Təhsil 365 - Logo Mobile

“Molla Nəsrəddin” jurnalı milli ictimai fikrin formalaşmasında mühüm rol oynayıb

6428.04.2026 - 08:09
“Molla Nəsrəddin” jurnalı milli ictimai fikrin formalaşmasında mühüm rol oynayıb

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və AMEA Naxçıvan Bölməsi Həmkarlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə “Molla Nəsrəddin–120” mövzusunda respublika elmi konfransı keçirilib.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, konfransın plenar iclasında AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev giriş sözü ilə çıxış edib. O, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələlərindən bəhs edərək “Molla Nəsrəddin” jurnalının yaranması, inkişafı və yayılması haqqında ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Cəlil Məmmədquluzadənin ədəbi irsinə yüksək qiymət verib. Qeyd olunub ki, jurnal, ümumilikdə, 748 nömrə ilə nəşr edilib və milli ictimai fikrin formalaşmasında mühüm rol oynayıb. Karikaturaların ideya-tərbiyəvi əhəmiyyəti vurğulanıb, müəllifin “Ölülər”, “Usta Zeynal”, “Poçt qutusu”, “Qurbanəli bəy” kimi əsərlərindən nümunələr təqdim edilib. Heydər Əliyevin “Ölülər” əsəri haqqında söylədiyi fikirlər iştirakçıların diqqətinə çatdırılıb.

Plenar iclasda həmçinin AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Molla Nəsrəddin” jurnalı və əlifba islahatı problem” mövzusunda məruzə edib. O, Cəlil Məmmədquluzadənin 1920-ci ilə qədərki fəaliyyəti və sonrakı dövrdə jurnalın tarixi inkişaf mərhələləri barədə məlumat verərək bildirib ki, “Molla Nəsrəddin” jurnalı 25 il fəaliyyət göstərib. Əbülfəz Quliyev, həmçinin “Yeni yol” qəzetinin fəaliyyətinə də toxunub.

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov çıxışında Cəlil Məmmədquluzadənin XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ictimai həyatında oynadığı rolu vurğulayıb, “Molla Nəsrəddin” jurnalının ictimai-siyasi və mədəni mühitə təsirindən danışıb.

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov isə jurnalın dünya mətbuat tarixində xüsusi yer tutduğunu bildirib, onun Təbrizdə nəşr olunan nömrələri və Mirzəli Möcüzün yaradıcılığı haqqında fikirlərini bölüşüb.

Konfrans daha sonra bölmə iclasları ilə davam etdirilib.

I və II bölmə iclaslarında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov “Azərbaycanda ictimai-ədəbi düşüncənin inkişafında “Molla Nəsrəddin” jurnalının rolu”, həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Molla Nəsrəddin” jurnalında ana dilinin saflığının qorunması məsələləri”, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixi şöbəsinin aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları, dosentlər Emilya Əliyeva “Cəlil Məmmədquluzadə və Azərbaycan jurnalistikası”, Eldar Əliyev “Azərbaycan tələbələrinin mədəni həyatında “Molla Nəsrəddin” jurnalının rolu”, Zəfər Kərimov “Molla Nəsrəddin” jurnalının Təbriz fəaliyyəti dövrü (1921-ci il)” və Ramil Niftəliyev “Molla Nəsrəddin” jurnalının təsis olunmasının səbəbləri və ilk sayı haqqında”, həmin şöbənin müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov “Cəlil Məmmədquluzadə və dövrün ictimai-siyasi mühiti”, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Dünya tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mirnazim Cəfərov “Molla Nəsrəddin” beynəlxalq aləmdə”, AMEA Naxçıvan Bölməsi Aparatının Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova “Molla Nəsrəddin” jurnalının janr, ideya və üslub xüsusiyyətləri”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Molla Nəsrəddin” şeir məktəbinin yaranması və inkişafı məsələləri”, həmin institutun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Şəmsiyyə Zalova isə “Azərbaycan satirik qrafikasının inkişaf zirvəsi – “Molla Nəsrəddin” məktəbi” mövzularında məruzə ediblər.

Bölmə iclaslarından sonra məruzəçilərə sertifikatlar təqdim olunub, mövzular ətrafında müzakirələr aparılıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycan Universiteti beynəlxalq əlaqələrini genişləndirir: Türkiyədə elmi konfrans28.04.2026 - 12:25
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda onlayn rejimdə çıxış edib28.04.2026 - 12:00
Pedaqoq Validə Quliyeva: Şagirdlərə həddindən artıq təzyiq göstərmək düzgün deyil28.04.2026 - 09:56
ADU tələbələri Anar Rzayevin kitab təqdimatında iştirak edib28.04.2026 - 09:45
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər28.04.2026 - 09:37
Həddindən artıq yuxu niyə təhlükəlidir?28.04.2026 - 09:28
Akademik Zərifə Əliyevanın doğum günüdür28.04.2026 - 09:20
“İkinci dil öyrənənlərdə fonetik səhvlərin təhlili” mövzusunda elmi seminar keçirilib28.04.2026 - 09:09
"Microsoft"dan "OpenAI" qərarı: Eksklüzivlik ləğv edildi28.04.2026 - 09:00
BDU-da davamlılıq “Ustaddan öyrən”: BDU-da tanınmış yazıçı Seyran Səxavətlə görüş28.04.2026 - 08:51
BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib28.04.2026 - 08:40
Z nəsli iki alt nəslə bölünüb28.04.2026 - 08:34
ADU və Özbəkistan universiteti arasında onlayn dərs keçirilib28.04.2026 - 08:25
Bu günə olan hava proqnozu 28.04.2026 - 08:19
“Nəriman Nərimanov və Türk Dünyası” adlı elmi-mədəni tədbir həyata keçirilib 28.04.2026 - 08:00
BDU könüllüləri ağacəkmə aksiyasında iştirak ediblər28.04.2026 - 07:48
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” çərçivəsində təlimlər28.04.2026 - 07:38
Alimlər demensiyadan qorunmaq üçün optimal yuxu müddətini müəyyən ediblər28.04.2026 - 07:30
ADU-nun müəllimləri Qarabağ- VI Beynəlxalq Elmi Tədqiqatlar Konfransında iştirak ediblər28.04.2026 - 07:20
Müasir təhsildə dil, düşüncə və müəllimin transformativ rolu – “Dil müəllimləri - 2026” forumu28.04.2026 - 07:11
Azərbaycanda Sovet hakimiyyətinin qurulması baş verib28.04.2026 - 07:00
Sumqayıtda trolleybus nəqliyyat sistemi istifadəyə verilib28.04.2026 - 06:36
Bakıda iki yeni metro stansiyasının açılışı baş tutub28.04.2026 - 06:18
Valtteri Bottas Azərbaycan Qran-prisinin qalibi olub28.04.2026 - 06:00
Ziya Məmmədovun doğum günü qeyd olunur28.04.2026 - 05:42
Fərəh Şəkinskayanın xatirəsi ehtiramla yad edilir28.04.2026 - 05:18
Bəstəkar Ələkbər Tağıyevin xatirəsi anılır28.04.2026 - 05:06
Akademik Zərifə Əliyevanın anım günü qeyd olunur28.04.2026 - 04:54
Xalq artisti Hacı Məmmədovun xatirəsi yad edilir28.04.2026 - 04:36
Xalq yazıçısı Qılman İlkinin 112 illiyi qeyd olunur28.04.2026 - 04:18
Xalq artisti Məhluqə Sadıqovanın xatirəsi anılır28.04.2026 - 04:00
Xarici dil imtahanlarında yeni yanaşma tətbiq ediləcək27.04.2026 - 19:58
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq27.04.2026 - 19:54
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib27.04.2026 - 19:49
Qəbul imtahanında yenilik - danışıq bacarığı da yoxlanacaq27.04.2026 - 19:45
Günəşdə iki partlayış baş verib27.04.2026 - 19:38
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ27.04.2026 - 19:34
Aprelin 29-da TOEFL iBT imtahanı keçiriləcək27.04.2026 - 19:26
Məktəblərdə narkomaniya əleyhinə maarifləndirici görüşlər keçirilib27.04.2026 - 19:19
AZMİU-da “Karyera Həftəsi”nə start verilib27.04.2026 - 19:15
Turan Topalova vəzifəsindən ayrılıb27.04.2026 - 19:08
Uşaq daim “düzgün olmağa” məcbur ediləndə nə hiss edir? – Məktəbəqədər təhsil eksperti açıqladı27.04.2026 - 19:02
"Problemli, sinifdə xaos yaradan şagirdlər üçün ayrıca təhsil müəssisələri yaradılsın" - TƏKLİF27.04.2026 - 19:00
İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ27.04.2026 - 18:55
Yağış, dolu və sel XƏBƏRDARLIĞI27.04.2026 - 18:54
Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 5-i xəsarət alıb27.04.2026 - 18:44
Məleykə Abbaszadə: İmtahanda abituriyentin dinləmə bacarığı ilə bağlı problem olur27.04.2026 - 18:40