Tarix fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsində Cəbrayıl rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbinin 3 şagirdi yüksək nəticə göstərərək qaliblər sırasında yer alıb.
“Tehsil365“ xəbər verir ki, ümumi təhsil müəssisəsinin VIII sinif şagirdi Həmzəyev Ramal Amil oğlu gümüş, X sinif şagirdləri Bəyişli Səməngül Natiq qızı və Əzizli Sənay Ruslan qızı isə bürünc medala layiq görülüblər.
Cəbrayıl məktəbinin 3 şagirdi RFO medalçısı oldu
9827.04.2026 - 17:35

