“Uşaqlara davamlı təzyiq göstərilməsi onların həm psixoloji vəziyyətinə, həm də təhsildə nəticələrinə mənfi təsir edir.”
Bu sözləri pedaqoq Validə Quliyeva "Tehsil365"ə açıqlamasında deyib.
O bildirib ki, bəzi valideynlər yüksək nəticə gözləntisi ilə uşaqlara həddindən artıq təzyiq göstərirlər. Onun sözlərinə görə, bu yanaşma uşaqlarda qorxu, özünəinamsızlıq və dərsə qarşı marağın azalmasına səbəb ola bilər.
Validə Quliyeva qeyd edib ki, şagirdlərin uğuru yalnız tələbkarlıqla deyil, düzgün motivasiya və dəstəklə mümkündür. Uşaqların fərdi xüsusiyyətləri nəzərə alınmalı, onlara anlayışla yanaşılmalıdır.
Sonda pedaqoq vurğulayıb ki, sağlam təhsil mühiti sevgi, səbir və düzgün istiqamətləndirmə ilə qurulur.

