Təhsil 365 - Logo Mobile

Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?

7927.04.2026 - 17:50
Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?

ABŞ-nin “Amerika Milli Elmlər Akademiyasının materialları” elmi jurnalı Azərbaycanın Goranboy rayonundakı çoxtəbəqəli Qaraçinar yaşayış yerindən tapılmış maddi-mədəniyyət nümunələrinin müxtəlif çeşidli analizlərinin gözlənilməz nəticələrinə həsr olunmuş elmi məqaləni dərc edib. Məqalənin həmmüəlliflərindən AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevin verdiyi açıqlamaya görə, Qaraçinar yaşayış məskəni (Azərbaycan Respublikası, Goranboy rayonu) 2019-2024-cü illərdə institutun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov və şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov tərəfindən tədqiq edilib. Laborator analizlər Azərbaycan ərazisində eramızdan əvvəl III minillikdə yaşamış Kür-Araz mədəniyyəti daşıyıcılarının qida rasionu barədə maraqlı məlumatları üzə çıxarıb.

Tehsil365”” bu barədə Ölkə.az-a istinadla xəbər verir ki, Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, beynəlxalq tərkibli ekspedisiya məskəndəki İlk Tunc dövrünün Kür-Araz mədəniyyətinə aid təbəqəsindən (e.ə.2880-2600-cü illər) tapılmış keramika məmulatlarının 52 ədədini müxtəlif istiqamətli (texnoloji, morfoloji, trasoloji və biomolekulyar) laborator analizlərinə cəlb edib. Məskənin ilk Tunc dövrü təbəqəsində aşkar edilən botanika və fauna materiallarının birgə analizi ilə məlum olub ki, Kür-Araz mədəniyyəti daşıyıcılarının qida rasionu müxtəlif çeşidli tərkib hissələrindən ibarət olub. Qidanın mühüm əsasını gövşəyən ev heyvanlarının südündən hazırlanan ağartı (süd məhsulları), iri və xırdabuynuzlu heyvanların piyi, meyvələr və üzüm əsasında hazırlanan müxtəlif içkilər təşkil edib. Həmçinin təamların hazırlanmasında bitki mənşəli yağ və mumlardan, iynəyarpaqlı ağacların qətranlarından istifadə edilib. Həm qidanı saxlamaq və həm də bişirmək üçün nəzərdə tutulan qabların divarlarında üzüm və digər meyvələrin molekulyar qalıqlarının aşkar edilməsi kulinariyanın müxtəlif çeşidli istiqamətlərini göstərməkdədir. Qədim aşpazlar bu qatqılarla təamlara dad vermək məqsədini güdürdülər. Digər tərəfdən, fermentasiya olunmuş meyvə təbiətli qatqılar mümkündür ki, pendir istehsalı da daxil olmaqla müxtəlif ərzaqların hazırlanması üçün biokimyəvi proseslərdə katalizator rolunu oynayıb. İynəyarpaqlı ağacların (məsələn, Pinaceae) qətranları təam və içkilərin konservantları (qoruyucuları) və aromatizatorları kimi istifadə olunub.

F.Quliyevə görə, tədqiqatın digər maraqlı nəticəsi Kür-Araz mədəniyyəti daşıyıcılarının darıdan hazırladığı qida və içkilərdir. Belə ki, arxeoloji tədqiqatlar həmin dövrdə darının artıq mədəni növlərinin Mərkəzi Asiyada becərildiyini göstərir. İlk dəfədir ki, İlk Tunc dövrü üçün becərilən darı Mərkəzi Asiyadan qərbə doğru məsafəcə uzaqda – Azərbaycandakı Qaraçinar məskənində aşkar edilib. Bu isə həmin dövrdə hər iki region - Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əlaqədən xəbər verir ki, göstərilən mövzu hələlik elm tərəfindən tam araşdırılmayıb. Tədqiqatlar ilk dəfə keramika məmulatı tiplərinin funksional fərqini də göstərir: monoxrom qablar əsasən təamın hazırlanması, qırmızı-qara rəngli cilalı qablar isə emal edilməmiş xam süd məhsullarının, meyvə və üzüm əsasında içkilərin, o cümlədən şərabların saxlanılması üçün istifadə olunub.

“Xüsusi bir məqamı qeyd etmək istərdim ki, Kür-Araz mədəniyyəti daşıyıcılarının cəmiyyəti güclü sinfi bölgüyə malik deyildi. Aparılan tədqiqatlar göstərir ki, bitkilərdən hazırlanmış içkilər və xüsusi dad qatqılarına malik təamlar həmdövr Mesopotamiya cəmiyyətlərində əsasən elitar təbəqə (zadəganlar, kahinlər və d.) üçün hazırlanırdı. Amma tədqiqatı aparmış alimlər qrupu olaraq, bizim fikrimizcə, Qaraçinar materialı Kür-Araz mədəniyyətində zəngin qida və məstedici içkilərin bütün cəmiyyət üzvlərinə əlçatan olduğunu göstərir”, – deyə alim bildirib.

O qeyd edib ki, qədim insan populyasiyalarının qidasının tərkibinin tədqiqi müasir dünya elminin əsas mövzularından biridir. Bu mövzu üzrə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən beynəlxalq elm mərkəzləri ilə yanaşı, Azərbaycandakı UNEC Tədqiqat Fondu ilə elmi əməkdaşlıq aparılacaq.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Xarici dil imtahanlarında yeni yanaşma tətbiq ediləcək27.04.2026 - 19:58
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq27.04.2026 - 19:54
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib27.04.2026 - 19:49
Qəbul imtahanında yenilik - danışıq bacarığı da yoxlanacaq27.04.2026 - 19:45
Günəşdə iki partlayış baş verib27.04.2026 - 19:38
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ27.04.2026 - 19:34
Aprelin 29-da TOEFL iBT imtahanı keçiriləcək27.04.2026 - 19:26
Məktəblərdə narkomaniya əleyhinə maarifləndirici görüşlər keçirilib27.04.2026 - 19:19
AZMİU-da “Karyera Həftəsi”nə start verilib27.04.2026 - 19:15
Turan Topalova vəzifəsindən ayrılıb27.04.2026 - 19:08
Uşaq daim “düzgün olmağa” məcbur ediləndə nə hiss edir? – Məktəbəqədər təhsil eksperti açıqladı27.04.2026 - 19:02
"Problemli, sinifdə xaos yaradan şagirdlər üçün ayrıca təhsil müəssisələri yaradılsın" - TƏKLİF27.04.2026 - 19:00
İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ27.04.2026 - 18:55
Yağış, dolu və sel XƏBƏRDARLIĞI27.04.2026 - 18:54
Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 5-i xəsarət alıb27.04.2026 - 18:44
Məleykə Abbaszadə: İmtahanda abituriyentin dinləmə bacarığı ilə bağlı problem olur27.04.2026 - 18:40
WUF13-də iştirak etmək üçün 800-dən çox media nümayəndəsi qeydiyyatdan keçib27.04.2026 - 18:36
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək27.04.2026 - 18:30
Elmə nur bəxş edən ömür: Görkəmli alim Zərifə Əliyeva xatirələrdə yaşayır27.04.2026 - 18:28
“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılışı olub27.04.2026 - 18:24
Qazaxıstandan olan hakimliyə namizədlər Ədliyyə Akademiyasında təcrübə keçiblər27.04.2026 - 18:16
“XChat” messenceri təqdim edildi27.04.2026 - 18:15
"Müəllimlərin "YouTube" çıxışlarına mat qalıram"27.04.2026 - 18:10
ATU-nun tələbələri AQTİ-də praktik məşğələlərdə27.04.2026 - 18:08
"Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir?27.04.2026 - 18:05
Azərbaycan region gənclərinin süni intellekt sahəsində inkişafına dəstək verir27.04.2026 - 18:02
Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək27.04.2026 - 18:00
Ən parlaq C/2025 R3 kometası Günəş sistemini həmişəlik tərk edir27.04.2026 - 17:55
“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olunub27.04.2026 - 17:54
Beynəlxalq Xalça Festivalı günlərində Bakıda çoxsaylı sərgilər açılacaq27.04.2026 - 17:46
Günəşdə iki partlayış baş verib27.04.2026 - 17:45
Gələn il xarici dil imtahanı necə olacaq? - DETALLAR27.04.2026 - 17:40
“Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində növbəti konsert27.04.2026 - 17:38
Cəbrayıl məktəbinin 3 şagirdi RFO medalçısı oldu27.04.2026 - 17:35
Şair-publisist Barat Vüsalın 75 illik yubileyi qeyd olunub27.04.2026 - 17:34
Gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət EDİLDİ27.04.2026 - 17:30
Qadın sağlamlığının qorunması: multidisiplinar yanaşmalar - konfrans27.04.2026 - 17:26
Məktəblərdə narkomaniya əleyhinə maarifləndirici görüşlər keçirilib27.04.2026 - 17:25
Şəkərdən də təhlükəliymiş: Diş minasını məhv edən gizli vərdişlər27.04.2026 - 17:20
BDU-nun tarixi muzeyinin yenidənqurmadan sonra açılış mərasimi olub27.04.2026 - 17:19
Tələbə Basketbol Liqasının 2025/2026 mövsümündə II dövrə oyunları keçirilir27.04.2026 - 17:15
Hacı Surxay Məmmədli: “Dini dərsləri tədris etmək üçün həm pedaqoji, həm də ilahiyyat bilikləri vacibdir”27.04.2026 - 17:15
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal mərhələsi mayın 2-də olacaq27.04.2026 - 17:14
BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü qeyd edilib27.04.2026 - 17:06
Xarici Dil Müəllimlərinin I Regional Forumu keçirilib27.04.2026 - 17:05
Gələn il buraxılış imtahanında əlavə vaxt veriləcək27.04.2026 - 17:00
ADMİU-da Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirilib27.04.2026 - 16:55