Azərbaycanın dövlət xadimlərindən biri olan Ziya Məmmədovun doğum günü qeyd olunur.
“Tehsil365” xəbər verir ki, O, 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub.
Ziya Məmmədov uzun illər dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərərək ölkənin nəqliyyat sisteminin inkişafında mühüm rol oynayıb. O, müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışıb və xüsusilə nəqliyyat infrastrukturu sahəsində həyata keçirilən layihələrdə yaxından iştirak edib.
Qeyd edək ki, Ziya Məmmədov Azərbaycan Respublikasının nəqliyyat naziri vəzifəsində çalışaraq bu sahənin inkişafına töhfələr verib. Onun fəaliyyəti ölkənin iqtisadi və infrastruktur potensialının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyıb.

