Təhsil 365 - Logo Mobile

“Molekulyar Dünya: DNT Günü” Gənclər Forumu keçirilib

9727.04.2026 - 15:30
“Molekulyar Dünya: DNT Günü” Gənclər Forumu keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Elm və İnnovasiya” proqramının təşəbbüsü və təşkilatçılığı ilə aprelin 27-si “Molekulyar Dünya: DNT Günü” Gənclər Forumu keçirilib. 

“Tehsil365“ xəbər verir ki, forum Molekulyar Biologiya İnstitutunun inzibati binasında baş tutaraq, gəncləri müasir molekulyar biologiya, genetika, bioinformatika və biotexnologiya sahələrində aparılan aktual elmi tədqiqatlar, innovativ texnologiyalar və akademik karyera imkanları ilə tanış edib.

Tədbir Dövlət Himni və açılış nitqləri ilə başlayıb. Açılış çıxışları Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin nümayəndəsi Babək Əlibəyov, “Referans Medical Group”un Klinik laboratoriya şöbəsinin rəhbəri Aslıhan Dağdemir, “Elm və İnnovasiya” proqramının nümayəndəsi Nərgiz İsmayıllı tərəfindən edilib.

Ardınca ilk elmi məruzələr doktorant Jalə Nəsibova, biologiya üzrə fəlsəfə doktoru Gülnar Abdullayeva və uzman doktor Arzu Quliyeva tərəfindən təqdim olunub. Çıxışlarda molekulyar tədqiqatların əsas istiqamətləri, bu sahədə aparılan elmi işlər və gənclərin elmi mühitə inteqrasiyasının əhəmiyyəti vurğulanıb.

Forumun davamında doktorant Ağarza Ağayev “Yeni nəsil sekvensləmə texnologiyaları və fərdiləşdirilmiş tibb” mövzusunda çıxış edərək müasir genetikanın tibbdə tətbiqi imkanlarını izah edib. Magistr Valeh Məmmədli “Gen redaktəsi texnologiyaları və etik aspektlər” mövzusunu təqdim edərək gen mühəndisliyinin həm elmi, həm də etik tərəflərini iştirakçıların diqqətinə çatdırıb. Doktorant Cəmilə Bayramova isə xəstəxana və elmi tədqiqat laboratoriyalarında rutin analiz prosesləri və biotəhlükəsizlik qaydaları barədə məlumat verib.

Günün ikinci yarısında tədqiqatçılar Əminə Abdulləzimova və Süleyman Hacızadə bioinformatika sahəsində genom məlumatlarının analizi və kliniki interpretasiyası haqqında təqdimatla çıxış ediblər.

Forum yekun panel müzakirəsi, sual-cavab sessiyası və bağlanış mərasimi ilə davam edib. Yekun paneldə biologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva, biologiya üzrə fəlsəfə doktoru Gülnar Abdullayeva, Elnarə Sadıqova və Edqar Şahbazov iştirak ediblər.

Qeyd edək ki, “Molekulyar Dünya: DNT Günü” Gənclər Forumu gənclərin elmə marağının artırılması, elmi innovasiyaların təşviqi və gələcək tədqiqatçı nəslin formalaşmasına töhfə vermək məqsədi ilə həyata keçirilib.

Mehriban İbadova

Xəbər Lenti

"Müəllimlərin "YouTube" çıxışlarına mat qalıram"27.04.2026 - 18:10
ATU-nun tələbələri AQTİ-də praktik məşğələlərdə27.04.2026 - 18:08
"Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir?27.04.2026 - 18:05
Azərbaycan region gənclərinin süni intellekt sahəsində inkişafına dəstək verir27.04.2026 - 18:02
Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək27.04.2026 - 18:00
Ən parlaq C/2025 R3 kometası Günəş sistemini həmişəlik tərk edir27.04.2026 - 17:55
“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olunub27.04.2026 - 17:54
Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?27.04.2026 - 17:50
Beynəlxalq Xalça Festivalı günlərində Bakıda çoxsaylı sərgilər açılacaq27.04.2026 - 17:46
Günəşdə iki partlayış baş verib27.04.2026 - 17:45
Gələn il xarici dil imtahanı necə olacaq? - DETALLAR27.04.2026 - 17:40
“Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində növbəti konsert27.04.2026 - 17:38
Cəbrayıl məktəbinin 3 şagirdi RFO medalçısı oldu27.04.2026 - 17:35
Şair-publisist Barat Vüsalın 75 illik yubileyi qeyd olunub27.04.2026 - 17:34
Gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət EDİLDİ27.04.2026 - 17:30
Qadın sağlamlığının qorunması: multidisiplinar yanaşmalar - konfrans27.04.2026 - 17:26
Məktəblərdə narkomaniya əleyhinə maarifləndirici görüşlər keçirilib27.04.2026 - 17:25
Şəkərdən də təhlükəliymiş: Diş minasını məhv edən gizli vərdişlər27.04.2026 - 17:20
BDU-nun tarixi muzeyinin yenidənqurmadan sonra açılış mərasimi olub27.04.2026 - 17:19
Tələbə Basketbol Liqasının 2025/2026 mövsümündə II dövrə oyunları keçirilir27.04.2026 - 17:15
Hacı Surxay Məmmədli: “Dini dərsləri tədris etmək üçün həm pedaqoji, həm də ilahiyyat bilikləri vacibdir”27.04.2026 - 17:15
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal mərhələsi mayın 2-də olacaq27.04.2026 - 17:14
BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü qeyd edilib27.04.2026 - 17:06
Xarici Dil Müəllimlərinin I Regional Forumu keçirilib27.04.2026 - 17:05
Gələn il buraxılış imtahanında əlavə vaxt veriləcək27.04.2026 - 17:00
ADMİU-da Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirilib27.04.2026 - 16:55
AzTU Avropanın 200-dən çox universitetinin sıyahısında yer aldı27.04.2026 - 16:45
AzTU tələbələri startaplarına görə “Startap” şəhadətnaməsi aldılar27.04.2026 - 16:35
Adil Qeybulla: “Özbaşına tibbi müdaxilələr təhlükəli nəticələr doğurur”27.04.2026 - 16:33
BMU-nun 6 ixtisası Avropa Reyestrinin bazasına daxil edilib27.04.2026 - 16:25
Mil-Muğan regionunda 359 şagird 200-dən çox bal toplayıb27.04.2026 - 16:15
Lənkəran-Astara bölgəsinin 80 şagirdi "PIRLS 2006"da iştirak edib27.04.2026 - 16:05
“Zəkaların mübarizəsi"nin şahmat üzrə regional mərhələsi keçirilib27.04.2026 - 16:00
Türküstanda Azərbaycana həsr olunan “açıq dərs” keçirilib27.04.2026 - 15:50
RFM və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının buraxılış vərəqələri verilir27.04.2026 - 15:40
PIRLS 2026 tədqiqatında ölkə üzrə ümumilikdə 2539 iştirakçı iştirak edib27.04.2026 - 15:20
Elmi Konfrans: Nurlu irs – sağlam gələcək – güclü cəmiyyət27.04.2026 - 15:10
Şagirdlər ixtisas seçərkən psixoloji olaraq hansı səhvləri edir? - Nizami Orucov 27.04.2026 - 15:00
Ustaddan öyrən: BDU-da tanınmış yazıçı Seyran Səxavətlə görüş27.04.2026 - 15:00
Prezident Kitabxanasında Mir Cəlal Paşayevin ədəbi irsinə həsr olunan yeni virtual kolleksiya yaradılıb27.04.2026 - 14:45
BŞTİ: “Zəkaların mübarizəsi” olimpiadasında şahmat kateqoriyası üzrə 12 komanda mübarizə aparıb27.04.2026 - 14:25
Vyanada “Tarixin səhifələri” adlı konsert təşkil olunub27.04.2026 - 14:10
Akademik Zərifə Əliyevanın xatirəsi anılıb27.04.2026 - 14:00
BMU-nun 6 ixtisası Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Reyestrinin bazasına daxil edilib27.04.2026 - 13:45
BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır27.04.2026 - 13:38
Zərifə Əliyeva – elm və mərhəmətin vəhdəti27.04.2026 - 13:36
Xarici Dil Müəllimlərinin I Regional Forumu: müasir tədris yanaşmalarının müzakirəsi üçün platforma27.04.2026 - 13:25