1989-cu ildə Bakı şəhərində metropoliten infrastrukturunun genişləndirilməsi çərçivəsində Əhmədli metrostansiyası və Xalqlar Dostluğu metrostansiyası istifadəyə verilib.
“Tehsil365” xəbər verir ki, Yeni stansiyaların açılması paytaxtın nəqliyyat sisteminin inkişafında mühüm addım olub. Bu layihə şəhərin sıx məskunlaşmış əraziləri arasında əlaqəni gücləndirərək sərnişinlərin rahat və sürətli hərəkətini təmin edib.
Qeyd edək ki, Bakı Metropoliteni şəhərin əsas ictimai nəqliyyat vasitələrindən biri olaraq hər gün minlərlə sərnişinə xidmət göstərir və daim inkişaf etdirilir.

