Braziliyanın Laqo Sul şəhərində Azərbaycan zəngin mədəni irsinin tanıdılması məqsədilə "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib.
Dövlət Komitəsindən “Tehsil365"ə bildirilib ki, tədbir Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti, jurnalist Fabiana Ceyhanın təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycanın qədim və zəngin mədəniyyətini əks etdirən milli musiqilər, rəqslər, ənənəvi geyimlər və xalq sənəti nümunələri geniş şəkildə nümayiş olunub. Ölkəmizin mədəni irsinin dərin tarixi köklərə malik olduğu və bu gün də beynəlxalq səviyyədə tanındığı xüsusi vurğulanıb. Bundan əlavə, milli mətbəx nümunələrinin sərgiləndiyi stendlər qurulub, iştirakçılar Azərbaycan mətbəxinin ləziz təamlarına qonaq edilib. Sonda Nyu Yorkda yaşayan azərbaycanlı musiqiçilərin ifaları dinlənilib.
“Azərbaycan Mədəniyyət Günü” Braziliya mətbuatında da geniş işıqlandırılıb.

