Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Hacı Məmmədovnın xatirəsi anılır.
“Tehsil365” xəbər verir ki, Tanınmış tarzən 28 aprel 1920-ci ildə Şamaxıda anadan olub.
Hacı Məmmədov milli musiqimizin inkişafında mühüm rol oynayıb. O, tar ifaçılığı sahəsində yüksək peşəkarlığı ilə seçilərək Azərbaycan musiqi ənənələrinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə böyük töhfə verib.
Sənət fəaliyyətinə görə 1963-cü ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülən sənətkar, eyni zamanda Azərbaycan Tibb İnstitutunda müəllim kimi çalışaraq gənc nəslin yetişməsində də iştirak edib.
Qeyd edək ki, Hacı Məmmədov 2 avqust 1981-ci ildə Bakıda vəfat edib. Onun zəngin musiqi irsi bu gün də hörmətlə yad olunur.

