Təhsil 365 - Logo Mobile

ADU və Özbəkistan universiteti arasında onlayn dərs keçirilib

8428.04.2026 - 08:25
ADU və Özbəkistan universiteti arasında onlayn dərs keçirilib

Aprelin 27-də Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsinin 319B qrup tələbələri ilə Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin tələbələri arasında “İngilis dilinin tədrisində İKT” fənni üzrə onlayn dərs təşkil olunub.

“Tehsil365” xəbər verir ki, dərs ADU-nun İngilis dilinin tədrisi metodikası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ellada Mirişova tərəfindən tədris edilib. Dərsdə İngilis dilinin tədrisi metodikası kafedrasının baş müəllimi Təranə Quliyeva və kafedranın magistrantları da iştirak ediblər.

Bu akademik təşəbbüs iki ali təhsil müəssisəsi arasında elmi-pedaqoji əməkdaşlığın gücləndirilməsi və tələbələrin beynəlxalq təhsil mühitinə inteqrasiyasının təşviqi məqsədilə həyata keçirilib.

Tədbirin açılış mərasimində ADU-nun İngilis və fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. O, təşkil edilən onlayn dərsin tələbələrin bilik və bacarıqlarının genişlənməsində mühüm rol oynadığını və gələcəkdə bu formatda keçiriləcək dərslərin sayının artırılmasının vacibliyini qeyd edib.

Onlayn dərsdə Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin “İngilis” fakültəsinin “Ümumi dilçilik” departamentinin müəllimi Dilshod Khujaev və onun həmkarı Mubina Nəsirova da iştirak ediblər. Onlar bu təşəbbüsün iki universitet arasında akademik əlaqələrin möhkəmləndirilməsi və tələbələrin dil bacarıqlarının inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Dərs müddətində tələbələr təqdim edilən mövzu ətrafında fikir mübadiləsi apararaq həm nəzəri biliklərini, həm də praktik İKT bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər. Onlayn dərs prosesində yaradılan interaktiv təlim mühiti tələbələrin dil bacarıqlarını daha dərindən mənimsəməsinə və mədəniyyətlərarası dialoqun formalaşmasına şərait yaradıb.

Tədbirin yekununda hər iki ali təhsil müəssisəsinin nümayəndələri bu cür akademik əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb, növbəti dərslərin canlı formatda keçirilməsi təklifini irəli sürüblər. Eyni zamanda, gələcəkdə birgə dil layihələrinin və tədris proqramlarının sayının artırılması, tələbələr arasında elmi və mədəni mübadilənin genişləndirilməsi istiqamətində addımların atılmasının zəruriliyi qeyd edilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycan Universiteti beynəlxalq əlaqələrini genişləndirir: Türkiyədə elmi konfrans28.04.2026 - 12:25
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda onlayn rejimdə çıxış edib28.04.2026 - 12:00
Pedaqoq Validə Quliyeva: Şagirdlərə həddindən artıq təzyiq göstərmək düzgün deyil28.04.2026 - 09:56
ADU tələbələri Anar Rzayevin kitab təqdimatında iştirak edib28.04.2026 - 09:45
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər28.04.2026 - 09:37
Həddindən artıq yuxu niyə təhlükəlidir?28.04.2026 - 09:28
Akademik Zərifə Əliyevanın doğum günüdür28.04.2026 - 09:20
“İkinci dil öyrənənlərdə fonetik səhvlərin təhlili” mövzusunda elmi seminar keçirilib28.04.2026 - 09:09
"Microsoft"dan "OpenAI" qərarı: Eksklüzivlik ləğv edildi28.04.2026 - 09:00
BDU-da davamlılıq “Ustaddan öyrən”: BDU-da tanınmış yazıçı Seyran Səxavətlə görüş28.04.2026 - 08:51
BDU-da Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Gününə həsr olunmuş tədbir keçirilib28.04.2026 - 08:40
Z nəsli iki alt nəslə bölünüb28.04.2026 - 08:34
Bu günə olan hava proqnozu 28.04.2026 - 08:19
“Molla Nəsrəddin” jurnalı milli ictimai fikrin formalaşmasında mühüm rol oynayıb28.04.2026 - 08:09
“Nəriman Nərimanov və Türk Dünyası” adlı elmi-mədəni tədbir həyata keçirilib 28.04.2026 - 08:00
BDU könüllüləri ağacəkmə aksiyasında iştirak ediblər28.04.2026 - 07:48
BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” çərçivəsində təlimlər28.04.2026 - 07:38
Alimlər demensiyadan qorunmaq üçün optimal yuxu müddətini müəyyən ediblər28.04.2026 - 07:30
ADU-nun müəllimləri Qarabağ- VI Beynəlxalq Elmi Tədqiqatlar Konfransında iştirak ediblər28.04.2026 - 07:20
Müasir təhsildə dil, düşüncə və müəllimin transformativ rolu – “Dil müəllimləri - 2026” forumu28.04.2026 - 07:11
Azərbaycanda Sovet hakimiyyətinin qurulması baş verib28.04.2026 - 07:00
Sumqayıtda trolleybus nəqliyyat sistemi istifadəyə verilib28.04.2026 - 06:36
Bakıda iki yeni metro stansiyasının açılışı baş tutub28.04.2026 - 06:18
Valtteri Bottas Azərbaycan Qran-prisinin qalibi olub28.04.2026 - 06:00
Ziya Məmmədovun doğum günü qeyd olunur28.04.2026 - 05:42
Fərəh Şəkinskayanın xatirəsi ehtiramla yad edilir28.04.2026 - 05:18
Bəstəkar Ələkbər Tağıyevin xatirəsi anılır28.04.2026 - 05:06
Akademik Zərifə Əliyevanın anım günü qeyd olunur28.04.2026 - 04:54
Xalq artisti Hacı Məmmədovun xatirəsi yad edilir28.04.2026 - 04:36
Xalq yazıçısı Qılman İlkinin 112 illiyi qeyd olunur28.04.2026 - 04:18
Xalq artisti Məhluqə Sadıqovanın xatirəsi anılır28.04.2026 - 04:00
Xarici dil imtahanlarında yeni yanaşma tətbiq ediləcək27.04.2026 - 19:58
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq27.04.2026 - 19:54
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib27.04.2026 - 19:49
Qəbul imtahanında yenilik - danışıq bacarığı da yoxlanacaq27.04.2026 - 19:45
Günəşdə iki partlayış baş verib27.04.2026 - 19:38
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ27.04.2026 - 19:34
Aprelin 29-da TOEFL iBT imtahanı keçiriləcək27.04.2026 - 19:26
Məktəblərdə narkomaniya əleyhinə maarifləndirici görüşlər keçirilib27.04.2026 - 19:19
AZMİU-da “Karyera Həftəsi”nə start verilib27.04.2026 - 19:15
Turan Topalova vəzifəsindən ayrılıb27.04.2026 - 19:08
Uşaq daim “düzgün olmağa” məcbur ediləndə nə hiss edir? – Məktəbəqədər təhsil eksperti açıqladı27.04.2026 - 19:02
"Problemli, sinifdə xaos yaradan şagirdlər üçün ayrıca təhsil müəssisələri yaradılsın" - TƏKLİF27.04.2026 - 19:00
İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ27.04.2026 - 18:55
Yağış, dolu və sel XƏBƏRDARLIĞI27.04.2026 - 18:54
Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 5-i xəsarət alıb27.04.2026 - 18:44
Məleykə Abbaszadə: İmtahanda abituriyentin dinləmə bacarığı ilə bağlı problem olur27.04.2026 - 18:40