Təhsil 365 - Logo Mobile

AZMİU-da “Karyera Həftəsi”nə start verilib

7327.04.2026 - 19:15
AZMİU-da “Karyera Həftəsi”nə start verilib

Aprelin 27-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbə və məzunların peşəkar inkişafına, əmək bazarına inteqrasiyasına və iş dünyası ilə əlaqələrinin gücləndirilməsinə xidmət edən “Karyera Həftəsi”nə start verilib. Mayın 1-dək davam edəcək layihə çərçivəsində tələbələr üçün müxtəlif istiqamətlər üzrə seminarlar, təqdimatlar, praktik sessiyalar, açıq qapı günləri və maarifləndirici görüşlər keçiriləcək.

“Tehsil365" xəbər verir ki, AzMİU-da ənənəvi xarakter alan bu təşəbbüs universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, tələbələrin real iş mühiti ilə erkən tanışlığı və onların peşəkar bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. “Karyera Həftəsi” tələbələrə nəzəri biliklərini praktik müstəvidə sınamaq, müasir əmək bazarının tələblərini yaxından öyrənmək və gələcək karyera istiqamətlərini daha düzgün müəyyənləşdirmək imkanı yaradır.

Tədbirin proqramı zənginliyi və çoxşaxəliliyi ilə seçilir. SOCAR, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs, PMD Projects, Kristal, “Azərkosmos”, “Bridge” Şirkətlər Qrupu, “Buxar Mühəndislik” MMC, “MBM Group” MMC, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutu, “ArchiCO” MMC və digər nüfuzlu qurumların nümayəndələrinin iştirakı ilə keçirilən sessiyalarda coğrafi informasiya sistemləri, süni intellekt əsaslı karyera planlaşdırması, sənayedə praktiki bacarıqlar, gömrük prosedurları, neftçıxarma sektorunda texnoloji həllər və yaşıl memarlıq kimi aktual mövzular müzakirə olunur.

Bununla yanaşı, tikinti sektorunda BIM texnologiyalarının tətbiqi, rəqəmsal yaradıcılıq, funksional dizayn, meliorasiya işləri, davamlı inkişaf, təhsil sahəsində yeni yanaşmalar və innovativ idarəetmə modelləri üzrə paralel sessiyalar təşkil edilir. Bu isə tələbələrə müxtəlif sahələr üzrə seçim etmək, maraq dairələrinə uyğun yeni bilik və bacarıqlar qazanmaq imkanı verir.

“Karyera Həftəsi”nin növbəti günlərində AutoCAD proqramının tətbiqi, su ehtiyatlarının inteqrasiyalı idarə olunması, monolit dəmir-beton konstruksiyaların tikintisi, mentorluq və şəxsi inkişaf bacarıqları, geofiziki tədqiqat üsulları, informasiya təhlükəsizliyi, rəqəmsallaşma, süni intellektin əmək bazarına təsiri, fotoqrammetriya və xəritəçilik kimi istiqamətlərdə seminarlar keçiriləcək.

Eyni zamanda, əmək bazarında mövcud trendlər, insan resursları siyasəti, işə qəbul mərhələləri, innovativ texnologiyalarda təhlükəsizlik qaydaları və peşəkar şəbəkələşmə imkanları ilə bağlı sessiyalar da təşkil olunacaq.

Elmi-tədqiqat və mühəndislik istiqamətləri də proqramda geniş yer tutur. İşğaldan azad edilmiş ərazilərdə abidələrin monitorinqi, ekourbanizm, davamlı şəhərlərin inkişafı, elmi mövzuların seçilməsi, tədqiqatların aparılması metodologiyası, beton və armatur işləri, sənaye binalarının layihələndirilməsi, eləcə də daşınmaz əmlakın qiymətləndirilməsində süni intellekt əsaslı ekonometrik modellərin tətbiqi kimi mövzular üzrə müzakirələr aparılacaq.

Ümumilikdə onlarla yerli və beynəlxalq şirkət, dövlət qurumu və təşkilatın iştirakı ilə keçirilən “Karyera Həftəsi” AzMİU tələbə və məzunlarına iş dünyasının aparıcı nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, peşəkar əlaqələr yaratmaq, təcrübə və iş imkanları barədə məlumat əldə etmək baxımından mühüm platforma təqdim edir.

Qeyd edək ki, AzMİU-da keçirilən bu kimi təşəbbüslər universitetdə təhsil alan gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirməklə yanaşı, onların nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirərək rəqabətqabiliyyətli və müasir çağırışlara cavab verən mütəxəssis kimi formalaşmalarına mühüm töhfə verir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Xarici dil imtahanlarında yeni yanaşma tətbiq ediləcək27.04.2026 - 19:58
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq27.04.2026 - 19:54
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib27.04.2026 - 19:49
Qəbul imtahanında yenilik - danışıq bacarığı da yoxlanacaq27.04.2026 - 19:45
Günəşdə iki partlayış baş verib27.04.2026 - 19:38
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ27.04.2026 - 19:34
Aprelin 29-da TOEFL iBT imtahanı keçiriləcək27.04.2026 - 19:26
Məktəblərdə narkomaniya əleyhinə maarifləndirici görüşlər keçirilib27.04.2026 - 19:19
Turan Topalova vəzifəsindən ayrılıb27.04.2026 - 19:08
Uşaq daim “düzgün olmağa” məcbur ediləndə nə hiss edir? – Məktəbəqədər təhsil eksperti açıqladı27.04.2026 - 19:02
"Problemli, sinifdə xaos yaradan şagirdlər üçün ayrıca təhsil müəssisələri yaradılsın" - TƏKLİF27.04.2026 - 19:00
İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ27.04.2026 - 18:55
Yağış, dolu və sel XƏBƏRDARLIĞI27.04.2026 - 18:54
Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 5-i xəsarət alıb27.04.2026 - 18:44
Məleykə Abbaszadə: İmtahanda abituriyentin dinləmə bacarığı ilə bağlı problem olur27.04.2026 - 18:40
WUF13-də iştirak etmək üçün 800-dən çox media nümayəndəsi qeydiyyatdan keçib27.04.2026 - 18:36
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək27.04.2026 - 18:30
Elmə nur bəxş edən ömür: Görkəmli alim Zərifə Əliyeva xatirələrdə yaşayır27.04.2026 - 18:28
“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılışı olub27.04.2026 - 18:24
Qazaxıstandan olan hakimliyə namizədlər Ədliyyə Akademiyasında təcrübə keçiblər27.04.2026 - 18:16
“XChat” messenceri təqdim edildi27.04.2026 - 18:15
"Müəllimlərin "YouTube" çıxışlarına mat qalıram"27.04.2026 - 18:10
ATU-nun tələbələri AQTİ-də praktik məşğələlərdə27.04.2026 - 18:08
"Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir?27.04.2026 - 18:05
Azərbaycan region gənclərinin süni intellekt sahəsində inkişafına dəstək verir27.04.2026 - 18:02
Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək27.04.2026 - 18:00
Ən parlaq C/2025 R3 kometası Günəş sistemini həmişəlik tərk edir27.04.2026 - 17:55
“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olunub27.04.2026 - 17:54
Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?27.04.2026 - 17:50
Beynəlxalq Xalça Festivalı günlərində Bakıda çoxsaylı sərgilər açılacaq27.04.2026 - 17:46
Günəşdə iki partlayış baş verib27.04.2026 - 17:45
Gələn il xarici dil imtahanı necə olacaq? - DETALLAR27.04.2026 - 17:40
“Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində növbəti konsert27.04.2026 - 17:38
Cəbrayıl məktəbinin 3 şagirdi RFO medalçısı oldu27.04.2026 - 17:35
Şair-publisist Barat Vüsalın 75 illik yubileyi qeyd olunub27.04.2026 - 17:34
Gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət EDİLDİ27.04.2026 - 17:30
Qadın sağlamlığının qorunması: multidisiplinar yanaşmalar - konfrans27.04.2026 - 17:26
Məktəblərdə narkomaniya əleyhinə maarifləndirici görüşlər keçirilib27.04.2026 - 17:25
Şəkərdən də təhlükəliymiş: Diş minasını məhv edən gizli vərdişlər27.04.2026 - 17:20
BDU-nun tarixi muzeyinin yenidənqurmadan sonra açılış mərasimi olub27.04.2026 - 17:19
Hacı Surxay Məmmədli: “Dini dərsləri tədris etmək üçün həm pedaqoji, həm də ilahiyyat bilikləri vacibdir”27.04.2026 - 17:15
Tələbə Basketbol Liqasının 2025/2026 mövsümündə II dövrə oyunları keçirilir27.04.2026 - 17:15
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal mərhələsi mayın 2-də olacaq27.04.2026 - 17:14
BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü qeyd edilib27.04.2026 - 17:06
Xarici Dil Müəllimlərinin I Regional Forumu keçirilib27.04.2026 - 17:05
Gələn il buraxılış imtahanında əlavə vaxt veriləcək27.04.2026 - 17:00
ADMİU-da Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirilib27.04.2026 - 16:55