə “Yaşıl həftə” çərçivəsində tələbə konfransı keçirilib27.04.2026 - 08:25
Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb27.04.2026 - 08:16
Bəxtiyar Vahabzadənin şeirləri Helsinkidə səsləndirilib27.04.2026 - 08:02
ADU-da Norveç və Azərbaycanın ekoloji problemlərinə dair açıq dərs keçirilib27.04.2026 - 07:50
Maraqlı eksperiment: Süni intellekt danışıqlar apardı, alqı-satqı etdi27.04.2026 - 07:42
BDU TGT-nin üzvləri IDEA-nın təşkilatçılığı ilə ağacəkmə aksiyasında27.04.2026 - 07:32
Gənclərin 30 faizi unutqanlıqdan əziyyət çəkir27.04.2026 - 07:21
“Yaşıl Dil Həftəsi” çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib27.04.2026 - 07:13
Məktəb işçilərinin işdən ayrılması və karyera dəyişiklikləri müzakirə olunur27.04.2026 - 07:00
Ştatlar evsiz tələbələrin müdafiəsini gücləndirmək üçün qanunvericiliyi genişləndirir27.04.2026 - 06:36
Məktəblərdə texnologiya siyasəti müzakirələri qızışır27.04.2026 - 06:18
Məktəblərdə ingilis dili öyrənənlərə dəstək: müasir yanaşmalar və statistik mənzərə27.04.2026 - 06:00
ABŞ ştatları evsiz tələbələrin müdafiəsini gücləndirmək üçün yeni addımlar atır27.04.2026 - 05:42
Bakı əməliyyatı: Azərbaycanın sovetləşdirilməsinə aparan tarixi hadisə27.04.2026 - 05:18
Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin əsası qoyuldu27.04.2026 - 05:06
Zəngəzur zəlzələsi: 1931-ci ilin dağıdıcı təbii fəlakəti27.04.2026 - 04:54
Rəssam Altay Sadıqzadənin yaradıcılığı diqqət mərkəzindədir27.04.2026 - 04:36
Ustad aşıq Əsədin yaradıcılığı və irsi yad edilir27.04.2026 - 04:18
Milli Qəhrəman Mikayıl Cəbrayılovun xatirəsi anılır27.04.2026 - 04:00
İmtahan cavabları bu tarixdə açıqlanacaq26.04.2026 - 19:55
Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq26.04.2026 - 19:44
ABŞ-da universitet yaxınlığında atışma: yaralılar var26.04.2026 - 19:35
Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib26.04.2026 - 19:26
Əməkdar artist Əli Əliyev vəfat edib26.04.2026 - 19:18
Şəhid qızı buraxılış imtahanından 290 bal toplayıb26.04.2026 - 19:14
Naxçıvanda IX siniflər üçün imtahan keçirlib 26.04.2026 - 18:54
Bakıda külək güclənəcək26.04.2026 - 18:44
Müasir alma növləri inkişaf etməyə davam edir26.04.2026 - 18:36
Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yeddi nəfər xəsarət alıb26.04.2026 - 18:28
İsmayıllı məktəblilərinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ekskursiyası yaddaqalan olub26.04.2026 - 18:22
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE26.04.2026 - 18:20
Avropada həkim qıtlığı: Tibb bacıları doktorluq edir26.04.2026 - 18:15
Şimal-qərb bölgəsində məktəb-valideyn əməkdaşlığı gücləndirilir26.04.2026 - 18:14
Balakəndə açıq şahmat turnirinin qalibləri mükafatlandırılıblar26.04.2026 - 18:06
Filtrlər tarix olur: "İnstaqram"da yeni dövr26.04.2026 - 18:00
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin yeni nəşri təqdim olunub26.04.2026 - 17:55