Təhsil 365 - Logo Mobile

Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi - beynəlxalq elmi konfrans

7428.04.2026 - 18:24
Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi - beynəlxalq elmi konfrans

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Fövqəladə Hallar Nazirliyinin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbir Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil edilib.

“Tehsil365" xəbər verir ki, konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirin ölkəmizin seysmik vəziyyətinin elmi əsaslarla qiymətləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, zəlzələlərlə bağlı fundamental və tətbiqi tədqiqatların aparılması, eləcə də cəmiyyətin bu sahədə düzgün və vaxtında məlumatlandırılması müasir dövrdə xüsusi aktuallıq kəsb edir.

Akademik AMEA nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin Azərbaycanda seysmik proseslərin tədqiqi üzrə aparıcı elmi qurum olduğunu qeyd edib. Alim Mərkəzin yalnız elmi araşdırmalarla kifayətlənmədiyini, eyni zamanda, maarifləndirmə fəaliyyətini sistemli şəkildə həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, Seysmoloji Xidmət Mərkəzi elmi tədqiqatlara əsaslanaraq, müasir texnologiyaların son nailiyyətlərini tətbiq etməklə və beynəlxalq seysmoloji prosesləri dərindən araşdırmaqla real və əsaslandırılmış proqnozlar təqdim edir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, dünyada seysmologiya sahəsində baş verən yeniliklər Azərbaycan reallıqları kontekstində öyrənilir, təhlil olunur və tətbiq edilir.

AMEA rəhbəri Respublika Seysmoloji Xidmət Mərkəzinin apardığı araşdırmaların şəhərsalma prosesində seysmoloji risklərin yetərincə nəzərə alınmamasının gələcəkdə ciddi fəsadlara səbəb ola biləcəyini göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu baxımdan Mərkəzin müvafiq dövlət qurumları ilə apardığı əməkdaşlıq və məsləhətləşmələr onun məsələyə yüksək məsuliyyətlə yanaşdığını təsdiqləyir.

O, həmçinin Mərkəzin beynəlxalq əlaqələrinin də son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini söyləyərək, Orta Asiya respublikaları, Cənubi Qafqaz, Türkiyə, MDB və Avropa ölkələri ilə qurulan elmi əməkdaşlığın Azərbaycan seysmologiya elminin nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasına, eləcə də qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqinə şərait yaratdığını vurğulayıb. AMEA prezidenti konfransda Orta Asiya ölkələri və Yaponiyadan olan alimlərin məruzələrlə çıxış etməsini Seysmoloji Xidmət Mərkəzinin beynəlxalq elmi nüfuzunun göstəricisi kimi dəyərləndirib.

Akademik İsa Həbibbəyli cari ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini və may ayında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına Azərbaycanın ev sahibliyi edəcəyini xatırladıb. Qeyd edib ki, bu konfrans çərçivəsində səsləndiriləcək elmi məruzələr və aparılacaq müzakirələr seysmologiya elminin aktual problemlərini əhatə etməklə yanaşı, ölkədə şəhərsalmanın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətlərinə də mühüm töhfələr verəcək.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev bildirib ki, Azərbaycanın seysmik cəhətdən aktiv zonada yerləşdiyi və tarixən burada dağıdıcı zəlzələ faktları qeydə alınıb. Bu hadisələrin həm insan itkilərinə, həm də ciddi iqtisadi zərərlərə səbəb olduğunu bildirən nazir müavini seysmik təhlükəliliyin öyrənilməsinin və düzgün qiymətləndirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.

A.Abdullayev müasir mərhələdə seysmik risklərin qiymətləndirilməsinin xüsusilə ön plana çıxdığını qeyd edərək, sürətlə gedən urbanizasiya prosesləri, əhalinin sıxlığının artması, çoxmərtəbəli yaşayış və ictimai binaların geniş yayılması, habelə iri enerji və nəqliyyat infrastrukturu layihələrinin reallaşdırılmasının bu məsələnin aktuallığını daha da artıran əsas amillərdən olduğunu deyib. Qeyd edib ki, seysmik riskin azaldılması üçün müasir elmi yanaşmalardan biri kimi seysmik mikrorayonlaşdırma prosesinin aparılması önəmlidir. Bunun üçün respublika ərazisi üzrə seysmik səviyyələr dəqiqləşdirilməli, seysmik mikrorayonlaşdırma işləri sürətləndirilməlidir. Hazırda nazirlik Seysmoloji Xidmət Mərkəzi və Yaponiyadan olan mütəxəssislərlə birgə bu istiqamətdə işlər həyata keçirir. Yaxın zamanlarda bununla bağlı Bakı və Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə edəcək yeni xəritələr hazırlanacaq.

Nazir müavini, həmçinin qeyd edib ki, əhalinin seysmik təhlükələrlə bağlı maarifləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin yaradılması, fövqəladə hallar xidmətlərinin hazırlıq səviyyəsinin yüksəldilməsi və mütəmadi təlimlərin keçirilməsi risklərin minimuma endirilməsində mühüm rol oynayır. Şəhərsalma siyasətində riskli zonaların düzgün qiymətləndirilməsi və bu ərazilərdə tikinti fəaliyyətinin məhdudlaşdırılması da əsas şərtlər sırasında yer alır.

Daha sonra FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli “Yüksək binaların hesablanmasında seysmik spektr qrafiklərinin müqayisəli təhlili” mövzusunda məruzəsini təqdim edib.

Konfrans öz işini müvafiq panellər üzrə davam etdirib.

Panel iclaslarında “Azərbaycan və ona bitişik regionlarda Yer qabığının deformasiyalarının GPS vasitəsilə monitorinqi”, “Seysmoaktiv zonalarda təbii radioaktiv sahələrin anomaliyaları”, “Zəlzələdən sonrakı dövrdə ictimai təhlükəsizliyin təminində mülki müdafiənin rolu”, “Abşeron yarımadasında qravitasiya sahəsinin inversiyası”, “Lənkəran təbii vilayətində yamac proseslərinin müqayisəli təhlili” və digər mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, konfransın işinə aprelin 29-da yekun vurulacaq.

Nərmin Mustafayeva

Xəbər Lenti

Gənc müəllim vəfat etdi28.04.2026 - 19:58
“Rəqəmsal Məktəb” daha 199 məktəbi əhatə edəcək28.04.2026 - 19:54
MÜTDA 3100-dən çox məktəbdə monitorinqlər keçirib28.04.2026 - 19:48
Məktəb psixoloqları sertifikasiyadan keçəcək - MÜTDA28.04.2026 - 19:44
Məktəblərdə nizam-intizam göstəriciləri yaxşılaşır - Eşqi Bağırov28.04.2026 - 19:39
Azərbaycanlı şagird dünya birincisi oldu28.04.2026 - 19:34
Qazaxıstanda təqaüdlə təhsil imkanı28.04.2026 - 19:26
Azərbaycan Universitetinin təşkilatçılığı ilə Türkiyədə növbəti elmi konfrans 28.04.2026 - 19:21
Məktəbdə Zərifə Əliyevanın 103 illiyi qeyd olunub28.04.2026 - 19:15
BMU aliminin monoqrafiyası “Springer” tərəfindən nəşr edilib28.04.2026 - 19:08
Erkən yaşda mühit uşağın şəxsiyyətini nə qədər formalaşdırır? – Məktəbəqədər təhsil eksperti açıqladı28.04.2026 - 19:02
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar28.04.2026 - 19:00
RFO-nun Azərbaycan dili və ədəbiyyat fənni üzrə NƏTİCƏLƏRİ28.04.2026 - 18:56
Səhər bu iki vərdiş beyninizi daha yaxşı işlədə bilər28.04.2026 - 18:50
Bağçada azyaşlıya şiddət göstərilməsi iddiası araşdırılır - BŞTİ28.04.2026 - 18:48
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ28.04.2026 - 18:45
AzMİU-nun həyətində taxta tullantıları yanıb28.04.2026 - 18:44
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb28.04.2026 - 18:36
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq28.04.2026 - 18:30
Bölgələrdə məktəblilər qida təhlükəsizliyi ilə bağlı maarifləndirilirlər28.04.2026 - 18:28
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür28.04.2026 - 18:20
TÜRKSOY Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyini qeyd edib28.04.2026 - 18:16
70-80 məktəbdə birinci sinifə qəbul üzrə tələbat yüksəkdir - Eşqi Bağırov28.04.2026 - 18:10
Filarmoniyada müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert28.04.2026 - 18:08
Braziliyada “Azərbaycan Mədəniyyət Günü”28.04.2026 - 18:03
Dövlət bir sıra özəl bağçalarda ödənişin 250 manatını qarşılayacaq28.04.2026 - 18:00
Günəşdə güclü partlayış olub28.04.2026 - 17:55
Daşkənddə Azərbaycan–Özbəkistan musiqi əməkdaşlığına dair yeni razılaşma əldə olunub28.04.2026 - 17:54
MÜTDA rəhbəri məktəblərdəki münaqişələrdən danışdı28.04.2026 - 17:50
Mühüm nəşrlər Dövlət mükafatı üçün təqdimat mərhələsində28.04.2026 - 17:46
Bağça müəllimlərinin sertifikatlaşdırılması bu tarixdə keçiriləcək28.04.2026 - 17:45
Sabah hava yağıntılı olacaq - PROQNOZ28.04.2026 - 17:40
NDU və Çinin Sincan Universiteti əməkdaşlığa başlayır28.04.2026 - 17:38
Direktor seçimində imtahan nəticələri əsas götürüləcək 28.04.2026 - 17:35
AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib28.04.2026 - 17:34
Pedaqoji Kollecdə C.Məmmədquluzadəyə həsr olunmuş ədəbi-bədii tədbir təşkil edilib28.04.2026 - 17:26
MİQ imtahanlarının vaxtı açıqlandı28.04.2026 - 17:25
Sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi tarix bəlli oldu28.04.2026 - 17:20
“YENİ Klubun”un növbəti layihəsi: Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları28.04.2026 - 17:18
Bu şəhərlərin də məktəblərində kağız jurnal ləğv ediləcək 28.04.2026 - 17:15
“Sosial Tədqiqatların və Fənlərarası Öyrənmənin İnteqrasiyası” III Beynəlxalq Konqresi işə başlayıb28.04.2026 - 17:14
MİQ zamanı bu müəllimlər ödəniş etməyəcək28.04.2026 - 17:10
Kitabxana işində innovasiyalar: TİKA və MEK əməkdaşlığı genişləndirir28.04.2026 - 17:06
Məktəb psixoloqları da sertifikasiyadan keçiriləcək 28.04.2026 - 17:05
3100-dən çox məktəbdə monitorinqlər keçirilib28.04.2026 - 17:01
Məktəblərdə təhlükəsizliyə görə distant təhsilə keçilir? - RƏSMİ AÇIQLAMA28.04.2026 - 17:00
Bu ildən attestatlar elektron formada veriləcək28.04.2026 - 16:55