Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 11-ci siniflərin buraxılış imtahanında 359 şagird 200 baldan yuxarı nəticə göstərib.
“Tehsil365“ Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki,bu barədə idarədən bildirilib.
Qeyd edək ki, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə XI sinif buraxılış imtahanında ən yüksək nəticəni Səma Aslanlı göstərib. Səma imtahanda 298 bal toplayıb.
O, Beyləqan rayonu Xaçınabad kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdidir.

