Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi Məhluqə Sadıqovanın xatirəsi yad edilir.
“Tehsil365” xəbər verir ki, Görkəmli aktrisa 28 aprel 1917-ci ildə Şuşada anadan olub.
Məhluqə Sadıqova səhnədə yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb. O, uzun illər ərzində Azərbaycan teatrının inkişafına töhfələr verərək milli mədəniyyətin formalaşmasında mühüm rol oynayıb.
Sənət sahəsindəki xidmətlərinə görə aktrisa 1978-ci ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb. Onun yaradıcılığı bu gün də sənətsevərlər tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edək ki, Məhluqə Sadıqova 15 avqust 2003-cü ildə Bakıda vəfat edib. Onun zəngin sənət irsi Azərbaycan mədəniyyət tarixində özünəməxsus yer tutur.

