Təhsil 365 - Logo Mobile

Beynəlxalq Xalça Festivalı günlərində Bakıda çoxsaylı sərgilər açılacaq

7227.04.2026 - 17:46
Beynəlxalq Xalça Festivalı günlərində Bakıda çoxsaylı sərgilər açılacaq

Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə mayın 1-dən 3-dək “İçərişəhər” Qoruq ərazisində keçiriləcək Beynəlxalq Xalça Festivalına hazırlıqlar davam edir.

“Azərxalça” ASC-dən “Tehsil365"ə bildirilib ki, festivalın zəngin və maraqlı proqramına bu il də müxtəlif, həm yerli, həm də xarici müəlliflərin sərgiləri daxildir.

"Elysıum"

Bu sadəcə bir sərgi deyil, həm də sənətin müxtəlif sahələrinin birləşməsidir. Rəssam Aida Mahmudovanın fırçasından çıxan abstrakt rəng qatları "Azərxalça" ASC-nın toxucuları tərəfindən ilmələrə köçürülüb. Bu, rəsm əsərinin "toxunulmaz" kətan halından çıxıb, daha fiziki və strukturlu bir formaya çevrilməsidir. Xalçaların Nardaran, Şəmkir və Qubada toxunması layihənin həm də sosial tərəfini — yerli sənətkarlığın və qadın əməyinin müasir incəsənətlə dəstəklənməsini vurğulayır.

"Azərxalça" ASC-nin tarixi təcrübəsi ilə Aida Mahmudovanın müasir baxışı mayın 1-3-də İçərişəhər kimi tarixi məkanda (Böyük Qala, 15) bir araya gələcək.

“Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları”

Fərid Rəsulov və "Azərxalça" ASC-nin tərəfdaşlığından ortaya çıxan “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” xalça kolleksiyası ənənəvi Qarabağ xalçaçılıq sənətini sadəcə keçmişin qalığı kimi deyil, müasir sənət dilinin canlı bir parçası kimi təqdim edir. Bu layihə, qədim naxışları müasir vizual kontekstdə yenidən "aktivləşdirir". Sərginin əsas qayəsi irs ilə müasirlik arasında ciddi bir dialoq yaratmaq, toxunmuş hər ilmədə nağılları və tariximizi bugünkü bədii təfəkkürlə birləşdirməkdir. Beynəlxalq Xalça Festivalı üçün xüsusi hazırlanan kolleksiyanın ilk təqdimatı da festivalda baş tutacaq. Kolleksiyaya - “Ağ at və quşların nağılı”, “Qarabağ atının əfsanəsi”, “Zəriflik naxışı”, “Qızılı lələklərin əks-sədası”, “İlmələrdəki pələng” və “Gecənin tacı nar” adlı fərqli 6 xalça daxildir. Yun və ipək qarışığından ibarət, 3D texnikası ilə hazırlanan “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” sərgisinin əsas ideyası: təkcə qorumaq kifayət deyil. Mədəni irs aktual qalmaq üçün dinamik olmalıdır.

Sərgi festival günlərində, 3 gün müddətində İçərişəhərdə yerləşən “Qgallery” sərgi salonunda nümayiş olunacaq.

Hərəkətdə olan ruhlar ("SOULS IN MOTION")

Laurin Malanqro (Laurine Malengreau) müasir tekstil sənətində ənənəvi sənətkarlıqla innovativ texnikaları birləşdirən önəmli simalardan biridir. Onun yaradıcılığının mərkəzində dayanan "Nuno Silk" (Nuno ipəyi) texnikası, ipək və yun liflərinin bir-birinə keçərək vahid, axıcı və rəngkar bir tekstur yaratmasına əsaslanır. Rəssam, təbii ipək və yun materiallarını bir-birinə qovuşduraraq, efir variasiyalı və rəngkar kompozisiyalı irimiqyaslı divar asmaları yaradır. Onun əsərləri jestləri, rəngləri və materiallığı araşdıraraq, emosiya və hərəkəti immersiv tekstil formalarına çevirir. Beynəlxalq səviyyədə tanınan Malenqronun əsərləri şəxsi kolleksiyalarda və dizayn layihələrində yer alır; bu işlər həm ənənəvi sənətkarlığa dərin hörməti, həm də davamlılığa (sustainability) olan güclü bağlılığı əks etdirir.

Laurin Malenqro hazırda Fransanın məşhur qobelen mərkəzi olan Obüsson şəhərində yaşayır. O, beynəlxalq səviyyədə tanınmış sənətkar olmaqla yanaşı əsərləri Latviyadakı Rotko Muzeyinin daimi kolleksiyasına qəbul edilən ilk rəssam da hesab olunur.

Sərgi 3 gün müddətində Bakı Fotoqrafiya Evində tamaşaçıların ixtiyarında olacaq.

Hörülmə

Alban-amerikalı rəssam Cəvahir Kolqininin (Xhevahir Kolgjini) yaradıcılığını təqdim edən bu sərgi mənəvi transformasiyanı, psixoloji gərginliyi və dəyişməz qalanla dəyişən arasındakı kövrək tarazlığı araşdırır. Əsərlər əllə toxunma (düyünləmə) texnikası ilə yaradılıb. Yaşanmış təcrübələr xətlərin, düyünlərin, torların və piksellərin dili ilə toxunmuş struktura çevrilir. Bu, rəssamın mədəniyyətlərin kəsişməsi və sivilizasiyaların toqquşması mövzularına uzunmüddətli marağını əks etdirir. Sərgi tekstili həm bir təsvir, həm də bir düşüncə forması kimi təqdim edir. Burada duyğusal, zehni və mədəni anlayışlar bir-birinə keçərək birgəyaşayış və özünüifadə haqqında dərin bir meditasiya məkanı yaradır.

Müəllifin əsərləri London, Nyu-York, Albaniyanın müxtəlif şəhərlərində və digər ölkələrdə nümayiş etdirilib. "Intertwined Polarities" seriyasından olan işləri son illərdə Tirana və Nyu-Yorkda sərgilənmişdir.

Sərgi mayın 1-3-də Zaman Qalereyasında (İçərişəhər) təqdim olunacaq.

Türk çölünün qadınları

Qazaxıstandan Beynəlxalq Xalça Festivalı üçün yola düşən Assol Alimova (Assolya) xalçalar üzərində hiperrealizm üslubunda işləyir. O, ənənəvi xalçaları müasir incəsənət nümunəsinə çevirərək onların üzərində portretlər yaradır. Onun əsərlərinin əsas mövzusu Böyük Çölün qadınları, türk tarixi və milli ornamentlərdir. Şəklin sağ tərəfindəki portretlərdə xalça naxışları ilə insan üzünün necə sintez olunduğunu görmək olar. Assolya həm kurator kimi ənənəvi irsi müasir sənətlə birləşdirir, həm də bir rəssam kimi xalçanı kətan kimi istifadə edərək yeni bir janr yaradır. Onun yaradıcılığı geniş ictimaiyyət tərəfindən qəbul edilib. Xüsusilə TikTok tərəfindən hazırlanan "The Discover List 2026" (2026-cı ilin kəşfləri siyahısı) siyahısına daxil edilməsi onun rəqəmsal dünyada və gənc nəsil arasında nə qədər populyar olduğunu göstərir. Sənət sahəsindəki nailiyyətlərinə görə Qazaxıstan Prezidenti ilə görüşmüşdür ki, bu da onun ölkənin mədəniyyət elçisi kimi statusunu təsdiqləyir.

Sərgi festival günlərində "Azərxalça" ASC-nin yeni sərgi salonu, Bakı Xanlarının Saray Kompleksi (Böyük Qala, 44) ünvanında nümayiş olunacaq

“Nənəmin xalçası”

“DanceAbility Azərbaycan” Beynəlxalq Xalça Festivalı çərçivəsində İnklüziv Multidisiplinar Sərgini təqdim edir. Şəxsi hekayələrdən və “Azərxalça” ASC-nin toxucularının təcrübəsindən ilhamlanan bu tədbir xalçanı yalnız ənənəvi obyekt kimi deyil, canlı və paylaşılmış təcrübə kimi təqdim edir. Müasir üslubda rəqəmsal performans, hekayə təqdimatı, praktiki məşğələ və panel müzakirələrini bir araya gətirən proqram çərçivəsində bütün fəaliyyətlər əlilliyi olan və olmayan şəxslərin birgə iştirakı ilə hazırlanır. Tədbir Azərbaycan və ingilis dillərində keçirilir, insan mərkəzli dizayn prinsipləri əsasında qurulub. Bu yanaşma çərçivəsində əlçatanlıq təmin olunur: işarət dili tərcüməsi, audio təsvir və müxtəlif ehtiyaclara uyğunlaşdırılmış təqdimat formatları mövcuddur.

“DanceAbility Azərbaycan” keçiriləcək tədbiri ziyarət etməyə, xalça mədəniyyətini yaxından tanımağa və xatirələri canlandıraraq yaşatmağa dəvət edir. “Nənəmin Xalçası” tədbirinin əsas tərəfdaşı bp şirkətidir.

Sərgi mayın 2-3-də İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində baş tutacaq.

İçərişəhər Festival Zonaları və Açıq Səma Altında Sərgilər

Festivalın əhatə dairəsi təkcə qalereya və qapalı məkanlarla məhdudlaşmır, həm də İçərişəhərin tarixi küçə və meydanları geniş sənət platformasına çevriləcək. Qoşa Qala meydanı və Bakı Xanları parkı (həm birinci, həm də şüşəli meydanlar) festival boyu mərkəzi sərgi-satış yarmarkalarına ev sahibliyi edəcək. Burada şəhər sakinləri və turistlər unikal sənət nümunələrini yaxından görmək və əldə etmək imkanı qazanacaqlar. Eyni zamanda, Vahid bağı boyunca uzanan yarmarka zonası qonaqlara müxtəlif sənətkarlıq məhsullarının nümayişini təqdim edəcək. Əsrlərin yaddaşını yaşadan Multani və Buxara karvansaraları isə öz qapılarını eksklüziv sərgilər və yeni sənət məhsullarının təqdimatları üçün açaraq tarixlə müasirliyin kəsişməsini vizual bir bayrama çevirəcək.

AtəşHub: Bədii-maarifləndirici proqram

Şirvanşahlar sarayı kompleksinin muzey məkanında təqdim olunacaq proqram xalçanın mənəvi irs və sakral funksiyalarına həsr olunub. Proqram çərçivəsində kurator və sənətşünas M. Məmmədəliyevanın “Naxışdan alqoritmə: Azərbaycan xalçasının ənənədən müasirliyə təkamülü” mövzusunda mühazirə-prezentasiyası dinləniləcək. Təqdimatda Azərbaycan xalçasının mədəni şüurdan rəqəmsal incəsənətə keçid aspektləri və video-instalyasiyalar nümayiş olunacaqdır. Azərbaycan dilində keçiriləcək 4 saatlıq (ikihissəli) proqramda iştirak etmək istəyənlər festival ərəfəsində öncədən qeydiyyatdan keçməlidirlər. Proqramın mentoru Əməkdar rəssam Səbinə Şıxlinskaya, koordinatoru isə Aqnessa Tariverdiyevad


Nərmin Mustafayeva

Xəbər Lenti

Xarici dil imtahanlarında yeni yanaşma tətbiq ediləcək27.04.2026 - 19:58
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq27.04.2026 - 19:54
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib27.04.2026 - 19:49
Qəbul imtahanında yenilik - danışıq bacarığı da yoxlanacaq27.04.2026 - 19:45
Günəşdə iki partlayış baş verib27.04.2026 - 19:38
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ27.04.2026 - 19:34
Aprelin 29-da TOEFL iBT imtahanı keçiriləcək27.04.2026 - 19:26
Məktəblərdə narkomaniya əleyhinə maarifləndirici görüşlər keçirilib27.04.2026 - 19:19
AZMİU-da “Karyera Həftəsi”nə start verilib27.04.2026 - 19:15
Turan Topalova vəzifəsindən ayrılıb27.04.2026 - 19:08
Uşaq daim “düzgün olmağa” məcbur ediləndə nə hiss edir? – Məktəbəqədər təhsil eksperti açıqladı27.04.2026 - 19:02
"Problemli, sinifdə xaos yaradan şagirdlər üçün ayrıca təhsil müəssisələri yaradılsın" - TƏKLİF27.04.2026 - 19:00
İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ27.04.2026 - 18:55
Yağış, dolu və sel XƏBƏRDARLIĞI27.04.2026 - 18:54
Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 5-i xəsarət alıb27.04.2026 - 18:44
Məleykə Abbaszadə: İmtahanda abituriyentin dinləmə bacarığı ilə bağlı problem olur27.04.2026 - 18:40
WUF13-də iştirak etmək üçün 800-dən çox media nümayəndəsi qeydiyyatdan keçib27.04.2026 - 18:36
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək27.04.2026 - 18:30
Elmə nur bəxş edən ömür: Görkəmli alim Zərifə Əliyeva xatirələrdə yaşayır27.04.2026 - 18:28
“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılışı olub27.04.2026 - 18:24
Qazaxıstandan olan hakimliyə namizədlər Ədliyyə Akademiyasında təcrübə keçiblər27.04.2026 - 18:16
“XChat” messenceri təqdim edildi27.04.2026 - 18:15
"Müəllimlərin "YouTube" çıxışlarına mat qalıram"27.04.2026 - 18:10
ATU-nun tələbələri AQTİ-də praktik məşğələlərdə27.04.2026 - 18:08
"Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir?27.04.2026 - 18:05
Azərbaycan region gənclərinin süni intellekt sahəsində inkişafına dəstək verir27.04.2026 - 18:02
Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək27.04.2026 - 18:00
Ən parlaq C/2025 R3 kometası Günəş sistemini həmişəlik tərk edir27.04.2026 - 17:55
“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olunub27.04.2026 - 17:54
Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?27.04.2026 - 17:50
Günəşdə iki partlayış baş verib27.04.2026 - 17:45
Gələn il xarici dil imtahanı necə olacaq? - DETALLAR27.04.2026 - 17:40
“Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində növbəti konsert27.04.2026 - 17:38
Cəbrayıl məktəbinin 3 şagirdi RFO medalçısı oldu27.04.2026 - 17:35
Şair-publisist Barat Vüsalın 75 illik yubileyi qeyd olunub27.04.2026 - 17:34
Gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət EDİLDİ27.04.2026 - 17:30
Qadın sağlamlığının qorunması: multidisiplinar yanaşmalar - konfrans27.04.2026 - 17:26
Məktəblərdə narkomaniya əleyhinə maarifləndirici görüşlər keçirilib27.04.2026 - 17:25
Şəkərdən də təhlükəliymiş: Diş minasını məhv edən gizli vərdişlər27.04.2026 - 17:20
BDU-nun tarixi muzeyinin yenidənqurmadan sonra açılış mərasimi olub27.04.2026 - 17:19
Tələbə Basketbol Liqasının 2025/2026 mövsümündə II dövrə oyunları keçirilir27.04.2026 - 17:15
Hacı Surxay Məmmədli: “Dini dərsləri tədris etmək üçün həm pedaqoji, həm də ilahiyyat bilikləri vacibdir”27.04.2026 - 17:15
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal mərhələsi mayın 2-də olacaq27.04.2026 - 17:14
BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü qeyd edilib27.04.2026 - 17:06
Xarici Dil Müəllimlərinin I Regional Forumu keçirilib27.04.2026 - 17:05
Gələn il buraxılış imtahanında əlavə vaxt veriləcək27.04.2026 - 17:00
ADMİU-da Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirilib27.04.2026 - 16:55