AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev Ankarada Azərbaycan Diasporuna Dəstək Fondu və Qazi Universitetinin dəstəyi, həmçinin Kərkük Kültür Dərnəyinin təşkilatçılığı ilə “Milli kimlik və soydaşlıq irsi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
İnstitutdan “Tehsil365” ə bildirilib ki, türkmanşünas-alim açılış panelində “Azərbaycanda türkman milli kimliyi və onun tarixi səciyyəsi” mövzusunda məruzə ilə çıxış edib.
Elmi konfransda Azərbaycan və Türkiyə alimləri ilə yanaşı, İraq, Suriya və Livandan türkman nümayəndə heyətləri də təmsil olunub.

