Təhsil 365 - Logo Mobile

“Sosial Tədqiqatların və Fənlərarası Öyrənmənin İnteqrasiyası” III Beynəlxalq Konqresi işə başlayıb

7428.04.2026 - 17:14
“Sosial Tədqiqatların və Fənlərarası Öyrənmənin İnteqrasiyası” III Beynəlxalq Konqresi işə başlayıb

Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ordu Universiteti və ADPU-nun birgə təşkilatçılığı ilə “Sosial Tədqiqatların və Fənlərarası Öyrənmənin İnteqrasiyası” III Beynəlxalq Konqresi işə başlayıb. Konqres sosial elmlər sahəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, fənlərarası yanaşmaların təşviqi və müasir çağırışların müzakirəsi baxımından mühüm platforma rolunu oynayır.

Bu barədə “Tehsil365"ə ADPU-dan məlumat verilib.

Konqresin Təşkilat Komitəsinin sədri professor Süleyman Erkam Sulak bu cür beynəlxalq elmi platformaların tədqiqatçılar arasında əməkdaşlığın gücləndirilməsi və yeni elmi ideyaların formalaşması baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov çıxışında müasir dövrdə ali təhsil sisteminin qlobal rəqabət, texnoloji inkişaf və sosial-iqtisadi transformasiyalar fonunda yeni mərhələyə qədəm qoyduğunu bildirib. Rektor qeyd edib ki, rəqəmsallaşma, süni intellekt və innovativ yanaşmalar təhsilin məzmununa və idarəetmə modellərinə ciddi təsir göstərir. C.Cəfərov ali təhsil müəssisələrində strateji idarəetmənin əhəmiyyətinə toxunaraq, universitetlərin uzunmüddətli məqsədlərinin müəyyənləşdirilməsi, resursların səmərəli idarə olunması və dəyişən mühitə çevik uyğunlaşmanın vacibliyini vurğulayıb.

Ordu Universitetinin rektoru professor Orhan Baş Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayaraq, bu cür tədbirlərin elmi və akademik əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Konqres çərçivəsində “Ali təhsildə strateji idarəetmə: reallıqlar və çağırışlar”, “Öyrənmənin yeni memarları: müəllimlər, tələbələr, ailələr və süni intellekt”, “Sosial elmlərin faydaları: bir gələcək perspektivi” mövzularında məruzələr dinlənilib.

Plenar sessiyalardan sonra panel müzakirələr təşkil olunub, iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb. Daha sonra bölmələrdə araşdırmaların təqdim olunmasına başlanılıb.

Qeyd edək ki, konqresdə ümumilikdə 600-ə qədər müəllif iştirak edir. Proqram çərçivəsində 114 ənənəvi və 189 onlayn olmaqla, ümumilikdə 303 elmi məruzənin təqdim olunması nəzərdə tutulur. Məruzələr 21 ənənəvi və 28 onlayn bölmə olmaqla ümumilikdə 49 bölmədə müzakirə edilir.

Üç gün ərzində keçiriləcək konqresdə sosial elmlərin müxtəlif istiqamətlərini əhatə edən mövzular üzrə müzakirələr aparılacaq, yeni elmi yanaşmalar və tədqiqat nəticələri təqdim olunacaq.

Nərmin Mustafayeva

Xəbər Lenti

Gənc müəllim vəfat etdi28.04.2026 - 19:58
“Rəqəmsal Məktəb” daha 199 məktəbi əhatə edəcək28.04.2026 - 19:54
MÜTDA 3100-dən çox məktəbdə monitorinqlər keçirib28.04.2026 - 19:48
Məktəb psixoloqları sertifikasiyadan keçəcək - MÜTDA28.04.2026 - 19:44
Məktəblərdə nizam-intizam göstəriciləri yaxşılaşır - Eşqi Bağırov28.04.2026 - 19:39
Azərbaycanlı şagird dünya birincisi oldu28.04.2026 - 19:34
Qazaxıstanda təqaüdlə təhsil imkanı28.04.2026 - 19:26
Azərbaycan Universitetinin təşkilatçılığı ilə Türkiyədə növbəti elmi konfrans 28.04.2026 - 19:21
Məktəbdə Zərifə Əliyevanın 103 illiyi qeyd olunub28.04.2026 - 19:15
BMU aliminin monoqrafiyası “Springer” tərəfindən nəşr edilib28.04.2026 - 19:08
Erkən yaşda mühit uşağın şəxsiyyətini nə qədər formalaşdırır? – Məktəbəqədər təhsil eksperti açıqladı28.04.2026 - 19:02
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar28.04.2026 - 19:00
RFO-nun Azərbaycan dili və ədəbiyyat fənni üzrə NƏTİCƏLƏRİ28.04.2026 - 18:56
Səhər bu iki vərdiş beyninizi daha yaxşı işlədə bilər28.04.2026 - 18:50
Bağçada azyaşlıya şiddət göstərilməsi iddiası araşdırılır - BŞTİ28.04.2026 - 18:48
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ28.04.2026 - 18:45
AzMİU-nun həyətində taxta tullantıları yanıb28.04.2026 - 18:44
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb28.04.2026 - 18:36
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq28.04.2026 - 18:30
Bölgələrdə məktəblilər qida təhlükəsizliyi ilə bağlı maarifləndirilirlər28.04.2026 - 18:28
Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi - beynəlxalq elmi konfrans28.04.2026 - 18:24
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür28.04.2026 - 18:20
TÜRKSOY Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyini qeyd edib28.04.2026 - 18:16
70-80 məktəbdə birinci sinifə qəbul üzrə tələbat yüksəkdir - Eşqi Bağırov28.04.2026 - 18:10
Filarmoniyada müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert28.04.2026 - 18:08
Braziliyada “Azərbaycan Mədəniyyət Günü”28.04.2026 - 18:03
Dövlət bir sıra özəl bağçalarda ödənişin 250 manatını qarşılayacaq28.04.2026 - 18:00
Günəşdə güclü partlayış olub28.04.2026 - 17:55
Daşkənddə Azərbaycan–Özbəkistan musiqi əməkdaşlığına dair yeni razılaşma əldə olunub28.04.2026 - 17:54
MÜTDA rəhbəri məktəblərdəki münaqişələrdən danışdı28.04.2026 - 17:50
Mühüm nəşrlər Dövlət mükafatı üçün təqdimat mərhələsində28.04.2026 - 17:46
Bağça müəllimlərinin sertifikatlaşdırılması bu tarixdə keçiriləcək28.04.2026 - 17:45
Sabah hava yağıntılı olacaq - PROQNOZ28.04.2026 - 17:40
NDU və Çinin Sincan Universiteti əməkdaşlığa başlayır28.04.2026 - 17:38
Direktor seçimində imtahan nəticələri əsas götürüləcək 28.04.2026 - 17:35
AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib28.04.2026 - 17:34
Pedaqoji Kollecdə C.Məmmədquluzadəyə həsr olunmuş ədəbi-bədii tədbir təşkil edilib28.04.2026 - 17:26
MİQ imtahanlarının vaxtı açıqlandı28.04.2026 - 17:25
Sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi tarix bəlli oldu28.04.2026 - 17:20
“YENİ Klubun”un növbəti layihəsi: Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları28.04.2026 - 17:18
Bu şəhərlərin də məktəblərində kağız jurnal ləğv ediləcək 28.04.2026 - 17:15
MİQ zamanı bu müəllimlər ödəniş etməyəcək28.04.2026 - 17:10
Kitabxana işində innovasiyalar: TİKA və MEK əməkdaşlığı genişləndirir28.04.2026 - 17:06
Məktəb psixoloqları da sertifikasiyadan keçiriləcək 28.04.2026 - 17:05
3100-dən çox məktəbdə monitorinqlər keçirilib28.04.2026 - 17:01
Məktəblərdə təhlükəsizliyə görə distant təhsilə keçilir? - RƏSMİ AÇIQLAMA28.04.2026 - 17:00
Bu ildən attestatlar elektron formada veriləcək28.04.2026 - 16:55