Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qılman İlkinin anadan olmasının 112-ci ildönümü qeyd olunur. Yazıçı 28 aprel 1914-cü ildə Bakının Mərdəkan qəsəbəsində dünyaya göz açıb.
“Tehsil365” xəbər verir ki, Qılman İlkin zəngin yaradıcılığı ilə Azərbaycan nəsrinin inkişafında mühüm rol oynayıb. O, uzun illər ərzində müxtəlif əsərləri ilə oxucuların rəğbətini qazanıb və ədəbiyyat sahəsində dərin iz buraxıb. Yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Ədəbi fəaliyyətinə görə Qılman İlkin bir sıra nüfuzlu mükafatlara layiq görülüb. O, 1967-ci ildə M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatını alıb, 2003-cü ildə isə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.
Qeyd edək ki, yazıçı 6 noyabr 2009-cu ildə Bakıda vəfat edib. Onun zəngin irsi bu gün də Azərbaycan ədəbiyyatında öz əhəmiyyətini qoruyub saxlayır.

