Görkəmli alim, həkim-oftalmoloq Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilir.
“Tehsil365” xəbər verir ki, O, 28 aprel 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində anadan olub.
Zərifə Əliyeva oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər əldə edərək Azərbaycan tibb elminin inkişafına böyük töhfələr verib. O, tibb elmləri doktoru, professor kimi fəaliyyət göstərib, 1983-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Alim 1979-cu ildə “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Onun elmi fəaliyyəti və araşdırmaları bu gün də aktuallığını qoruyur və tibb sahəsində çalışan mütəxəssislər üçün mühüm mənbə hesab olunur.
Qeyd edək ki, Zərifə Əliyeva 15 aprel 1985-ci ildə Moskvada vəfat edib. Onun zəngin elmi irsi Azərbaycan elmi tarixində mühüm yer tutur.

