Təhsil 365 - Logo Mobile

“Nəriman Nərimanov və Türk Dünyası” adlı elmi-mədəni tədbir həyata keçirilib

6428.04.2026 - 08:00
 “Nəriman Nərimanov və Türk Dünyası” adlı elmi-mədəni tədbir həyata keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Nəriman Nərimanovun xatirə muzeyi və Yunus Emre İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində “Nəriman Nərimanov və Türk Dünyası” adlı elmi-mədəni tədbir həyata keçirilib.

“Tehsil365” xəbər verir ki, Yunus Emre İnstitutunda keçirilən tədbir görkəmli ictimai-siyasi və dövlət xadimi, dramaturq, həkim və pedaqoq Nəriman Nərimanovun anadan olmasının 156-cı ildönümünə həsr olunub. Tədbir həm tarixi şəxsiyyətin zəngin irsinin yenidən dəyərləndirilməsi, həm də onun Türk Dünyası ilə bağlı ideya və fəaliyyətlərinin elmi müstəvidə araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Tədbirin moderatoru Türk Dünyası Araşdırmalar Mərkəzinin müdiri Cəlal İbrahimli açılış nitqində məqsəd və əhəmiyyətindən danışıb, belə elmi-mədəni tədbirlərin ortaq tarixi və mədəni dəyərlərin daha dərindən araşdırılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynadığını qeyd edib. O, həmçinin Nəriman Nərimanov irsinin Türk dünyası kontekstində öyrənilməsinin vacibliyi də vurğulayıb.

Cəlal İbrahimli çıxışında Türk dünyasının tarixi inkişaf proseslərinə nəzər salaraq müxtəlif dövrlərdə türk xalqlarının siyasi təzyiqlər, parçalanmalar və çətinliklərlə üzləşdiyini bildirib. O, Nəriman Nərimanovu yalnız dövlət xadimi deyil, həm də mütəfəkkir, publisist, həkim, diplomat və maarifçi kimi yüksək dəyərləndirmiş, onun Azərbaycan cəmiyyətinin maariflənməsi, elmi düşüncənin inkişafı və milli şüurun formalaşmasında mühüm rol oynadığını qeyd edib. Eyni zamanda Nərimanovun ictimai-siyasi fəaliyyətinin dövrünün sosial gerilik və cəhalətinin aradan qaldırılmasına xidmət etdiyi, xüsusilə təhsil və mədəni inkişaf sahəsində mühüm töhfələr verdiyi bildirilib.

Cəlal İbrahimli çıxışında həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Nəriman Nərimanovun zəngin irsinin qorunması və təbliği istiqamətində mühüm addımlar atılmış, onun adına xatirə muzeyi yaradılmışdır. O vurğulayıb ki, Heydər Əliyev yalnız Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsində deyil, eyni zamanda Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi və ortaq tarixi-mədəni dəyərlərin qorunması istiqamətində də mühüm xidmətlər göstərmişdir. Bu baxımdan Nəriman Nərimanovun irsinə göstərilən diqqət onun Türk dünyası üçün böyük xidmətlərə malik görkəmli şəxsiyyət olduğunu bir daha təsdiq edir.

Çıxışda onun Türkiyənin Qurtuluş Savaşı dövründə qardaş türk xalqına mənəvi və siyasi dəstək göstərməsinin Azərbaycan–Türkiyə münasibətlərində tarixi həmrəyliyin göstəricisi olduğu da vurğulanıb. Sonda Nəriman Nərimanov irsinin öyrənilməsinin Türk dünyası arasında elmi və mədəni əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Tədbirdə Azərbaycanın ictimai, dövlət və siyasi xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, “Əməkdar müəllim”, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Yunus Emre İnstitutunun Bakı koordinatoru Gökhan Seyhan, Türk Dünyası Araşdırmalar Mərkəzinin müdiri Cəlal İbrahimli, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi, eləcə də Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, tələbələr və Nəriman Nərimanov Xatirə Muzeyinin əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində çıxış edən ziyalılar Nəriman Nərimanovun çoxşaxəli fəaliyyəti, dövlətçilik baxışları, maarifçilik ideyaları və Türk Dünyası ilə bağlı yanaşmaları haqqında elmi fikirlər səsləndiriblər. Çıxışlarda onun Azərbaycan tarixində və ümumilikdə Türk dünyasında mühüm tarixi şəxsiyyət olduğu xüsusi vurğulanıb.

Tədbir zamanı Nəriman Nərimanov Xatirə Muzeyinin direktoru Ləman Hüseynova tərəfindən “NARGİN – ‘Ölüm adası’nda qardaşlığımızın tarixi” mövzusunda təqdimat nümayiş etdirilib. Təqdimatda Nargin adasında baş vermiş tarixi hadisələr və xalqlar arasında formalaşmış həmrəylik nümunələri diqqətə çatdırılıb.

Əsas məqsədi Nəriman Nərimanovun zəngin elmi, siyasi və ideoloji irsinin, xüsusilə onun türkçülük və Türk Dünyası ideyalarına münasibətinin daha dərindən araşdırılması, bu irsin geniş ictimaiyyətə çatdırılması olub. Eyni zamanda milli-mənəvi dəyərlərin təbliği, tarixi şəxsiyyətlərin gənc nəsil arasında tanıdılması və elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi tədbirin əsas istiqamətləri kimi müəyyən edilib.

Ümumilikdə tədbir Azərbaycan və Türkiyə elmi-mədəni mühitinin qarşılıqlı əməkdaşlığı baxımından mühüm platforma rolunu oynayıb, Türk Dünyası kontekstində ortaq tarixi və mədəni dəyərlərin müzakirəsinə geniş imkan yaradıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycan Universiteti beynəlxalq əlaqələrini genişləndirir: Türkiyədə elmi konfrans28.04.2026 - 12:25
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda onlayn rejimdə çıxış edib28.04.2026 - 12:00
Pedaqoq Validə Quliyeva: Şagirdlərə həddindən artıq təzyiq göstərmək düzgün deyil28.04.2026 - 09:56
ADU tələbələri Anar Rzayevin kitab təqdimatında iştirak edib28.04.2026 - 09:45
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər28.04.2026 - 09:37
Həddindən artıq yuxu niyə təhlükəlidir?28.04.2026 - 09:28
Akademik Zərifə Əliyevanın doğum günüdür28.04.2026 - 09:20
“İkinci dil öyrənənlərdə fonetik səhvlərin təhlili” mövzusunda elmi seminar keçirilib28.04.2026 - 09:09
"Microsoft"dan "OpenAI" qərarı: Eksklüzivlik ləğv edildi28.04.2026 - 09:00
BDU-da davamlılıq “Ustaddan öyrən”: BDU-da tanınmış yazıçı Seyran Səxavətlə görüş28.04.2026 - 08:51
BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib28.04.2026 - 08:40
Z nəsli iki alt nəslə bölünüb28.04.2026 - 08:34
ADU və Özbəkistan universiteti arasında onlayn dərs keçirilib28.04.2026 - 08:25
Bu günə olan hava proqnozu 28.04.2026 - 08:19
“Molla Nəsrəddin” jurnalı milli ictimai fikrin formalaşmasında mühüm rol oynayıb28.04.2026 - 08:09
BDU könüllüləri ağacəkmə aksiyasında iştirak ediblər28.04.2026 - 07:48
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” çərçivəsində təlimlər28.04.2026 - 07:38
Alimlər demensiyadan qorunmaq üçün optimal yuxu müddətini müəyyən ediblər28.04.2026 - 07:30
ADU-nun müəllimləri Qarabağ- VI Beynəlxalq Elmi Tədqiqatlar Konfransında iştirak ediblər28.04.2026 - 07:20
Müasir təhsildə dil, düşüncə və müəllimin transformativ rolu – “Dil müəllimləri - 2026” forumu28.04.2026 - 07:11
Azərbaycanda Sovet hakimiyyətinin qurulması baş verib28.04.2026 - 07:00
Sumqayıtda trolleybus nəqliyyat sistemi istifadəyə verilib28.04.2026 - 06:36
Bakıda iki yeni metro stansiyasının açılışı baş tutub28.04.2026 - 06:18
Valtteri Bottas Azərbaycan Qran-prisinin qalibi olub28.04.2026 - 06:00
Ziya Məmmədovun doğum günü qeyd olunur28.04.2026 - 05:42
Fərəh Şəkinskayanın xatirəsi ehtiramla yad edilir28.04.2026 - 05:18
Bəstəkar Ələkbər Tağıyevin xatirəsi anılır28.04.2026 - 05:06
Akademik Zərifə Əliyevanın anım günü qeyd olunur28.04.2026 - 04:54
Xalq artisti Hacı Məmmədovun xatirəsi yad edilir28.04.2026 - 04:36
Xalq yazıçısı Qılman İlkinin 112 illiyi qeyd olunur28.04.2026 - 04:18
Xalq artisti Məhluqə Sadıqovanın xatirəsi anılır28.04.2026 - 04:00
Xarici dil imtahanlarında yeni yanaşma tətbiq ediləcək27.04.2026 - 19:58
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq27.04.2026 - 19:54
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib27.04.2026 - 19:49
Qəbul imtahanında yenilik - danışıq bacarığı da yoxlanacaq27.04.2026 - 19:45
Günəşdə iki partlayış baş verib27.04.2026 - 19:38
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ27.04.2026 - 19:34
Aprelin 29-da TOEFL iBT imtahanı keçiriləcək27.04.2026 - 19:26
Məktəblərdə narkomaniya əleyhinə maarifləndirici görüşlər keçirilib27.04.2026 - 19:19
AZMİU-da “Karyera Həftəsi”nə start verilib27.04.2026 - 19:15
Turan Topalova vəzifəsindən ayrılıb27.04.2026 - 19:08
Uşaq daim “düzgün olmağa” məcbur ediləndə nə hiss edir? – Məktəbəqədər təhsil eksperti açıqladı27.04.2026 - 19:02
"Problemli, sinifdə xaos yaradan şagirdlər üçün ayrıca təhsil müəssisələri yaradılsın" - TƏKLİF27.04.2026 - 19:00
İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ27.04.2026 - 18:55
Yağış, dolu və sel XƏBƏRDARLIĞI27.04.2026 - 18:54
Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 5-i xəsarət alıb27.04.2026 - 18:44
Məleykə Abbaszadə: İmtahanda abituriyentin dinləmə bacarığı ilə bağlı problem olur27.04.2026 - 18:40