Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb.
“Tehsil365” xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün risk yarada bilər.
Mütəxəssislərin təhlilinə görə, gündə 7-8 saatlıq yuxu demensiya riskinin ən aşağı olduğu optimal aralıqdır. Bu normadan az yatmaq riski təxminən 18%, çox yatmaq isə 28% artırır.
Araşdırmada həmçinin həyat tərzinin digər amilləri də nəzərə alınıb. Məlum olub ki, uzun müddət oturaq qalmaq və fiziki aktivliyin az olması da demensiya ehtimalını yüksəldir. Gündə 8 saatdan çox oturan və həftədə 150 dəqiqədən az hərəkət edən şəxslərdə risk daha yüksək qeydə alınıb.

