1920-ci ildə Azərbaycanda siyasi vəziyyət dəyişərək ölkədə Sovet hakimiyyətinin qurulması prosesi baş verib.
“Tehsil365” xəbər verir ki, Bu hadisə nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti sona çatıb.
Həmin dövrdə bölgədə baş verən hərbi-siyasi proseslər və xarici müdaxilələr nəticəsində XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının dəstəyi ilə bolşevik qüvvələri Bakıya daxil olub və hakimiyyət dəyişib.
Bu hadisə Azərbaycanın XX əsr tarixində mühüm dönüş nöqtəsi hesab olunur və ölkənin siyasi sistemində yeni mərhələnin başlanmasına səbəb olub.

