Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) nəzdində Pedaqoji Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilən ədəbi-bədii tədbir keçirilib.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Bakı Slavyan Universitetinin tədris məsələləri üzrə prorektoru professor Fikrət Cahangirov, AZMİU-nun Əcnəbi dillər kafedrasının müdiri dosent Aygün Məmmədova və başqaları iştirak ediblər.
Kollecin direktoru Amalya Sezgin çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs edib.
Tədbirin bədii rəhbəri kollecin “Mizan” dram dərnəyinin rəhbəri, Xalq artisti Məmmədsəfa Qasımovdur.
Proqram çərçivəsində Cəlil Məmmədquluzadənin zəngin ədəbi irsi geniş şəkildə təqdim olunub, “Molla Nəsrəddin” jurnalının maarifçilik missiyası vurğulanıb. Yazıçının həyat və yaradıcılığını əks etdirən səhnəciklər nümayiş etdirilib, əsərlərindən parçalar səsləndirilib və bədii qiraətlər təqdim olunub.

