Aprelin 26-da Xalq yazıçısı Anar Rzayevin “5 mərtəbəli binanın 6-cı mərtəbəsi” kitabının yeni nəşrinin təqdimat mərasimi münasibəti ilə keçirilən görüşdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin müəllim və tələbələri iştirak ediblər.
“Tehsil365” xənər verir ki, tədbir müəlliflə canlı ünsiyyət formatında təşkil olunmaqla yanaşı musiqili çıxışlar və canlı ifalar da proqram çərçivəsinə daxil edilib. Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edərək, elmə, ədəbiyyata və milli-mənəvi dəyərlərə sadiqlik nümayiş etdirmişlər. Bu kimi tədbirlər ədəbi irsin təbliği ilə yanaşı, müəllim-tələbə münasibətlərinin möhkəmləndirilməsi və akademik mühitdə həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Filologiya fakültəsi üçün bu cür görüşlərdə iştirak etmək ədəbi proseslə bilavasitə təmasın təmin olunması və mənəvi dəyərlərin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

